Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İqtisadiyyatın institusional bölmələri üçün nəzərdə tutulmuş



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə127/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   262
2-ci movzu demoqrafiya

8.6. İqtisadiyyatın institusional bölmələri üçün nəzərdə tutulmuş
hesabların xarakteristikası
İqtisadiyyatın institusional bölmələri üçün nəzərdə tutulan hesabları 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hazırladığı 
hesablar əsasında qısaca nəzərdən keçirək.
“İstehsal hesabı” istehsalın nəticələrinin təhlil edilməsi üçün nəzərdə 
tutulmuşdur və forması aşağıdakı kimidir (cədvəl 8.1).
Cədvəl 8.1
Azərbaycan Respublikasında 2012-ci ildə “İstehsal hesabı”
(cari qiymətlərlə, milyon manatla)38
Ehtiyatlar
İstifadə
1) Əsas qiym ətlərlə məhsul və xidm ət­
lərin ümumi buraxılışı - 74455,2
2) A ralıq istehlak - 23780,2
3) Üm um i əlavə dəyər (1-2) - 50675,0
Ehtiyatların cəmi: 74455,2
İstifadənin cəmi: 74455,2 
j
Hesabın sol tərəfində qeyd edilən məhsul və xidmətlərin ümumi bura­
xılışı istehsalın nəticələrinin ölçülməsinin başlanğıc nöqtəsidir. Sözün 
geniş mənasında məhsul buraxılışı istehsal edilmiş bütün əmtəə və 
xidmətlərin dəyəri deməkdir. Bu göstərici təkrar uçotdan xali deyildir. 
Çünki onu hesabladıqda istehsal prosesində sərf olunmuş əmtəə və xid­
mətlərin də dəyəri nəzərə alınmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində 
və bütövlükdə məhsul və xidmətlərin ümumi buraxılışının hesablanma­
sında fərqlər vardır. Məsələn, qeyri-maliyyə müəssisələri (korporasiyalar) 
bölməsində məhsul və xidmətlərin ümumi buraxılışı (sadə olsun deyə 
“məhsul və xidmətlərin ümumi buraxılışı” anlayışı, bundan sonra qısaca 
olaraq “ümumi buraxılış” adlandırılacaqdır) aşağıdakı düsturla hesab- 3
8
38 Azərbaycanın statistik göstəriciləri, 2010. Bakı, “Səda nəşriyyatı”, 2010, s. 377; 2013, s. 376.
230
lanır:
P = R + S,
burada: P 
ümumi buraxılış; R 
satılmış məhsulların dəyəri; S 
satılmamış məhsulların ehtiyatlarının (hazır məhsul və bitməmiş istehsal) 
dəyişməsi deməkdir.
Satılmamış məhsul ehtiyatlarının artımı aşağıdakı kimi müəyyən 
oluna bilər:
S — S, — S0>
burada: Sı - dövrün axırına olan ehtiyatların dəyəri; S0 - dövrün əvvəlinə 
olan ehtiyatların dəyəri deməkdir.
MHS-də belə bir qayda müəyyən edilmişdir: ümumi buraxılış məhsul 
və xidmətlərin satıldığı qiymətlərlə deyil, onlar istehsal olunduğu 
məqamlardakı qiymətlərlə qiymətləndirilməlidir. Yüksək inflyasiya 
şəraitində bu qiymətlər arasında kəskin fərq ola bilər və olur. Odur ki, 
MHS-də ümumi buraxılışın məhsul istehsal olunarkən mövcud olan 
qiymətlərlə qiymətləndirilməsini təmin etmək üçün yüksək inflyasiya 
şəraitində satılmamış məhsul ehtiyatı artımının aşağıdakı düsturla 
hesablanması tövsiyə olunur:
S' = L - M
burada: L - dövr ərzində ehtiyat yaradılmasına yönəldilmiş məhsulların 
dəyəri (məhsullar ehtiyat yaradılmasına yönəldilərkən mövcud olan qiy­
mətlə qiymətləndirilir); ehtiyatdan çıxarılmış məhsulların dəyəri (məh­
sullar ehtiyatdan çıxarılarkən mövcud olan qiymətlərlə qiymətləndirilir) 
deməkdir.
S = Sı - So düsturunun əvəzinə S' = L - M düsturundan istifadə olun­
ması məhsulun istehsal olunduğu məqamdakı qiymətlərlə qiymətlən­
dirilməsinə imkan verir. Məsələn, tutaq ki, müəssisədə hər vahidin 
qiyməti 4 manat olarkən 200 ədəd məhsul istehsal edilmiş və o, qiymətlər 
2 dəfə bahalandıqda satılmışdır. Başqa sözlə, məhsul satışı 1600 (200 
ədəd x 8) təşkil etmişdir. Tutaq ki, bu misalda dövrün əvvəlinə və axırma 
məhsul ehtiyatı barədə məlumat verilmişdir. S' = L - M düsturundan 
istifadə etməklə satılmamış məhsul ehtiyatının artımını və P - R + S 
düsturu ilə məhsul buraxılışının həcmini müəyyənləşdirək:
S' = 8 0 0 - 1 6 0 0 - -800;
P = 1600 + (800-1600) = 800
Beləliklə, göründüyü kimi, satılmamış məhsul ehtiyatının S' = L - M 
düsturu ilə hesablanmış artımı mənfi kəmiyyətdir. Doğrudan da, 
müəssisədə yeni ehtiyat yaradılmasına 800 vahid məhsul göndərildiyi 
halda, hər vahidinin qiyməti 8-ə çatdıqda anbardakı mövcud ehtiyatlardan
231


1600 vahid götürülmüşdür. Başqa sözlə, S' anbarda olan məhsulların 
dəyərinin qiymətlərin yüksəlməsinin təsiri ilə artması haqqında təsəvvürü 
yaradır. Ona görə də S' = L - M düsturu qiymət amillinin təsiri ilə əmələ 
gələn və holdinq mənfəəti adlandırılan bu artımı satışın həcmindən təcrid 
etməyə (ayırmağa) imkan verir. Gətirdiyimiz misalda holdinq mənfəəti 
800-ə bərabərdir. O, satışın həcmində ona görə nəzərə alınmamalıdır ki, 
məhsul və xidmətlərin buraxılışım istehsal olunduğu dövrdəki qiymətlərlə 
qiymətləndirmək mümkün olsun. Bizim misalda satılmamış ehtiyatların 
bütün artımı mənfi işarə ilə holdinq mənfəətinə bərabərdir.
İndi isə satılmamış məhsul ehtiyatlarının artımı S = Sı - S0 düsturu ilə 
hesablandıqda hansı nəticələrə gətirib çıxaracağını nəzərdən keçirək. Belə 
halda, ehtiyatların artımı sıfıra bərabər olur. Çünki ilin əvvəlinə və axırma 
məhsul ehtiyatı nəzərdə tutulmamışdır. Nəticədə ümumi buraxılış 1600 
təşkil edər, başqa sözlə, satılmamış məhsulun həcminə bərabər olardı. 
Lakin holdinq mənfəəti adlandırılan 800 ədədi 1600 ədədinin tərkibin­
dədir və o, MHS-nin müəyyən etdiyi qaydalara görə ümumi buraxılışın 
dəyərindən çıxılmalıdır. İl ərzində qiymətlər dəyişmədikdə S = Sı -So və 
S' =L-M düsturları ilə hesablanan satılmamış məhsulların ehtiyatları üzrə 
artım bir-birinin eyni olur.
Lakin dövləti idarəetmə orqanlarının və ev təsərrüfatlarına xidmət 
edən ictimai (qeyri-kommersiya) təşkilatlarının göstərdiyi qeyri-bazar 
xidmətlərinin ümumi buraxılışını qiymətləndirmək üçün P = R + S 
düsturundan istifadə olunmur. Çünki bu bölmələrdə nə satış, nə də 
satılmamış məhsullar üzrə ehtiyatların artımı olmur. Ona görə də onlar 
üçün ümumi buraxılış istehsala sərf olunan xərclərin cəmi kimi müəyyən 
edilir. İstehsala sərf olunan xərclərə aşağıdakılar daxildir:
- aralıq istehlak üçün əmtəə və xidmətlərin alınmasına sərf edilən 
xərclər;
- əməyin ödənilməsi;
- istehsala qoyulan digər vergilər (istehsala görə verilən subsidiyalar 
çıxılmaqla);
- əsas kapitalın istehlakı.
Bəzi hallarda qeyri-bazar xidməti göstərən idarə və müəssisələr öz 
müştərilərindən qismən ödənişlər ala, yaxud da az miqdarda məhsul sata 
bilərlər. Məsələn, dövlət məktəbəqədər uşaq müəssisələri valideynlərdən 
müəyyən məbləğdə “xidmət haqqı” alır, muzeylər açıqca satmaqla gəlir 
“əldə edirlər”. Lakin buna baxmayaraq həmin idarə və müəssisələrin 
ümumi buraxılışı onların istehsala sərf etdikləri ümumi xərcin cəminə 
bərabər götürülür. Bu zaman qeyri-bazar xidmətlərinin dəyəri bazar üçün
232
istehsal olunan əmtəə və xidmətlərə sərf olunan ümumi xərc məbləği ilə 
ödənilmiş məbləğ arasındakı fərq kimi hesablanır.
P = R + S düsturundan maliyyə müəssisələri tərəfindən məhsul və 
xidmətlərin ümumi buraxılışında da istifadə edilmir. Məsələn, bankların 
ümumi buraxılışı aşağıdakı düsturla hesablanır:
P = Fı - F0,
burada: P - bankların “ümumi buraxılışı”; F ı - bankların cəlb etdikləri 
və ssuda formasında yerləşdirdikləri resurslara görə aldıqları faiz 
məbləği; F0- bankların depozit formasında cəlb etdikləri sərbəst maliyyə 
resursları müqabilində ödədikləri faiz məbləği deməkdir.
Bankların özlərinə məxsus xüsusi resurslarından verdikləri ssuda 
müqabilində aldıqları faiz məbləği P = Fı - Fo düsturunda nəzərə alınmır. 
Çünki maliyyə təşkilatlarının “ümumi buraxılışf’nm qiymətləndirilməsi 
əslində bankların vasitəçilik fəaliyyətinin qiymətləndirilməsi deməkdir. 
Bu fəaliyyət sərbəst maliyyə resurslarının axtarılmasından, onların cəlb 
edilməsindən və investisiyalara verilməsindən ibarətdir. Beləliklə, 
banklar sərbəst maliyyə resurslarının cəlb olunması və onun investorlara 
verilməsində vasitəçilik edirlər. Maliyyə təşkilatlarının “ümumi buraxılı- 
şı”na həm də müştərilərə məxsus qiymətlilərin dəmir seyflərdə 
saxlanılması, investisiya qoyuluşu ilə əlaqədar məsləhət verilməsi, 
valyutaların dəyişdirilməsi kimi köməkçi xidmətlər də daxildir. Sığorta 
şirkətlərinin “ümumi buraxılışı” aşağıdakı düsturla hesablanır:
P = R - K - Q - N ,
burada: P - sığorta şirkətlərinin “ümumi buraxılışı” ; R - sığorta şirkət­
lərinin ödədikləri sığorta məbləği; К - sığorta şirkətlərinin verdikləri 
sığorta ödənişləri; Q - sığorta şirkətlərinin texniki sığorta ehtiyatlarının 
qiymətli kağızlara və başqa likvid maliyyə “alətləri”nə qoyduqları inves­
tisiyalara görə aldıqları faiz məbləği; N - aktuar sığorta ehtiyatlarının 
artımı (həyatın sığortalanması üzrə “ümumi buraxılış” hesablandığı 
hallarda nəzərə alınır) deməkdir.
Aralıq istehlak istehsal prosesində sərf edilmiş əmtəə və xidmətlərin 
dəyərini ifadə edir. Bunlara istehsal prosesində istifadə olunmuş xammal 
və materialların, yanacağın, elektrik enerjisinin, reklam və nəqliyyat 
agentliklərinin, hüquq məsləhətxanalarının göstərdikləri xidmətlərə görə 
ödənişlər və i.a. daxildir. Aralıq istehlakın ən mühüm maddələrindən biri 
də binalann, maşın və avadanlıqların icarəyə götürülməsi müqabilində 
ödənilən icarə haqqıdır. Lakin əsas kapitalın istehlakı aralıq istehlaka 
daxil edilmir.
Aralıq istehlak bütün ticarət-nəqliyyat əlavələri də daxil olmaqla
233


axırıncı alıcının ödədiyi qiymətlə qiymətləndirilir. Müəssisənin satdığı 
məhsullara görə hesablanan əlavə dəyər vergisi ƏDV-dən çıxılmalı 
olduğu hallarda aralıq istehlaka daxil edilmir. Lakin bəzi istehsalçılar 
ƏDV ödəməkdən azad olunduqlarına görə onların aralıq məhsula sərf 
etdikləri xərclər ƏDV-nin də daxil olduğu qiymətlə qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, aralıq istehlak satın alınmış əmtəələr isteh­
salda sərf olunduğu anda mövcud olan faktiki qiymətlərlə (vaxtilə satın 
alındığı qiymətlərlə deyil) qiymətləndirilməlidir. Yüksək inflyasiya şərai­
tində bu qiymətlər arasında kəskin fərq ola bilər. Məsələn, Azərbaycan 
keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən 
sonra bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymətlərin liberal- 
laşdırılması ərəfəsində müəssisələr aşağı qiymətlərlə satın aldıqları xam­
mal və materialdan çox böyük həcmdə ehtiyat yaratmışdılar. Lakin 
bunlardan istehsal prosesində 3-4 ay keçdikdən, qiymətlər 2-3 dəfə və 
daha çox bahalandıqdan sonra istifadə olunmağa başlamışdır. Müəssisələr 
həmin xammal və materialları maya dəyərinə satın aldıqları qiymətlərlə 
daxil etdiklərinə görə holdinq mənfəəti əldə etmişlər. Lakin MHS-də 
onun istehsalın nəticələri hesablanarkən nəzərə alınmaması tövsiyə edilir.
Ümumi əlavə dəyər (ÜƏD) iqtisadi fəaliyyətin ən mühüm göstərici­
lərindən biridir. ÜƏD istehsal hesabının balanslaşdırıcı maddəsidir. 
Başqa sözlə, o, məhsul və xidmətlərin ümumi buraxılışı ilə aralıq istehlak 
arasındakı fərq kimi hesablanır. Məhsul və xidmətlərin buraxılışı əsas 
qiymətlərlə (məhsullara qoyulan vergilərin çıxıldığı, lakin məhsullara gö­
rə verilən subsidiyaların daxil edildiyi qiymətlərlə) qiymətləndirilmişdir­
sə, onda belə hesab olunur ki, ÜƏD də əsas qiymətlərlə qiymətləndiril­
mişdir. Məhsul və xidmətlərin ümumi buraxılışı istehlakçı qiymətləri ilə 
(ƏDV-dən və idxala görə alınan vergilərdən başqa məhsula görə alman 
vergilər daxil edilməklə, lakin məhsullara görə verilən subsidiyaların da­
xil edilmədiyi qiymətlərlə) qiymətləndirilmişdirsə, bu o deməkdir ki, 
ÜƏD də istehsalçı qiymətləri ilə qiymətləndirilmişdir. İqtisadiyyatın 
bütün bölmələrində, yaxud da sahələrində yaradılan ÜƏD sözün geniş 
mənasında ümumi daxili məhsula bərabərdir.Lakin təcrübədə ÜƏD və 
ÜDM-in qiymətləndirilməsindəki spesifik xüsusiyyətlər nəzərə alınmaqla 
onların arasındakı nisbəti aşağıdakı kim yazmaq olar:
ÜƏD + N - S = ÜDM,
burada: ÜƏD - iqtisadiyyatın bütün bölmə və ya sahələrində yaradılmış 
əsas qiymətlərlə ümumi əlavə dəyər; N - məhsullara qoyulan bütün 
vergilərin cəmi; S - məhsullara görə verilən subsidiyalar deməkdir.
ÜƏD istehsalçı qiymətləri ilə qiymətləndirildikdə isə ÜƏD-lə ÜDM
234
arasındakı nisbət aşağıdakı şəkli alır:
ÜƏD + ƏDV + у = ÜDM
burada: ÜƏD-iqtisadiyyatm bütün bölmə və ya sahələrində yaradılmış 
istehsalçı qiymətləri ilə ümumi əlavə dəyər; ƏDV -əlavə dəyər vergisi; 
y - idxala görə verilmiş subsidiyalar çıxılmaqla idxala görə alınmış vergi 
məbləği deməkdir.
ÜƏD-nin tərkibində istehlak olunmuş əsas kapitalın dəyəri qaldığına 
görə o, ümumi əlavə dəyər adlanır. Nəzəri cəhətdən bəlkə də ÜƏD-ni 
hesablayarkən istehlak olunmuş kapitalın dəyərini nəzərə almamaq olardı. 
Lakin təcrübədə MHS-nin qarşıya qoyduğu tələb nəzərə alınmaqla 
istehlak olunmuş əsas kapitalın dəyərinin müəyyən edilməsi bir o qədər 
də asan məsələ deyildir. Çünki istehlak olunmuş əsas kapital haqqında 
mühasibat uçotunun məlumatları MHS-nin tələblərinə cavab vermir. Ona 
görə ki, əsas kapital MHS-nin tələb etdiyi bərpa dəyəri ilə deyil, bir 
qayda olaraq tam ilk dəyərlə qiymətləndirilir. Statistiklər əsas kapitalın 
istehlakım dəqiq müəyyən edə bilsələr (bu məqsədlə onlar fasiləsiz 
inventarlaşdırma metodundan istifadə olunmasını təklif edirlər), onda 
iqtisadi fəaliyyətin daha dəqiq göstəriciləri olan xalis əlavə dəyəri (XƏD) 
və xalis daxili məhsulu (XDM) hesablamaq imkanı yaranacaqdır.
MHS-nin ən mühüm hesablarından biri də “Gəlirlərin əmələ gəlməsi” 
hesabıdır. O, yaranmış gəlirlərin tərkib hissələrinə necə bölünməsini gös­
tərməlidir. ÜƏD-nin tərkib ünsürləri 8.2 cədvəlində göstərildiyi kimidir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin