İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə72/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 110 ____________________________ 
uyğun əməliyyatların yerinə yetirilməsini təsdiqləyən 
sənədlərin tərtib olunması və s.) yerinə yetirmək 
mümkündür. Bankomatın prototipi 1939-cu ildə amerikalı 
alim Lüter Corc Cimçiyan tərəfindən icad olunmuşdur. 
İlk hazırlanmış qurğu pulu tələbediciyə nağd şəkildə 
verirdi, amma alınmış pulun dəyərini ümumi hesabdan silə 
bilmirdi. İlk icad olunmuş qurğu ABŞ–da sınanılır. Lazımı 
nəticə əldə edilmədiyi üçün bank qurğudan istifadəni imtina 
edir. 30 ildən sonra alim yenidən qurğunu təkmilləşdirir və 
1960-cı illərin axırlarında yenidən istifadəyə təklif edir. İlk 
bankomat 27 iyun 1967-ci ildə London şəhərinin şimal 
hissəsindəki Enfild rayonundakı bankların birində qurulur 
(bankomat
Automated Teller Machine (ATM) adlandlrılmışdı). 
Qurğunun yaradıcısı şotlandıyalı Con Şepard-Barron idi. 
Qurğu De La Rue şirkətinin sifarişi əsasında yaradılmışdı. 
Şirkət dünyanın 150-dən çox ölkəsi üçün kağız pulun 
hazırlanmasında istifadə olunan qiymətli kağız istehsal edirdi. 
Con Şepard-Barronun hazırladığı qurğu pul tələb edən şəxsin 
hesabında nə qədər pulun olmasını yoxlaya bilmədiyi üçün 
bankirlərin rəğbətini qazana bilmir və ixtiraçı onu digər 
məqsəd üçün - şokalad satışı üçün təkmilləşdirir. 1966-cı ildə 
şotlandiyalı mühəndis Ceyms Qudfellou gizli 4 rəqəmli kod ilə 
mühafizə edilən koda patent alır (Patent bürosu koda “PIN-
kod” adı altında identifikasiya nömrəsi verir). O dövrdən 
başlayaraq PIN-kod bank hesablarında geniş istifadə 
olunmağa başlanılır.
Bankomatların istifadəsi tədricən həyata keçirdi. 1971-
ci ildə amerikanın 35 bankında bankomatlardan istifadə 
edilir. Amerikada bankomatların hər yerə quraşdırılması ilə 
məşğul olan Citibank bankıdır (bu hadisə 1972-ci ilə təsadüf 
edir). 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin