İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə73/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   69   70   71   72   73   74   75   76   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 111 ____________________________ 
İlk hazınlanmış bankomat 
1972-ci ildə Böyük Britaniyada Lloyds bankı IBM şirkəti 
tərəfindən icad olunmuş Cash-Point adlı ilk on-layn 
bankomatlarını işə salır. Bankomatlar vauçerin yerinə maqnit 
zolaqlı plastik kartları qəbul edirdi. Telekommunikasiyanın 
sürətli inkişafı Amerikada, Vaşınqton ştatında, bir neçə yüz 
bankın Exchenge adı altında birləşməsinə səbəb olur. Bu 
ərəfədə (1972-1975-ci illər) istifadə olunan bankomatlar nəin 
ki, pulun verilməsini, həmçinin onun qəbulunuda həyata 
keçirə bilirdi. 
Rusiyada ilk bankomat 1991-ci ildə istifadə 
olunmuşdur. Hesablamalar göstərir ki, 2011-ci ildə dünyada 
2,4 milyon bankomatdan istifadə olunurdu. Təxmini 
hesablanmışdır ki, 2017-ci ildə bu rəqəm 3,4 milyona 
çatacaqdır. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 112 ____________________________ 
Con Şepard-Barron
Ceyms Qudfellou
Nəşr edilmiş məqalərinin birində qeyd edilir ki, 2012-ci 
ildə Yaponiyanın The Ogaki Kyoritsu Bankında müştərinin 
övucunun şəkilini dəstəkləməklə işləyən bankomat istifadəyə 
verilmişdir.
AÇIQLAMA

POS – terminal (ingiliscə Point Of 
Sale sözündən yaranmadır və
satış nöqtəsi anlamını verir) – 
plastik kartların köməyilə pulun ödənilməsindən ötrü 
yaradılmış elektron proqram-texniki qurğudur. Pos-terminal 
tərkibində çip olan kartları, maqnit zolaqlı və kontaktsız 
kartları, həmçinin kontaktsız toxunma prinsipi ilə işləyən 
kartları da qəbul edir. Bəzən Pos-terminal kimi xəzinədarın 
(kassirin) iş yerində quraşdırılmış proqram-aparat kompleksi 
də nəzərdə tutulur. POS-terminal istifadəçi ilə qarşılıqlı 
interfeysə malikdir. Bundan istifadə edən alıcı alacağı məhsul 
haqqında (onun qiyməti, istifadə müddəti, istehsal tarixi və 
s.) məlumat əldə edə bilir. POS-terminal müəyyən kassa 
proqramına uyğun satıla bilər. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin