İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


ÖZÜNƏ XAS XÜSUSİYYƏTİ OLAN PROTOKOLLAR



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə80/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   76   77   78   79   80   81   82   83   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

ÖZÜNƏ XAS XÜSUSİYYƏTİ OLAN PROTOKOLLAR 
Açarları dəyişmə protokolu və autentifikasiya protokolu ən 
çox kriptoqrafik protokollar sinifinə aiddirlər. Bununla yanaşı 
bəzi protokollar vardır ki, onlar başqa spesifik (özünə xas 
xüsusiyyəti olan) məsələləri həll etmək üçün yararlıdırlar. 
Bunlara aşağıdakıları aid etmək olar: 
Səsvermə protokolu. Protokol seçkilərin aparılması zamanı 
istifadə edilir. Səsvermədə iştirak edən hər bir seçici anonim 
olaraq öz səsini verir. Bununla yanaşı səsvermədə iştirak edən 
şəxs iki dəfə bu prosesdə iştirak edə bilməz. Səsvermədə 
ancaq qeydiyyatdan keçmiş iştirakçı iştirak edir və həqiqətəndə 
onun səsverən şəxs olduğu ona məxsus olan sənəd vasitəsilə 
yoxlanılır. 
Eyni zamanda imza atma protokolu. İştirakçıların əsas 
məqsədi ondan ibarətdir ki, onlar hər hansısa bir sənədi 
imzalayan zaman imzasına görə təminat ala bilsinlər. 
İştirakçılar imzalama mərasimi zamanı bir-birindən uzaq 
məsafədə ola bilərlər, odur ki, imzalama prosesi elektron 
rəqəmsal imza ilə də həyata keçirilə bilər. 
Qrup şəkilində imzalama protokolu. Sənədin imzalanması 
bir qrup iştirakçı tərəfindən yerinə yetirilə bilər. İmzalanmış 
sənədi alan əks tərəf əmin olmalıdır ki, sənəd bir qrup iştirakçı 
tərəfindən imzalanmışdır, amma imzaların kimə məxsus olduğu 
onun üçün o qədər də maraqlı deyil. Əgər imzaların kimə 
məxsus olduğunu yoxlamaq tələb edilərsə, sözsüz ki, sənədi 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 123 ____________________________ 
imzalayanların imzaları ilə onların şəxsiyyəti araşdırılmaqla 
yoxlanılacaq. 
Qrup şəkilində imzalamağın ən sadə forması inanılmış 
arbitrdən istifadədir. Arbitr çoxlu sayda açıq və bağlı açarları 
generasiya edir və bu açarları qrupun iştitakçılarına paylayır 
(məsələn, 
m ədəd açarı qrupun hər bir n üzvünə). Açıq 
açarların siyahısı çap edilir. Məlumatı imzalamaq üçün qrupun 
hər bir üzvü bağlı açarlardan istənilən birini seçir. Sənədin qrup 
üzvlərinin biri tərəfindən açıq açarla imzalandığını yoxlamaq 
üçün elektron rəqəmsal imza tərəfindən qrupa məxsus açıq 
açarlar toplumu yoxlanılır. Sonrakı mərhələdə isə imzaların 
imza sahiblərinə məxsusluğunu müəyyənləşdirməkdən ötrü 
arbitrə müraciət edilir (Arbitr latınca arbiter – hakim, ortaq 
anlamını verir). 
Protokolun zəif cəhəti əsasən ondan ibarətdir ki, arbitrin 
nəyəsə aldanaraq qrup üzvlərinin imzalarını saxtalaşdırmasıdır. 
Danılmaz imzalama. İmza adı rəqəmsal imzadan onunla 
fərqlənir ki, onun yoxlanılması üçün imzalayanın icazəsi mütləq 
olmalıdır. 
Kor-koranə imzalama. Elektron rəqəmsal imzanın 
xüsusiyyətini özündə əks etdirsədə, ondan müəyyən qədər 
fərqlənir, yəni imzalayan şəxs imzaladığı sənədin məzmunu ilə 
tanış olmaqdan mərhumdur. 
Sirrin 
bölünmə 
protokolu. 
Məlumat 
hissələrə 
parçalandıqdan sonra qrup üzvləri arasında paylanır, nəticədə 
qrupun istənilən üzvü onun payına düşən məlumatdan heç bir 
şey anlaya bilmir. Lazım gəldikdə qrup üzvləri bir yerə 
toplaşdıqdan sonra məlumatla tanış ola bilirlər. 
Ən çox istifadə edilən protokol sirrın arbitrin iştirakı ilə 
bölünməsidir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin