Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


MHS-də istifadə olunan ən mühüm makroiqtisadi göstəricilər



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə124/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   262
2-ci movzu demoqrafiya

8.3. MHS-də istifadə olunan ən mühüm makroiqtisadi göstəricilər
və onların xarakteristikası
MHS-də aşağıdakı ən mühüm makroiqtisadi göstəricilər nəzərdə tutul­
muşdur:
- ümumi daxili məhsul (ÜDM);
- xalis daxili məhsul (XDM);
- sərəncamda qalan ümumi milli gəlir (SQUMG);
- sərəncamda qalan xalim milli gəlir (SQXMG);
- son milli istehlak (SMI);
- ümumi yığım (ÜY);
- xalis yığım (XY);
221


- əmtəə və xidmətlərin ixrac-idxal qalığı;
- xalis kreditlər və xalis borclar;
- milli sərvət (MS).
ÜDM Milli Hesablar Sistemində ən əsas göstəricidir. Onun tərkibinə 
hansı ölkənin mülkiyyətində olmasından və mülkiyyət formasından asılı 
olmayaraq hesablama aparılan ölkədə fəaliyyət göstərən iqtisadi vahidlər 
(rezidentlər) tərəfindən bu və ya digər dövrdə (ay, ilib, il) istehsal edilmiş 
məhsul və xidmətlərin bazar dəyəri daxil edilir. ÜDM son istehlakçının 
ödədiyi bazar qiymətləri (ticarət-nəqliyyat xidməti ilə əlaqədar olan 
qiymət əlavələri, habelə məhsullara qoyulan vergilər də - ƏDV, aksizlər 
və i.a. - daxil olmaqla) ilə hesablanır. Deməli, təkrar uçotaalmalara yol 
verməmək üçün ÜDM-i hesablayarkən yalnız son məhsulun bazar dəyəri 
nəzərə alınmalıdır.
Son məhsul dedikdə, satmaq və ya emal etmək məqsədi ilə deyil, son 
nəticədə istifadə olunmaq üçün satın alman əmtəə və xidmətlər nəzərdə 
tutulur ki, bu da ÜDM-in tərkibində təkrar hesablamaları aradan qaldırır.
ÜDM-dən istehsalın nəticələrinə, iqtisadi inkişaf səviyyəsinə, iqtisadi 
artım sürətinə xarakteristika vermək, əmək məhsuldarlığını təhlil etmək 
üçün istifadə olunur. Bəzi hallarda ÜDM-dən digər göstəricilərlə 
qarşılıqlı əlaqədə istifadə edilə bilər. Buna büdcə kəsirinin ÜDM-ə olan 
nisbəti kimi hesablanan göstəricini misal göstərmək olar. Adından görün­
düyü kimi, ÜDM ümumi əsaslarla, başqa sözlə, istehlak olunmuş əsas 
kapitalın dəyəri ilə birlikdə hesablanır. Çünki istehlak olunmuş əsas 
kapitalın dəyəri haqqında məlumatın əldə edilməsi təsəvvür olunduğu ki­
mi bir o qədər də asan deyildir. Odur ki, nəzəri cəhətdən xalis daxili 
məhsul (XDM) göstəricisinin hesablanması daha düzgündür. Məlum 
olduğu kimi, ÜDM ölkənin rezidentləri olan idarə, müəssisə və təşki­
latların istehsal fəaliyyətinin nəticəsində yaranır. Lakin bu iqtisadi vahid­
lərdə çalışan işçilərin hamısı həmin ölkənin rezidentləri deyildir. Deməli, 
XDM dedikdə, ÜDM-dən istehlak olunmuş əsas kapitalın dəyəri 
çıxıldıqdan sonra yerdə qalan dəyər nəzərdə tutulur.
Milli gəlir bu və ya digər dövrdə ölkə rezidentlərinin əldə etdikləri 
bütün ilkin gəlirlərin cəmi deməkdir. MG iki qaydada hesablana bilər. 
Bunlardan biri ümumi milli gəlir (ÜMG), digəri isə xalis milli gəlir 
(XMG) adlanır. MG istehlak olunmuş əsas kapitalın dəyəri nəzərə alın­
maqla, yəni onunla birlikdə hesablandıqda buna ÜMG, nəzərə almma- 
maqla, yəni o çıxılmaqla hesablandıqda isə ona XMG deyilir. ÜMG 
ÜDM-dən, XMG isə XDM-dən həm kəmiyyət, həm də keyfiyyətcə 
fərqlənir. Onların arasındakı keyfiyyət fərqi ondan ibarətdir ki, MG son
222
əmtəə və xidmətlərin axınını, yaxud da yeni yaradılmış dəyəri səciyyələn­
dirdiyi halda, ÜDM ölkənin daxili məhsulunun və digər ölkələrin ÜDM- 
nin yaradılmasında iştirak edən rezidentlərin əldə etdikləri ilkin gəlirlərin 
cəmini ifadə edir. Bunların arasındakı keyfiyyət fərqi isə özünü ÜMG-nin 
ÜDM-dən və XMG-nin XDM-dən qalan dünyadan əldə edilmiş ilkin 
gəlir arasındakı kənarlaşmada göstərir.
MHS-də ilkin gəlirlərə aşağıdakılar aid edilir: 1) əməyin ödənilməsi; 2) 
mənfəət; 3) mülkiyyətdən əldə edilən gəlir; 4) istehsala və idxala qoyulan 
vergilər; 5) qalan dünyadan alınan və qalan dünyaya verilən ilkin gəlirlər. 
Qalan dünyadan alman, yaxud da qalan dünyaya verilən ilkin gəlirlər 
adətən əməyin ödənilməsindən, mülkiyyətdən əldə edilən faiz məbləği və 
dividenddən, həmçinin xaricə birbaşa yeni investisiya qoyuluşundan əldə 
edilən gəlirdən ibarət olur.
Sərəncamda qalan ümumi milli gəlir (SQÜMG) ÜMG-dən və sərən­
camda qalan xalis milli gəlir (SQXMG) XMG-dən gəlirlər təkrar 
bölünərkən alınmış və verilmiş cari transferlərin qalığı qədər fərqlənir. Bu 
transferlərə humanitar yardım, xaricdə yaşayan qohumların verdikləri 
hədiyyələr, gəlirlərə görə ödənilən vergilər, rezidentlərin xaricə ödədik­
ləri cərimələr və s. daxil edilə bilər. Beləliklə, SQÜMG və SQXMG 
gəlirlərin ilkin və təkrar bölgüsü zamanı hesablama aparılan ölkə rezi­
dentlərinin əldə etdikləri bütün gəlirləri əhatə edir. SQÜMG və SQXMG 
iqtisadiyyatın beş bölməsinin hamısında müvafiq olaraq sərəncamda 
qalan ümumi və xalis milli gəlirləri cəmləmək yolu ilə də hesablana bilər. 
SQÜMG və SQXMG son milli istehlaka və qənaətetmə yolu ilə əldə 
edilən ümumi və xalis milli yığıma (qənaətə) bölünür.
Milli son istehlaka aşağıdakılar daxildir: 1) ev təsərrüfatlarınin son 
istehlak xərcləri; 2) dövlət müəssisələrinin son istehlak xərcləri; 3) ev 
təsərrüfatlarına xidmət edən ictimai (qeyri-kommersiya) təşkilatlarının 
son istehlak xərcləri. Dövlət müəssisələrinin və ev təsərrüfatlarına xidmət 
edən ictimai (qeyri-kommersiya) təşkilatlarının son istehlak xərcləri 
mahiyyətcə bu idarə və təşkilatlar tərəfindən göstərilən qeyri-bazar 
(pulsuz) xidmətlərin dəyərinə uyğun gəlir.
MHS-də son istehlaka dair iki konsepsiya bir-birindən fərqlənir. Bun­
lardan biri artıq yuxarıda haqqında bəhs olunmuş xərc konsepsiyasıdır, 
digəri isə faktiki son istehlak adlanır. Birinci konsepsiyada (xərc konsep­
siyası) son istehlak xərclərini üzərinə götürən institusional iqtisadi 
vahidlər, ikinci konsepsiyada isə (faktiki son istehlak konsepsiyası) son 
istehlaka sərf olunan xərcdən səmərə əldə edən institusional iqtisadi 
vahidlər nəzərdə tutulur. Məsələn, məlum olduğu kimi, dövlət təhsilə
223


