İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 339 ____________________________
saytda qeydiyyat yazıları sahibinin şəxsiliyini təsdiq etmək
üçün istifadə edirlər.
Beləliklə,
obyekt əlçatandır - nəyə görə əlçatanlıq
yerinə
yetirilir,
subyekt əlçatandır – kimə görə əlçatanlıq yerinə
yetirilir,
üsul (metod) əlçatandır – necə əlçatanlıq yerinə yetirilir
kimi qəbul olunmalıdır.
Obyekt üçün
sahib müəyyən oluna bilər. Sahib – cari
obyektin kimə məxsus olduğunu müəyyən edən, obyektdə olan
informasiyanın konfidensiallığına cavabdehlik daşıyan, obyektə
əlçatlıq və obyektin tamlığına görə məsuliyyət daşıyan subyekt
qəbul olunur.
Adətən obyektin sahibi avtomatik olaraq cari obyekti
yaradanı
subyekt kimi təyin edir, sonrakı mərhələlərdə isə
obyektin sahibi obyektə əlçatanlıq üsuluna uyğun olaraq dəyişə
bilər. Amma sahib qanuna görə başqa subyektlərin cari
obyektə daxil olmalarına konkret məhdudiyyətin qoyulmasına
cavabdehlik daşıyır.
Obyektə əlçatanlıq hüquqi (ixtiyarı)
obyektə daxil olmaq
üçün yerinə yetirilən bir para və ya qrup halında olan üsullar
adlanır. Məsələn, əgər istifadəçinin faylı oxumağa imkanı varsa,
onda onun bu faylı oxumağa da ixtiyarı vardır.
Subyektlərin obyektlərə əlçatanlığın məhdudlaşdırılması
qanunlar toplumundan ibarətdir, toplum hər bir üçlük (subyekt
– obyekt – üsul) üçün cari subyektin cari obyektə cari üsulla
daxil olmasına imkan verilməsini müəyyənləşdirir.
Subyekt obyektə daxil olmaq üçün məhdudlaşdırılmış
qanunları nəzərə almırsa, onda əlçatanlığı
superistifadəçi
adlandırırlar.
Dostları ilə paylaş: