Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------211------------------------------------ 
 
İNTELLEKTUAL SİSTEMLƏRİN 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
MƏRHƏLƏLƏRİ 
 
 
İntellektual sistemlərin layihələşdirilməsi dedikdə
predmet oblastında biliklərə sahibolmaya və sistemin 
yaradılmasına kömək etməyə hazır olan ekspertin, 
həmçinin süni intellekt sahəsində çalışan biliklər 
mühəndisinin, analitiklərin və proqramçıların iterativ və 
təkamül proseslərində iştirakı başa düşülür. Görüləcək 
işlərin həcmi və əməktutumundan asılı olaraq qrup 3-6 
nəfərdən ibarət ola bilər. 
Predmet oblastının təhlilindən və bu sahəyə 
intellektual 
sistemlərin 
məqsədəuyğun 
tətbiqinin 
müəyyənləşdirilməsindən sonra bilavasitə sistemin 
layihələşdirilməsinə keçilir. 
İntellektual 
sistemlərin 
layihələşdirilməsi 
mərhələlərinin sayına müxtəlif baxışlar mövcuddur. Bu, bir 
çox amildən, əsasən də yaradılacaq intellektual sistemin 
funksiyalarından, onun istifadə olunacağı sahədən, inkişaf 
etmiş alət vasitələrinin mövcudluğundan və s. asılıdır. 
Süni intellekt sisteminin hazırlanması prosesi beş 
mərhələyə ayrılır: 
1.Verilən məsələlərin və onların xarakteristikalarının 
müəyyənləşdirilməsinin identifikasiyası. Bu mərhələdə həll 
olunacaq məsələlərin xarakteristikaları və xüsusiyyətləri 
müəyyənləşdirilir. Layihələşdirilən sistemə 
texniki 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------212------------------------------------ 
tapşırıqlar hazırlanır. Daha sonra sistemin istifadəçilərinin 
əhatə dairəsi müəyyənləşdirilir. Bu məlumatlar gələcəkdə 
ekspertlərin bilik sahəsini, sistemin funksiyalarını və nəticə 
olaraq lazım olan biliklərin səviyyəsini müəyyən etməyə 
imkan verir. Nəticədə müəyyən tələblər yaranır.
2.Predmet oblastının ekspertlərinin biliklərinin 
dairəsini 
əks etdirən 
əsas konsepsiyalarının 
müəyyənləşdirilməsi. Bu, qərar qəbulu prosesində 
ekspertin işlədiyi biliklərin tipini təhlil etməyə imkan verir. 
Biliklər mühəndisi qərarın çıxarılışında ekspertin fikirlərinə 
uyğun olan biliklərin təqdim olunmasının və qərar 
qəbuletmə 
prosedurunun rəsmi vasitələrini 
müəyyənləşdirir. Beləliklə, bu mərhələnin yerinə yetiril-
məsi nəticəsində predmet oblastı haqqında ekspert 
biliklərinin təqdimatı sxeminin xarakterinin seçimini 
müəyyən edən anlayış meydana gəlir və formalaşır. 
3.Biliklərin 
təqdimatı 
və 
qərarların 
çıxarışı 
mexanizminin müəyyənləşdirilməsinin rəsmiləşdirilməsi 
üsulunun seçilməsi. Sistemin layihələşdirilməsində 
qoyulan məsələnin həllinə modelləşdirmə komponentləri 
əhəmiyyətli dərəcədə təsir göstərir. Biliklərin təqdim 
olunması üçün hazırlanan quruluş növbəti mərhələnin – 
biliklər bazası sisteminin yaranması mərhələsinin 
reallaşdırılmasının bilavasitə əsasını təşkil edir.
4.Biliklərin təsviri dilinin (BTD-nin) seçilməsi və ya 
hazırlanması. Seçilmiş təqdimolunma dilində qaydaların 
hazırlanması və təqdim olunmasından sonra onlar, yəni 
qaydalar, biliklər mühəndisi tərəfindən biliklər bazasına 
yerləşdirilir.
5.Sistemin yoxlanması və ya testdən keçirilməsi.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------213------------------------------------ 
Sistemin iş qabiliyyəti konkret yoxlanmış məsələlərin 
həlli yolu ilə müəyyənləşdirilir. Müxtəlif çatışmazlıqların 
meydana gəlməsi zamanı həmin çatışmazlıqların 
xarakterindən asılı olaraq sazlamanın bu və ya digər 
mərhələsinə müraciət baş verir. Süni intellekt sistemində 
hər hansı biliklərin olmaması və ya onların çatışmayan 
müəyyənlikləri təyin edildikdə IV mərhələyə qayıdılır və 
imkanları daxilində düzəlişlər edilir. Əgər ekspert 
tərəfindən seçilmiş biliklərin təqdim olunması modeli 
çərçivəsində hər hansı biliklər təqdim oluna bilmirsə, onda 
III mərhələyə qayıdılır və alternativ model və ya biliklərin 
təqdim olunma sxemi seçilir. Geri qayıtmanın səbəbi kimi 
məntiqi çıxarışın adekvat baza mexanizminin çatışmazlığı 
ola bilər. Qoyulan məsələnin çıxış vəziyyəti düzgün 
olmadığı zaman problemin yenidən formalaşdırılmasına 
tələbatda hansısa bir hadisə baş verə bilər. 
İşlərin ardıcıllıq sxemi bizim nöqteyi-nəzərimizdən, 
süni intellektin layihələşdirilməsi prosesini kifayət qədər 
dolu və ətraflı izah edir, lakin bir çox süni intellekt 
sisteminin bir sıra funksional modullarının yaradılması ilə 
əlaqəli olan vacib mərhələlərə baxılmır. 
İntellektual sistemlərin layihələşdirilməsi zamanı 
işlərin daha ətraflı siyahısı aşağıda verilən ardıcıllıqladır: 

Biliklərin ekspertdən sistemə ötürülməsi;

Biliklərin sistemə təqdim olunma üsulunun 
seçilməsi;

Çıxış (idarəetmə) strategiyasının seçilməsi;

İzahetmə altsisteminin seçilməsi;

İstifadəçi ilə qarşılıqlı əlaqə altsisteminin seçilməsi;



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------214------------------------------------ 

Sistemin 
reallaşdırılması 
üçün 
adekvat 
instrumentariyanın seçilməsi. Lakin burada yuxarıda qeyd 
edilən bir neçə vacib mərhələ yoxdur.
Qeyd edildiyi kimi, işlərin quruluşu, intellektual 
sistemlərin layihələşdirilməsi mərhələlərinin sayı, onların 
icrasının ardıcıllığı bir çox obyektiv və subyektiv 
amillərdən asılıdır. Lakin işlərin bir çox mərhələ və 
quruluşu, demək olar ki, bütün tip intellektual sistemlər 
üçün ümumi və zəruridir. 
Aşağıda belə mərhələlərin və onların quruluşunun 
siyahısı sadalanır: 
1.Predmet oblastının təsviri: bütün təşkiletmə 
prosesi üçün problemin vacibliyini göstərən predmet 
oblastının təyini; biliklər bazasına ekspertizaları (bilikləri) 
ötürməyi arzulayan problemli ekspertlərin təyini; inkişaf 
planının hazırlanması və elan edilməsi.
2.İşçi heyəti: layihələşdirmə qruplarının və uyğun 
tapşırıqların təyini; layihəyə təcrübəli rəhbərin təyini; 
idarəetmənin düzgün yolunun müəyyən edilməsi və 
həyata keçirilməsi.
3.Layihənin qəbulu: təşkilati iclasın keçirilməsi; 
problemə yanaşmanın müzakirəsi; xüsusi inkişaf planının 
hazırlanması; lazımi texniki alət və vasitələrin quraşdırıl-
masına hazırlıq.
4.Sistemin 
prototipi 
(ilkin modeli): 
sistem 
prototipinin inkişafı və yoxlanılması (testləşdirilməsi); 
yoxlanışın nəticəsi olaraq predmet oblastı haqqında əlavə 
informasiyanın toplanması.
5.Bitkin sistemin inkişafı: prototipin biliklər bazasının 
genişlənməsi; 
istifadəçi interfeysinin 
quruluşunun 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------215------------------------------------ 
qiymətləndirilməsi; istifadəçilərin öyrədilməsi və 
sənədləşmə vasitələrinin birləşdirilməsi.
6.Sistemin verifikasiyası (yoxlanışı): ekspert və 
potensial istifadəçilərin yoxlanış prosesinə cəlb edilməsi
layihə ilə uyğun sistemin işləməsinin təminatı.
7.Sistemin 
inteqrasiyası: 
bitkin 
sistemin 
planlaşdırıldığı kimi yerinə yetirilməsi; fəaliyyətdə olan 
sistemlə uyğunluq və qarşılıqlı əlaqənin təminatı.
8.Sistemin 
dəstəklənməsi: sistemə 
dəstək 
verilməsinin fasiləsizliyinin təminatı; yeni informasiyanın 
qəbulu zamanı biliklər bazasının modernləşdirilməsi; 
sistemə görə cavabdehliyin saxlanılması.
9.Sənədləşdirmə: sistemin tam sənədləşdirilməsinə 
hazırlıq; istifadəçi üçün idarə etmənin hazırlanması; 
istifadəçilərə məsləhətlərin hazırlanması.
İntellektual sistemlərin yaradılması mərhələləri dəqiq 
və nizamlanmış deyildir.
İntellektual sistemlərin (və ya sistemin həyati dövrü) 
mövcudluq mərhələləri instrumentari (bir ixtisasda işlənən 
alətlər komplekti) ilə reallaşan sistemin hazırlıq 
səviyyəsinə, 
onun 
funksional 
bacarıqlarının 
tamamlanmasına uyğundur. İntellektual sistemlərin 
mövcudluğunu müəyyən edən növbəti mərhələlər isə 
bunlardır: nümayiş etdirilən prototip; tədqiqat prototipi; 
fəaliyyət göstərən prototip; sənaye sistemi; kommersiya 
sistemi. 
Nümayiş etdirilən prototip bu, sistemin problemli 
tapşırıqlarının bir hissəsini həll edən zaman hazırlanmış 
vəziyyətidir. Nümayiş etdirilən prototipin hazırlanması 
zamanı ziddiyətli məqamları həll etməyə səy göstərirlər: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------216------------------------------------ 
bir tərəfdən nümayiş etdirilən prototip mərhələsində 
sistem onun qabiliyyətlərini dolğun xarakterizə edən 
tapşırıqları yerinə yetirməyə məcburdur, digər tərəfdən 
isə sistem bu mərhələni mümkün qədər tez keçməyə 
çalışır. Nümayiş etdirilən prototipin işi, əgər bir neçə 
tapşırığın həlli üçün kifayət olan minimal qaydalar toplusu 
ilə əməliyyat aparırsa, qənaətbəxş hesab edilə bilər. 
Hazırlanma vaxtı iki aydan bir ilə qədər çox ola bilər. 
Tədqiqat prototipi 1,5 - 2 il ərzində layihələşdirilir. 
Sistemin inkişafının bu mərhələsində, sistemin biliklər 
bazası predmet oblastına kifayət qədər adekvat təsvir 
edən yüzlərlə qaydanı özündə saxlayır. Fəaliyyətdə olan 
intellektual sistemlərin prototipi genişlənmiş qaydalar 
(təxminən 1000-ə yaxın) mühitində nəticələrin keyfiyyətli 
çıxarılışını yerinə yetirir. Buna görə də çətin tapşırıqların 
çıxarılışı daha çox vaxt və yaddaş resursu tələb edir.
Sənaye sistemləri həll müddətinin və tələb olunan 
yaddaşın əhəmiyyətli dərəcədə azalması şəraitində də 
predmet oblastının probleminin həllinin yüksək səviyyəsini 
təmin edir. Qaydaların miqdarı fəaliyyətdə olan 
prototiplərlə müqayisədə elə də nəzərəçarpan dərəcədə 
artmır. Bu mərhələdə qaydaların sayının genişləndirilməsi 
və intellektual sistemlərin daha effektiv alət vasitələri ilə 
təkmilləşdirilməsi hesabına fəaliyyətdə olan prototipin 
şəklinin dəyişməsi baş verir. Bu təxminən 3-4 il tələb edir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------217------------------------------------ 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin