50
1. Nuklein turşuları haqqında məlumat:
Nuklein turşuları–elementar tərkibli azot
əsasları, pentozalar və fosfat turşusu olan yüksəkmolekullu birləşmələrdir. Nuklein
turşularını ilk dəfə 1868-ci ildə İsveç həkimi F. Mişer sarğı materiallarında olan
irin hüceyrələrində qeyr-adi fosforlu birləşmə olduğunu aşkar etdi və bunları
nukleinlər (latınca nulkeus-nüvə) adlandırdı. 1889-cu ildə Z. Altman heyvan
toxumalarından və maya köbələklərindən nuklein turşularının zülallardan
ayrılmasına nail oldu. Daha sonra Kossel hüceyrələrdə NT-nin iki növü olduğunu
aydınlaşdırdı. XX əsrin əvvəllərində Levin və Qulland NT-nin makro-molekulyar
strukturu haqqında nəzəriyyə irəli sürdülər.
Son zamanlar NT-nin rolu haqqında məlumatlar əldə edilmişdir: onlar
genetik informasiyaların mühafizə olunmasında, saxlanmasında, nəsildən nəsilə
ötrülməsində və bu informasiyaların həyata keçrilməsində vacib komponentdir.
NT-i zülalların və hüceyrə orqanoidlərinin sintezini idarə edir, biokomplekslər
formasında fəaliyyət göstərir.
Dostları ilə paylaş: