69
Dərs 19 / Mövzu 15:
ŞƏKİLLİ MƏTNLƏR
Şagirdlər mətnə şəkilləri əlavə etmək bacarığı ilə aşağı siniflərdən tanışdırlar. Dərsin
təlim məqsədlərini reallaşdırarkən şagirdlərin əvvəlki biliklərini aktivləşdirmək və
hər bir şagirdə bacarıq səviyyəsinə uyğun tapşırıqlar vermək tövsiyə olunur. Təlim
nəticələri yüksək olan şagirdlərə mətnə şəkil əlavə etməklə yanaşı, onu formatlamağı
da tapşırmaq olar. Dərslikdə verilmiş mətnə əvvəlki dərslərdə yaradılmış şəkillərin
yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün dərsə başlamazdan əvvəl
kompüterlərdə uyğun şəkillərin saxlanıldığını yoxlamaq lazımdır. Amma müəllim
şagirdlərə fərqli tapşırıqlar da verə bilər. Məsələn, “Azərbaycan”, “Neft buruqları”,
“Novruz bayramı”, “Azərbaycan yeməkləri”, “İdman” mövzularında mətn yığmaq
və uyğun şəkillər yerləşdirmək tapşırıla bilər.
Bu şəkillərin kompüterlərin
yaddaşında əvvəlcədən, uyğun qovluqlarda yerləşdirilməsi tövsiyə olunur.
Müəllim dərsin əvvəlində kitab və digər çap məhsullarında illüstrasiyaların
vacibliyi haqqında müzakirə təşkil edə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd mətnin lazım
olan yerinə uyğun şəklin yerləşdirilməsidir. Şagirdlər aşağı siniflərdən bu bacarıqla
tanış olsalar da, onlar
WordPad
proqramında daha sadə üsulla – şəkli mətnə bufer
yaddaşından istifadə etməklə yerləşdirmişdilər.
WordPad
proqramı
mətnə şəkli yer-
ləşdirmək üçün OLE texnologiyasından istifadəni tələb edir. Bu, şagirdlərdə bir qə-
dər narahatlıq yarada bilər.
Writer
və
MS Word
proqramlarında isə şəkli yaddaşın
istənilən yerindən daxil etmək mümkündür. Proyektordan istifadə edən müəllim, şa-
girdlərə mətnə şəklin daxil olunması alqoritmini nümayiş etdirir. Tapşırıqda yığılmış
mətnə qrafik redaktora aid birinci dərsdə çəkilmiş şəklin yerləşdirilməsi nəzərdə
tutulur. Ona görə də şagirdlərin kompüterlərində uyğun şəklin olduğunu qabaqcadan
yoxlamaq lazımdır. Lazım olan şəklin kompüterin yaddaşından tapılması şagirddən
bir neçə bacarıq tələb edir. Bu bacarıqların yada salınması üçün müəllim onları
nümayiş etdirə bilər.
Dostları ilə paylaş: