CO
2
və
H
2
O
əmələ gəlir,
enerji
ayrılır. Bu enerji vasitəsilə başqa proseslərdə əlaqə yaranır. Belə ki, karbohid-
ratların okidləşməsi nəticəsində ATF-də toplanan enerjidən yağlarda və zülalların
biosintezində, yağların oksidləşməsindən alınan enerjidən isə karbohidratların və
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan enerjidən də lipidlərin
və karbohidratların mübadiləsində istifadə olunur. Deməli,
maddələr mübadilə-
sində əlaqə enerji mübadiləsində yaranır. Müxtəlif maddələrin mübadiləsi zamanı
qarşılıqlı əlaqənin yaranmasında və onların vəhdətində
mühüm rolu Krebs sikli
oynayır.
Mübadilə prosesində bu əlaqə hüceyrənin ayrı-ayrı hissələrində də (mitoxon-
driyalar, ribosomlar, nüvə və s.) rabitə yaradır. Belə ki,
mitoxondriyalarda əmələ
gələn enerji ATF-lə nüvəyə aparılaraq zülalların və nuklein turşularının
sintezi
üçün istifadə olunur. Nüvədə sintez olunan RNT ribosomlara aparılaraq zülalların
sintezində iştirak edir. Belə misalları çox göstərmək olar. Bunları ümumiləşdirə-
rərk
göstərmək olar ki, mübadilə proseslə-rində
əlaqə nəinki metabolitlərin