.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------193------------------------------------
Bütün blokların birgə
fəaliyyəti xüsusi sistem
vasitələri ilə elə təmin edilir ki, bloklar arasındakı qarşılıqlı
fəaliyyət paralel asinxron xarakter daşısın.
Biliklərin təqdim edilməsi alt sistemi iki
komponentdən, verilənlər maşınından və biliklər
maşınından ibarətdir. Bu maşınların arasında interfeys
bloku vardır. Maşınlar arasındakı
fərq ekstensional və
intensional biliklər arasındakı fərqdir. Bunların arasındakı
interfeys monitorun köməyi ilə gerçəkləşdirilmişdir.
PAMİR sistemində paylanmış idarəetmə modelindən
maksimum istifadə edilməsi nəzərdə tutulduğundan,
monitor bir fiziki blok olaraq olmaya da bilər.
Məntiqi nəticəçıxarma alt sistemi 2 maşından təşkil
edilmişdir:
1) Deduktiv nəticəçıxarma maşını;
2) Gerçəyəbənzər nəticəçıxarma maşını.
Bu iki maşın arasında interfeys bloku və bir sıra
xarici interfeys blokları var.
Yeni nəsil EHM-lərin
yeni
versiyalarında
(
informasiya-hesablayıcı
məntiqi sistem
istisna
olunmaqla) rast gəlinməyən nəticəçıxarma
alt sisteminin
fərqləndirici cəhəti deduktiv və
gerçəyəbənzər
nəticəçıxarma maşınlarının eyni zamanda paralel işləməsi
imkanının olmasıdır. Halbuki müəyyən deduktiv addımlar
induktiv və ya traduktiv addımlarla növbələnir.
Qeyd etmək lazımdır ki, məntiqi nəticəçıxarma alt
sistemi PROLOQ dilinə deyil, nəticəçıxarmanın dalğavari
dillərinin xüsusi versiyalarına yönləndirilmiş olur.
Deduktiv nəticəçıxarma maşını aktiv şəbəkə
verilənlər bazasına bənzər vasitələrlə reallaşdırılır. Odur
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------194------------------------------------
ki, PAMİR sistemində əzəl-başdan
semantik şəbəkədə
dalğavari nəticəçıxarma problemi qoyulur. Semantik
şəbəkənin təpələrində xüsusi prosessorlar (nəticəçıxarma
transpüterləri) yerləşir. Bunlar isə öz növbəsində 3
blokdan təşkil edilmişdir: unifikasiya bloku, parçalama
(yarma) bloku və mübadilə bloku.
PAMİR sistemində ünsiyyət bloku istifadəçi ilə
məhdud təbii dildə əlaqə təmin edir. Bu ünsiyyət bloku
digər ünsiyyət bloklarından fərqli olaraq linqvistik biliklər
bazası və aktiv semantik şəbəkə əsasında təşkilolunmanın
nəticəsi olan dalğavari
xarakterli
proseslərə
istiqamətləndirilmişdir.
Dostları ilə paylaş: