Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Cədvəl 8.6 “Natura formasında olan gəlirlərin təkrar bölgüsü”



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə132/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   262
2-ci movzu demoqrafiya

Cədvəl 8.6
“Natura formasında olan gəlirlərin təkrar bölgüsü”
Ehtiyatlar
İstifadə
1) Sərəncamda qalan gəlir
2) Natura formasında sosial transfertlər 
(alınmış)
3) N atura formasında sosial transfertlər 
(verilm iş)
4) Təshih olunmuş sərəncam da qalan 
gəlir
fl + 2 - 3 )
Ehtiyatların cəmi
İstifadənin cəmi
MHS-nin hesablarının biri də “Sərəncamda qalan təshih olunmuş 
gəlirlərdən istifadə hesabf’dır. Ev təsərrüfatlarının sərəncamında qalan 
gəlirə onların natura formasında aldıqları sosial transfertləri əlavə etdikdə 
MHS-nin daha bir ümumiləşdirici göstəricisi - ev təsərrüfatlarının sərən­
camında qalan təshih olunmuş gəlir qalır. Beləliklə, ev təsərrüfatlarının 
sərəncamına keçən bütün daxilolmalar onların istehlak və qənaət etmək 
imkanlarını müəyyən edir. Sərəncamlarında qalan təshih olunmuş gəlir 
göstəricisi əhalinin həyat səviyyəsində (xüsusilə do iqtisadiyyatın 
kommersiyalaşdığı şəraitdə) baş verən dəyişiklikləri təhlil etmək üçün 
lazımdır.
Dövləti idarəetmə orqanlarının və ev təsərrüfatlarına xidmət edən 
qeyri-kommersiya (ictimai) təşkilatlarının sərəncamlarında qalan təshih 
olunmuş gəlirləri bu bölmələrin malik olduqları sərəncamda qalan gəlir­
lərdən natura formasında ev təsərrüfatlarına verilmiş sosial transfertlər 
çıxıldıqdan sonra yerdə qalan gəlirə bərabərdir. Beləliklə, iqtisadiyyatın 
bütün bölmələrinin sərəncamlarında qalan təshih olunmuş gəlirlərin cəmi 
onların sərəncamlarında qalan gəlirlərin cəminə bərabərdir. Sərəncam­
larında qalan təshih olunmuş gəlirdən istifadə olunması xüsusi hesabda 
əks etdirilir ki, onun da sxemi 8.7 cədvəlində göstərildiyi kimidir.
240
Cədvəl 8.7
“Sərəncamda qalan təshih olunmuş gəlirlərdən istifadə hesabı”
Ehtiyatlar
İstifadə
1) Sərəncamda qalan təshih olunmuş gəlir 2) Faktiki son istehlak
3) Qənaət (1-2)
Ehtiyatların cəmi
İstifadənin cəmi
Məlum olduğu kimi, faktiki son istehlaka aşağıdakılar daxildir: son 
istehlak xərcləri üstəgəl (çıxılsın) natura formasında alınmış (verilmiş) 
sosial transfertlər. Ev təsərrüfatlarının faktiki son istehlakını müəyyən 
etmək üçün ev təsərrüfatlarının son istehlak xərclərinin üzərinə dövləti 
idarəetmə orqanlarından və ev təsərrüfatlarına xidmət edən qeyri-kommer­
siya təşkilatlarından natura formasında alınmış sosial transfertləri gəlmək 
lazımdır. Dövləti idarəetmə orqanlarının faktiki son istehlak xərcləri son 
istehlak xərclərindən natura formasında ev təsərrüfatlarına verilmiş sosial 
transfertləri çıxmaq yolu ilə hesablanır. Digər bölmələrdə faktiki son 
istehlak, korporasiyalar bölməsində isə (maliyyə və qeyri-maliyyə) 
ümumiyyətlə son istehlak xərcləri olmur. Ev təsərrüfatlarına xidmət edən 
qeyri-kommersiya təşkilatlarında son istehlak xərcləri olur. Lakin məlum 
olduğu kimi, onların hamısı fərdi son istehlak xərcləri hesab edilir. Bu isə 
o deməkdir ki, bu təşkilatların faktiki son istehlakı sıfıra bərabərdir.
MHS-də belə bir bərabərlik də vardır: ev təsərrüfatları və dövləti 
idarəetmə orqanları bölmələrindəki faktiki son istehlakın cəmi onların hər 
ikisinin son istehlak xərcləri ilə ev təsərrüfatlarına xidmət edən qeyri- 
kommersiya təşkilatlarının son istehlak xərclərinin cəminə bərabərdir. 
Başqa sözlə, bütövlükdə iqtisadiyyat üzrə son istehlak xərclərinin cəmi 
faktiki son istehlakın cəminə bərabərdir. Hesabın tarazlaşdırıcı maddəsi 
qənaətdir. O, sərəncamda qalan gəlirdən istifadə hesabının tarazlaşdırım 
maddəsinə uyğun gəlir.
“Kapital ilə əməliyyatlar hesabf’nm forması aşağıdakı kimidir (cədvəl 
8.8.). Bu hesabı açmaqda məqsəd investisiyaların maliyyələşdirilməsi mən­
bələrini və onlardan müxtəlif növ kapital xərcləri üçün istifadə olunmasını 
göstərməkdən ibarətdir. Kapital xərclərinin maliyyələşdirilməsinin əsas 
mənbəyi qənaətdir. Maliyyələşdirmənin başqa bir mənbəyi kapital transfer­
ləridir. Bunlara birdəfəlik yenidən bölgü ödəmələri - müəssisələrin dövlət 
büdcəsindən maliyyələşdirilməsi, keçmiş illərdən qalmış borcların bağışla­
nılması və s. - aiddir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin