İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


ƏMƏLİYYAT SİSTEMLƏRİ OBYEKTİNƏ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə225/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   221   222   223   224   225   226   227   228   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

ƏMƏLİYYAT SİSTEMLƏRİ OBYEKTİNƏ 
ƏLÇATANLIĞIN MƏHDUDLAŞDIRILMASI 
Əməliyyat 
sistemləri 
obyektlərinə 
əlçatanlığın 
məhdudlaşdırılma prosesinin əsas anlayışı obyektə və subyektə 
əlçatanlıq üsulu, həmçinin obyektə əlçatanlıqdır. 
Əlçatanlıq obyekti (sadəcə olaraq obyekt) əməliyyat 
sisteminin istənilən obyekti hesab edilə bilər. Bunlara 
istifadəçilərin və digər subyektlərin əlçatanlığı ola bilsin ki, heç 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 337 ____________________________ 
bir şeyə əsaslanmadan məhdudlaşdırılsın. Əməliyyat sisteminə 
daxil olma imkanı təkcə əməliyyat sisteminin arxitekturası ilə 
deyil, cari təhlükəsizlik siyasəti ilə də müəyyən olunur. 
Daxilolma obyektləri kimi avadanlıq resursları (məsələn, 
prosessor, yaddaşın seqmentləri, disklər və yaddaş lentləri), 
proqram resursları (məsələn, fayllar, proqramlar, 
semaforlar
), 
və nəhayət, nə varsa, onlara daxil olma həmişə nəzarətdədir. 
Hər bir obyekt özünəməxsus unikal ada malikdir, bu adlar 
sistemdəki digər obyektlərdəki adlardan fərqlənirlər və 
onlardan hər biri yaxşı müəyyən edilmiş və əhəmiyyəti olan 
əməliyyatlara daxil ola bilir.
Obyektə əlçatanlıq metodu obyekt üçün müəyyən 
olunmuş əməliyyat adlanır. Əməliyyatın növü obyektdən 
asılıdır. Məsələn, prosessor əmr yerinə yetirir, yaddaş 
seqmentləri yazılır və oxuna bilir, maqnit disk hesablayıcıları 
ancaq oxuya bilir, fayllar üçün “oxumaq” və “əlavə etmək” 
(faylın sonuna informasiya əlavə etmək nəzərdə tutulur) üçün 
əlçatanlıq metodu müəyyən edilir və s. 
Subyektə əlçatanlıq obyekt üzərində əməliyyatı yerinə 
yetirməyə imkanı olan (obyektə bir neçə əlçatanlıq üsulu ilə 
müraciət edə bilən), təşəbbüs göstərə bilən istənilən varlıq 
nəzərdə tutulur (adlanır). Bir çox hallarda obyektlər çoxluğuna 
əlçatanlıq ilə subyektlər çoxluğuna əlçatanlığın kəsişmədiyini 
qeyd edirlər. Bəzi hallarda əlçatanlıq subyektinə sistemdə 
yerinə yetirilən prosesləri aid edirlər. Amma əlçatanlıq subyekti 
kimi istifadəçinin adını hesab etmək məntiqə uyğundur (o adı 
ki, proses həyata keçirilir). Əlçatanlıq subyekti kimi kompüterdə 
işləyən fiziki istifadəçi deyil, əməliyyat sistemində yerinə 
yetirilən prosesin “məntiqi” istifadəçisinin adı götürülür. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin