İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 101 ____________________________
AÇIQLAMA
: RSA (Rivest, Shamir və Adleman
soyadlarının abbreviaturasıdır) - böyük tam ədədlərin
faktorlaşdırılması məsələlərinin çətinliklə hesablanmasına
əsaslanan açıq açarlı kriptoqrafik alqoritmdir. RSA şifrələmə
və rəqəmsal yazılar üçün ilk kriptosistemidir. Alqoritm böyük
sayda kriptoəlavələrdə istifadə olunur. 1976-cı
ilin noyabr
ayında Uitfild Diffi və Martin Hellman tərəfindən çap edilmiş
“Kriptoqrafiyada yeni istiqamət” məqaləsi kriptoqrafik
sistemlər barədə təsəvvürü alt-üst etdi və nəticədə yeni
istiqamətin – açıq açarlı kriptoqrafiyanın əsası qoyuldu.
Sonralar işlənib təkmilləşdirilmiş
Diffi-Hellman alqoritmi
müdafiə olunmayan kanaldan istifadə edən hər iki tərəfə
ümumi gizli açar əldə etməyə imkan verdi. Amma yaradılmış
yeni alqoritm autentifukasiya problemini həll edə bilmədi.
Çap olunmuş məqaləni dərindən təhlil edən Massasuçest
Texnologiya İnstitutunun
alimləri Ronald Rivest, Adi Şamir
və Leonard Maks Adleman belə nəticəyə gəldilər ki, U.Diffi
və M.Hellman tərəfindən təklif olunan açıq açarlı kriptoqrafik
sistemi araşdırmaq üçün mütləq riyazi funksiya tapılmalıdır.
40 yaxın variant araşdırıldıqdan
sonra alimlər belə qərara
gəldilər ki, araşdırma nəticəsində alınmış funksiyanı RSA
adlandırsınlar.
1977-ci ildə “Scientific American” jurnalında Ronald
Rivestin icazəsi ilə kriptosistemi aydınlaşdıran ilk məqalə çap
edilir. Oxuculara şifrələnmiş alqoritmə malik olan, aşağıda
verilmiş rəqəmlər çoxluğundan istifadə etməklə ingilis dilində
olan bir cümlənin şifrəsini açmaq təklif olunur.
9686 1477 8829 7431
0816 3569 8962 1829
9613 1409 0575 9874