İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 88 ____________________________
İnformasiyanın şifrələnməsinə nümunə kimi İkinci
Dünya Müharibəsində istifadə edilən ENİQMA hesablama
maşınından istifadəni göstərmək olar.
Kriptoqrafiyadan istifadənin dördüncü dövrü (XX
əsrin
ortalarından keçən əsrin 70-ci illərinə kimi) riyazi
kriptoqrafiyaya keçid dövrü adlanır. Görkəmli alim
K.Şennon
əsərlərində informasiyanın ölçülməsi, verilənlərin ötürülməsi,
entropiya, şifrələmə funksiyası kimi terminlərdən istifadə edir
və bu terminləri sonralar elmə daxil edir. Şifrələnmiş
informasiyanın müəyyənləşdirilməsi üçün “xətti
differensial
kriptoanaliz”dən istifadə olunmağa başlanılır. Bütün bunlara
baxmayaraq 1975-ci ilə kimi kriptoqrafiyada “klassik”
üsillardan istifadə olunurdu.
Kriptoqrafiyanın müasir dövrdə inkişafı (keçən əsrin 70-
ci illərinin sonundan inkidiki zaman kimi) bu sahədə yeni
istiqamətin – açıq açar prinsipli kriptoqrafiya - yaranmasına
səbəb oldu. Müasir sahənin yaranması
təkcə yeni texniki
qurğulardan istifadə ilə deyil, həmçinin kriptoqrafiyadan fərdi
şəxslərin istifadəsilə də bağlı oldu (əvvəlki dövrlərdə
kriptoqrafiyadan ancaq dövlət səviyyəsində istifadə
olunurdu). İnsanların şəxsi məqsədləri üçün kriptoqrafiyadan
istifadə etməsi müxtəlif ölkələrdə müxtəlif cür qarşılanır, bəzi
ölkələrdə
buna qadağa qoyulsa da, bəzi ölkələrdə buna
geniş imkanlar yaradılır.
Müasir kriptoqrafiya müxtəlif elmi istiqamətlər
(riyaziyyat elminin informatika elmi ilə kəsişməsində)
yaratmışdır. Bu barədə elmi jurnallarda mütamadi məqalələr
çap edilir. Kriptoqrafiyadan
istifadə müasir cəmiyyətin
ayrılmaz bir hissəsinə çevrilmişdir. Ondan elektron
kommersiyada, elektron sənəd dövriyyəsində,
rəqəmsal
imzada, telekommunikasiya sahəsində və digər sahələrdə