İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 96 ____________________________
1948-ci ildə informasiyanın ölçülməsi üçün “bit” ölçü
vahidindən istifadəni təklif etmişdir. 1932-ci
ildə Miçiqan
universitetinə daxil olduqdan sonra C.Bul
ilə elmi işlərin
aparılmasında iştirak etmişdir. Universiteti
bitirdikdən sonra
görkəmli alim Vannevar Buş ilə birgə elmi araşdırmalarda
iştirak etmişdir. 1937-ci ildə maqistraturada oxuduğu zaman
yazdığı “Rele və kommutatorların simvol təhlili” adlı elmi
məqaləsi 1938-ci ildə “Amerika mühəndisləri institutu”
jurnalında
çap edildikdən sonra o,
çap etdirdiyi elmi
məqaləyə görə “Alfred Nobel” mükafatına layiq görülür.
Alimin apardığı elmi araşdırmalar
XX əsrin ən vacib elmi
işləri sayılır. K.E.Şennon 1940-cı ildə “Nəzəri
genetika üçün
cəbr” adlı doktorluq dissertasiyasını müdafiə edir. 1950-
1956-cı illərdə alim məntiqi maşının yaradılması
ilə məşğul
olur. Onun hazırladığı məntiq maşını şaxmat oynaya bilirdi.
1950-ci ildə təqaütə çıxdıqdan sonra daim Bell laboratoriyası
ilə elmi məsləhətləşmələri həyata keçirir. Klod Elvud Şennon
dövrünün ən görkəmli alimlərindən biri sayılır.