Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əmək haqqının səviyyəsi göstəriciləri və onların hesablanması



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə110/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   262
2-ci movzu demoqrafiya

7.3. Əmək haqqının səviyyəsi göstəriciləri və onların hesablanması
metodları
Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, 
özünü müxtəlif əmək kollektivləri, hər bir işçi ilə onun işlədiyi əmək kol­
lektivi arasında meydana çıxan münasibətlərdə göstərir.
196
İşçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir 
ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürəkkəblik 
dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. İqtisadiyyatda əməyin və işin hər 
birinin bircə növü mövcud olsa idi, əmək haqqı da hamı üçün bərabər 
olardı. Bütün bunlar əmək haqqının müxtəlif forma və metodlarından 
istifadə olunmasını zəruri edir.
Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağıdakı formaları var­
dır: 1) vaxtamuzd əmək haqqı; 2) işəmuzd əmək haqqı. İşlənmiş vaxtın -
saat, gün, həftə, ay - kəmiyyətinə uyğun olaraq hesablanan əmək haqqına 
vaxtamuzd əmək haqqı deyilir. Vaxtamuzd əmək haqqının ən geniş yayıl­
mış sistemləri aşağıdakılardır: 1) sadə vaxtamuzd əmək haqqı; 2)mükafat- 
lı vaxtamuzd əmək haqqı. Sadə vaxtamuzd əmək haqqı saatlıq, gündəlik 
və aylıq əmək haqqına bölünür. Bunlar aşağıdakı kimi müəyyən edilir:
Saatlıq əmək haqqı: Əh = tsaat x Tsaat;
Gündəlik əmək haqqı: Əh = tgün x Tgun;
Aylıq əmək haqqı: Əh = tay x (Tay: Tqraflk).
Bu düsturlarda:
haat > tgün > tay - saatlıq, gündəlik tarif maaşı və aylıq vəzifə maaşı,
TsaaI, T ün - faktiki işlənilmiş saatların, yaxud da günlərin sayı,

- qrafik üzrə iş günlərinin sayı deməkdir.
Mükafatlı vaxtamuzd əmək haqqı dedikdə sadə vaxtamuzd əmək 
haqqı üstəgəl işin konkret kəmiyyət və keyfiyyət göstəricilərinə görə 
mükafat (əlavə) nəzərdə tutulur.
Əməyin ödənilməsinin işəmuzd formasında əmək haqqı faktiki isteh­
sal edilmiş məhsulun miqdarına, yaxud da işin həcminə görə hesablanır. 
İşəmuzd əmək haqqının aşağıdakı sistemləri vardır:
- müstəqim işəmuzd əmək haqqı. Bu sistemdə əmək haqqı keyfiyyətli 
istehsal edilmiş hər məhsul vahidi üçün müəyyən olunmuş qiymətlərlə 
hesablanır;
- mükafatlı işəmuzd əmək haqqı. Müəyyən edilmiş iş normaları artıq­
laması ilə yerinə yetirildikdə artıq istehsal olunmuş məhsula görə mükafat 
verilir;
- mütərəqqi işəmuzd əmək haqqı. Bu sistemdə müəyyən edilmiş nor­
ma daxilində istehsal olunan məhsullara görə bir qiymətlə, artıq istehsal 
olunan məhsullara görə isə mütərəqqi (yüksək) qiymətlə əmək haqqı 
verilir.
-v asitəli sistem - bundan köməkçi işçilərin əməyinin ödənilməsi
197


üçün istifadə olunur. Həm də onların əmək haqqı xidmət etdikləri fəh­
lələrin əməyinin nəticələrindən birbaşa asılı olur.
- akkord əmək haqqı sistemi. Bu sistemdə əmək haqqı yerinə 
yetirilmiş hər əməliyyata görə deyil, bütün kompleksə görə ödənilir.
Son dövrlərdə əmək haqqının ödənilməsinin tarifsiz sistemindən də 
istifadə olunur. Bu, hər bir işçinin fərdi əmək haqqının əmək haqqı 
fondunda, onun iştiraketmə əmsalı ilə müəyyən olunan paymı göstərir.
Büdcə təşkilatlarında əməyin ödənilməsi vahid tarif sistemi əsasmda 
həyata keçirilir.
Əmək haqqının statistik yolla öyrənilməsi aşağıdakı istiqamətlərdə 
aparılır:
- əmək haqqı fondu və onun tərkibi müəyyən edilir;
- orta əmək haqqının səviyyəsi müəyyən olunur;
- əmək haqqının dinamikası təhlil olunur;
- əmək haqqındakı fərqlər öyrənilir.
Əmək haqqının səviyyəsi bir işçinin orta əmək haqqı ilə səciyyələnir. 
Statistika işləri təcrübəsində müəssisə və təşkilatlarda həm bütün işçilər, 
həm də ayrı-ayrı işçi kateqoriyaları üzrə orta aylıq və orta illik əmək 
haqqı göstəriciləri hesablanır.
İşçilərin orta aylıq əmək haqqı hesablanmış əmək haqqı fondunu 
onların (yəni işçilərin ) orta aylıq siyahı sayma bölmək yolu ilə müəyyən 
edilir. Lakin sahələr üzrə orta əmək haqqını müəyyən edərkən əmək 
haqqı fondundan işçilərin orta siyahı sayma daxil edilməyən işçilərə 
hesablanan əmək haqqı nəzərə alınmamalıdır. Müəssisə və təşkilat səviy­
yəsində işçilərin orta aylıq əmək haqqı hesablanarkən əvəzçiliklə işləyən­
lər nəzərə alınmır. Bu zaman hesablanmış əmək haqqı fondundan əvəz­
çiliklə işə qəbul edilmiş şəxslər üçün hesablanmış əmək haqqı məbləğini 
çıxmaq, sonra isə əldə edilmiş kəmiyyəti əvəzçiliklə işləyənlərin sayı 
nəzərə alınmadan işçilərin orta siyahı sayma bölmək lazımdır.
Saatlıq orta əmək haqqı hesablanmış əmək haqqı məbləğinin işlənil­
miş adam-saatlarm miqdarına nisbəti kimi müəyyən edilir. Bu göstərici 
müəssisə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə hesablanır.
Ayrı-ayrı peşə qrupları üzrə orta əmək haqqının hesablanması xüsusi 
maraq doğurur. Beynəlxalq statistikada bu sahədə müsbət təcrübə toplan­
mışdır. Beynəlxalq Əmək Bürosu (BƏB) bu problemlə məşğul olan 
statistiklərin birinci beynəlxalq konfransının (1923) tövsiyələrinə əsasən 
1925-ci ildən başlayaraq hər il peşələr və ərzaq məhsullarının qiymətləri 
ilə əlaqədar əmək haqqmın və iş həftəsinin uzunluğunun öyrənilməsinə
198
dair oktyabr tədqiqatları aparır.
Yaşlı işçilərin əmək haqqı və iş həftəsinin uzunluğuna dair oktyabr 
tədqiqatları ilk dəfə 48 peşə və 39 növ ərzaq məhsulunun qiyməti üzrə 
aparılmışdır. 1985-ci ildə proqram yenidən nəzərdən keçirildikdən sonra 
oktyabr tədqiqatları 49 iqtisadi fəaliyyət sahəsindən 159 peşəni və 93 
adda ərzaq məhsullarının pərakəndə satış qiymətini əhatə etmişdir. 
İqtisadi fəaliyyət sahələrinə bu dərsliyin üçüncü fəslindəki 3.1 cədvə- 
lindəki “İqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsinin beynəlxalq 
standartlarf’nda nəzərdə tutulmuş sahələr aiddir. Hər bir sahədə ən geniş 
yayılmış və tipik peşələr isə öz əksini “Məşğulluğun təsnifləşdirilməsinin 
beynəlxalq standartlarında (MTBS-88) tapmışdır. Hazırda bu ümum- 
dünya tədqiqatında Azərbaycan Respublikası da daxil olmaqla 160-dan 
çox ölkə iştirak edir.
Ayrı-ayrı məşğulluq növləri üzrə aşağıdakı məlumat toplanır:
- tam bir ay işləmiş işçilərin sayı (nəfər);
- bir ay üçün hesablanmış əmək haqqı (manat);
- işçilərə bir ayda tarif üzrə hesablanmış əmək haqqı (manat).
Tarif üzrə əmək haqqına işlənilmiş vaxtın (görülmüş işlərin) müqa­
bilində tarif qiymətləri və vəzifə maaşı əsasında hesablanmış əmək haqqı, 
iş şəraiti və peşə mənsubiyyətinə görə hesablanan və daimi xarakter 
daşıyan əlavələr daxildir. Müəyyən edilmiş vaxtdan artıq, yaxud da bazar 
və bayram günlərində işlənilmiş vaxta, rayon əmsallarına, fəxri adlara, 
fərdi xarakter daşıyan qarışıq ixtisasda işləməyə görə verilən əlavələr tarif 
maaşlarına daxil edilmir:
- ay ərzində işlənilmiş adam - saatın miqdarı;
- rayon əmsallarına uyğun olaraq işçilərə hesablanan məbləğlər.
Oktyabr tədqiqatlarının nəticələrinə əsasən aşağıdakı göstəriciləri
hesablamaq mümkün olur:
- orta aylıq əmək haqqı;
- tarif üzrə orta aylıq əmək haqqı;
- orta saatlıq əmək haqqı;
- tarif üzrə orta saatlıq əmək haqqı;
- ay ərzində orta hesabla bir işçi tərəfindən işlənilmiş adam-saatın 
miqdarı;
- orta hesabla bir işçi tərəfindən həftə ərzində işlənilmiş adam-saatın 
miqdarı.
Bu göstəricilər hər bir məşğulluq növü və bütün işçi qrupları üzrə 
hesablanır. Məlumatlar hər bir fəaliyyət növü üzrə daha kütləvi və tipik
199


peşələr üzrə dərc olunur. Oktyabr tədqiqatlarının məlumatlarından region­
lar, habelə müəssisələr və müxtəlif mülkiyyət formaları üzrə ayrı-ayrı 
peşə işçilərinin əmək haqqını müqayisə etmək üçün İstifadə olunur. Bu 
məlumatlar aşağıdakıların həyata keçirilməsi üçün lazımdır: 1) müxtəlif 
peşə qruplarına daxil olan işçilərin əmək haqqındakı fərqləri təhlil etmək;
2) eyni bir sahədə m üxtəlif ixtisaslı işçilərin əmək haqqındakı fərqləri 
təhlil etmək; 3) müxtəlif peşələr üzrə əmək haqqının dinamikasını 
müqayisə etmək. Bu məlumatlar əmək haqqı sahəsində siyasət işlənib 
hazırlandıqda əməkçiləri birləşdirən təşkilatlarm maraq dairəsində olur. 
Xarici investorlar da bu məlumatlardan geniş istifadə edirlər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin