MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   102
Qida-kimyas-

ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва. 
Медицина. 2003. 
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 2. KARBOHİDRATLAR. TƏSNİFATI, KİMYƏVİ TƏRKİBİ,
ORQANİZMDƏ YAYILMASI. 
 
P L A N 
 
 
1. Karbohidratların orqanizmdə yayılması və təsnifatı 
2. Monosaxaridlər, quruluşu və bioloji rolu 
3. Oliqosaxaridlər, quruluşu və bioloji rolu 



4. Homopolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi 
5. Heteropolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi 
1. Karbohidratların orqanizmdə yayılması və təsnifatı: 
Bitki və heyvan 
orqanizmlərində olan üzvi birləşmələrdən bir qrupu da karbohidratlardır. Bunlara 
sulu karbonlar 
və ya 
 qlüsidlər
də deyilir. 
 
Karbohidratlar heyvanlarda az (quru maddənin 2%-i qədər), bitkilərdə isə 
çox (quru maddənin 80%-i qədər) olur. Karbohidratlar əsas üç elementdən: karbon, 
oksigen və hidrogen-dən ibarətdir. Bu elementlər molekullarda 1:2:1 nisbətində, 
yəni hər bir karbon atomu iki hidrogen və bir oksigen atomu 
)
(
2
O
CH
ilə birləşir. 
Bu formuladan belə güman etmək olar ki, hər karbon atomuna bir su molekulu 
uyğun gəlir. Odur ki, triozalar C
3
H
6
O
3
və ya C
3
(H
2
O)
3
, tetrozalar C
4
H
8
O
4
yaxud 
C
4
(H
2
O)
4
şəklində də yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar 
adı verilimişdir. Bu ad isə tam düzgün deyil. Çünki başqa üzvi birləşmələr də 
vardır ki, onların molekul tərkibləri yuxarıda göstərilən qaydaya uyğun gəlir, 
amma karbohidrat deyildir. Bunlara misal sirkə turşusunu (CH
3
COOH), süd 
turşusunu (CH
3
CHOHCOOH) və s.-ni göstərmək olar. Ancaq sulu karbon adı 
elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir.
Karbohidratların tərkibindəki karbon atomlarının sayının axırına 
“oza”
şəkilçisi əlavə etməklə onların adı düzəldilir. Məsələn, maddənin tərkibində iki 
karbon atomu olduqda 
“bioza”
, üçdə 
trioza
, dörddə 
tetroza
, beşdə 
pentoza
, altıda 
heksoza
, çox sayda isə 
polioza
adlanır.





─ ─
C ) 




H
──
C OH 

H
──
C OH 

CH
2
OH 
D-Eritroza 




H
──
C OH 

H
──
C OH 

CH
2
OPO
3
H

Eritroza -4--fosfat 




HO
──
C H 

H
──
C OH 

CH
2
OH 
D-Treoza 
Karbohidratlar təbiətdə ən çox yayılmış üzvi birləşmələrdir. Bunların 
mürəkkəb formalarına daha çox rast gəlinir. Yalnız sellüloza təbiətdə olan bütün 
üzvi maddələrin yarıdan çoxunu təşkil edir. Mürəkkəb karbohidratlar (sellüloza, 
nişasta, qlikogen, inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir.
Karbohidratlar mühüm bioloji vəzifə daşıyır. Belə ki, onlar vacib energetik 
material, ehtiyat qida maddəsi, sementləşdirici maddə sayılır. Bütün canlılar əsasən 
bunların oksidləşməsindən alınan enerji hesabına fəaliyyət göstərir. Bu birləşmələr 
bitkilərdə istinad toxuması, insan və heyvanlarda müdafiə, habelə antikoaqulyant
antifriz və sürtkü materialı funksyasını yerinə yetirir. Zəhərli maddələri 
zərərsizləşdirir. Nuklein turşularının, aromatik amin turşularının biosintezində, 
hüceyrələrin bir-birilə və xarici mühitlə əlaqəsinin yaranmasında, qan qruplarının 
spesifikliyində iştirak edir.
Karbohidratlar tərkiblərinə görə 3 qrupa: monosaxaridlərə, oliqosaxaridlərə 
və polisaxaridlərə bölünür. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin