Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə130/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   262
2-ci movzu demoqrafiya

237


Cədvəl 8.4
Azərbaycan Respublikasında 2011-ci ildə “Gəlirlərin təkrar bölgüsü
hesabı” (cari qiymətlərlə, milyon manatla)
Ehtiyatlar
İstifadə
1) İlkin gəlirlərin qalığı - 48519,1
2) Alınmış cari transfertlər -
9380,2
3) Verilm iş cari transfertlər - 8419,8
4) Sərəncam da qalan üm um i gəlir - 49479,5
Ehtiyatların cəmi - 57899,3
istifadənin cəm i - 57899,3
MHS-də gəlirlərin təkrar bölgüsü “transfert”lərin köməyilə həyata 
keçirilir. Transfertlər əmtəələrin, xidmətlərin və aktivlərin başqa bir 
institusional vahidə əvəzi qaytarılmadan verilməsi nəticəsində həyata 
keçirilən iqtisadi əməliyyat deməkdir. Transfertlər aşağıdakı növlərə 
bölünür: 1) cari transfertlər; 2) kapital transfertlər; 3) pul formasında 
transfertlər; 4) natura formasında transfertlər. Gəlirlərin təkrar bölgüsü 
hesabında cari transfertlər pul formasında qeyd edilir. Buna aşağıdakı 
maddələr daxildir:
- gəlirlərə və əmlaka görə cari vergilər;
- sosial sığortaya ayrılmalar;
- sosial yardımlar (natura formasında sosial transfertlərdən başqa);
- sığorta mükafatları və ödəmələri;
- digər təkrar ödənişlər (cərimələr, peniyalar və i. a.)
Milli iqtisadiyyatın bölmələrinin əldə etdikləri cari transfertlər bir qayda 
olaraq onların ödədikləri cari transfertlərə bərabər olmur. Ona görə ki, 
transfertlərin bir hissəsi xaricə verilir. Digər tərəfdən milli iqtisadiyyatın 
bölmələrinin əldə etdikləri transfertlərin bir hissəsi xaricdən daxil olur. 
Beləliklə, milli iqtisadiyyatın bölmələrinin verdikləri cari transfertlər onla­
rın aldıqları cari transfertlərə yalnız təsadüf nəticəsində bərabər ola bilər. 
Bu, xaricə verilmiş və xaricdən alınmış cari transfertlərin qalıqları sıfıra 
bərabər olduqda mümkün olur. İqtisadiyyatın hər bir bölməsinin aldığı və 
verdiyi cari transfertlərin qalığı da adətən sıfıra bərabər olmur. O, bir qayda 
olaraq ev təsərrüfatları bölməsində müsbət, korporasiyalar (maliyyə və 
qeyri-maliyyə) bölməsində isə mənfi işarəli olur. Bu qalıq dövləti idarəetmə 
bölməsində sıfıra yaxın olur. Çünki bu bölməyə daxil olan transfertlər 
prinsipcə digər bölmələrə transfert olunmaq üçün nəzərdə tutulur.
Hesabın tarazlaşdırıcı maddəsi sərəncamda qalan gəlirdir. Bu göstərici 
də ümumi və xüsusi əsasda, yəni istehlak olunmuş əsas kapital çıxılma­
dan və çıxılmaqla hesablana bilər. İqtisadiyyatın bütün bölmələrinin əldə 
etdikləri sərəncamda qalan gəlirlərin cəmi sərəncamda qalan milli gəlirə
238
(ümumi, yaxud da xalis) bərabərdir. ÜDM və ÜMG kimi sərəncamda 
qalan ümumi milli gəlir (SQÜMG) və sərəncamdan qalan xalis milli gəlir 
(SQXMG) MHS-nin ən mühüm makroiqtisadi göstəriciləridir. SQÜMG 
ümumi milli gəlirdən (ÜMG) xaricdən alınan transfertlərin qalığı qədər 
fərqlənir.
“Sərəncamda qalan gəlirdən istifadə hesabı” sərəncamda qalan gəlirlər­
dən istifadə ilə əlaqədar əməliyyatların qeyd olunması üçün nəzərdə tu­
tulmuşdur. Hesabın əsas maddələri 8.5. cədvəldə göstərilənlərdən ibarətdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin