İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 94 ____________________________
əsaslarının əlaqəsi nəzəriyyəsini şərh etmişdir.
Bununla
yanaşı kriptoqrafiyanın inkişafı ilə bağlı 1466-cı ildə yazdığı
“Rəqəmlər haqqında traktat” əsərində məlumatların
şifrələnməsi üçün çox saylı əlifbadan istifadəni göstərmişdir.
L.B.Albert İtaliyadan Qeniyaya qovulmuş, tanınmış
florensiyalı bir ailədə anadan olmuşdur.
Universiteti
bitirdikdən sonra kardinal Alberqatinin dəftərxanasında
işləmiş, sonralar isə ömrünün axırına kimi Romada
yaşamışdır. Leon Albertin çoxsahəli fəaliyyəti onu göstərir ki,
alim İntibah dövründə hər bir sahə
ilə maraqlanan bir alim
olmuşdur. Bunun nəticəsidir ki, o,
incəsənət, ədəbiyyat və
arxitektura (memarlıq) sahələri ilə məşğul olmuş, bu sahələri
dərindən araşdırmaqla bu sahələrə öz tövhələrini vermişdir.
Alim etika və pedaqoqika problemləri ilə maraqlanmış,
riyaziyyat və kriptoqrafiya ilə məşğul olmuşdur. L.Albertinin
elmi araşdırmalarında mərkəzi yerlərdən
birini təbiətdə baş
verən qanunauyğunluqların harmoniyası tutur. Onun fikirincə
insan elmi işlərlə məşğul olduğu zaman öz fikirlərinə
qapanmamalı, əldə etdiyi nəticələri yaymalı və digərlərinində
bu nəticələrdən müxtəlif sahələrdə
istifadə etməsinə şərait
yaratmalıdır. Görkəmli mütəfəkkir və istedadlı yazıçı L.
Alberti kübar (aristokrat) və ortodoks (bir məsləkin sabit və
ardıcıl tərəfdarı olan şəxs) bir insan kimi bütün bunların
əleyhinə çıxaraq insanda elmi baxımdan baş verə biləcək
hümanitar ardıcıllığı araşdırır və onun insan həyatına necə
təsir etməsi yollarını elmi əsaslarla təklif edir. Onun fikirincə
yaratdığın sənə aiddir, amma sən istər dini baxımdan, istərsə
də insanı baxımdan bütün yaratdıqlarını hamının malı
etməlisən. Alimin araşdırdığı və kitab
şəkilində çap etdirdiyi
elmi işlər indiki zamanda da müəyyən məsələlərin həllində
istifadə olunur.