xərc çəkir, ev təsərrüfatları isə ondan fayda götürürlər. Ev təsərrüfat­
larının faktiki son istehlak xərcləri aşağıdakı kimi müəyyən edilir:
Ev təsərrüfatlarının 
Ev təsərrüfat- 
D övləti idarəet- 
E v təsərrüfatlarına
faktiki son istehlak 
= lannın son is- + m ə orqanlarının + xidm ət edən ictimai
xərcləri 
tehlak xərcləri 
fərdi son isteh- 
(qeyri-kom m ersiya)
lak xərcləri 
təşkilatlarının son
istehlak xərcləri
Dövləti idarəetmə orqanlarının faktiki son istehlakı onların kollektiv 
istehlaka sərf etdikləri xərcə bərabərdir. Beləliklə, bütövlükdə iqtisadiy­
yat üzrə son istehlak xərclərinin ümumi məbləği faktiki istehlakın ümumi 
məbləğinə bərabər olur. Son istehlak haqqında bu konsepsiyaların ikisi də 
iqtisadi təhlildə qarşıya qoyulan məqsəd və istiqamətlərə xidmət edir.
Ümumi yığım dedikdə: 1) əsas kapitalın ümumi yığımı; 2) maddi 
dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi; 3) qiymətlilərin (zinət şey­
ləri, əntiq əşyalar və i.a.) xalis alqışı nəzərdə tutulur.
Əmtəə və xidmətlərin ixrac-idxal qalığı ÜDM-dən son istifadənin 
başlıca ünsürlərindən biridir. İxrac olunan məhsullar FOB (franko - gə­
minin yanı), idxal olunan məhsullar isə SİF (dəyər, sığorta, fraxt) qiy­
mətləri ilə qiymətləndirilir. Göründüyü kimi, burada müxtəlif termin­
lərdən istifadə olunur və qiymət növlərinin adı çəkilir. Odur ki, bunların 
məna və mahiyyətlərinin aydmlaşdırılmasına ehtiyac vardır. Bu termin­
lərdən biri “franko”dur. Franko yükün göndərənin vəsaiti hesabına olaraq 
yüklənib müəyyən məntəqəyə, yerə göndərilməsi deməkdir. Yeri gəlmiş- 
kən, franko-anbar termini də vardır. Bu, anbara çatdmiana qədər olan 
xərclərin ödənilməsi mənasını verir. “Fraxt” termini müxtəlif mənalarda 
işlədilir. Birinci mənada su yolu ilə daşınılan yükün xərci deməkdir. O, 
həm də kirayəyə götürülmüş gəmi ilə daşınılan yük mənasını verir. FAS 
qiymətinə əmtəələrin gəmiyə qədər daşınması ilə əlaqədar olan nəqliyyat 
xərcləri də daxildir. FOB qiymətinə FAS qiyməti üstəgəl əmtəələrin 
gəmiyə yüklənməsi ilə əlaqədar olan xərclər daxildir. SlF qiyməti dedikdə 
FOB qiyməti üstəgəl əmtəələrin onu ixrac və ya idxal edən ölkənin 
sərhədlərinə qədər daşınması ilə əlaqədar olan və sığorta xərcləri nəzərdə 
tutulur.
Son istehlakın, ümumi yığımın və ixrac-idxal qalığının cəmi son isti­
fadə metodu ilə hesablanan ÜDM deməkdir. Bu, nəzəri cəhətdən istehsal 
metodu ilə hesablanan ÜDM-ə, başqa sözlə, iqtisadiyyatın bütün böl­
mələri, yaxud da sahələrində yaradılmış əlavə dəyərin cəminə uyğun 
gəlməlidir. Əlavə dəyər əsas qiymətlərlə, yəni məhsullara görə verilən
224
subsidiyaların daxil edildiyi, lakin məhsullara qoyulan vergilərin daxil 
edilmədiyi qiymətlərlə müəyyən olunduğuna görə əlavə dəyərin ÜDM-lə 
eyniyyət təşkil etdiyini təmin etmək üçün onun (yəni ÜDM-nin) üzərinə 
məhsullara görə alınan vergiləri əlavə etmək və məhsullara görə verilən 
subsidiyaları ondan çıxmaq lazımdır. ÜDM bölgü metodu ilə də hesab­
lana bilər. ÜDM-i bu metodla hesablamaq üçün aşağıdakıları cəmləmək 
lazımdır: 1) hesablama aparılan ölkədə fəaliyyət göstərən müəssisə və 
təşkilatlarda (işçilərinin həmin ölkənin rezidenti və ya qeyri-rezidenti 
olmasından asılı olmayaraq) məşğul olan işçilərin əməyinin ödənilməsi 
xərcləri; 2) ümumi mənfəət və ümumi qarışıq gəlir; 3) istehsala və idxal 
olunan məhsullara görə alman vergilər.
Ümumi və xalis milli qənaət MHS-nin çox mühüm göstəricilərindən 
biridir. Bu, sərəncamda qalan gəlirin son istehlaka cəlb olunmamış və 
yığımın artırılmasına yönəldilə bilən hissəsidir. Lakin qənaət etmək yolu 
ilə pul yığılmasını banklardakı depozitlərlə qarışdırmaq olmaz. Bunların 
arasında aşağıdakı fərqlər vardır: MFIS-də müəyyən olunduğuna görə 
qənaətetmə yolu ilə pul yığımı mövcud pulun və digər maliyyə aktivlə­
rinin artmasına səbəb ola və maddi aktivlərin maliyyələşdirilməsinə 
yönəldilə bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, mövcud pulun və 
banklardakı depozitlərin artımı yalnız qənaətetmə yolu ilə pul yığımı 
hesabına deyil, həm də maliyyə öhdəlikləri hesabına (məsələn, istiqrazlar, 
kreditlər və i. a.) təmin oluna bilər. Bundan başqa mövcud pulun və de­
pozitin artımı qənaət edilmiş vəsaitin deyil, aktivlərin formasının dəyiş­
məsi hesabına da baş verə bilər. Məsələn, hər hansı bir şəxs öz mülkiy­
yətində olan evini satmış və pulu banka qoymuşdursa bu MliS-də 
müəyyən olunduğu kimi qənaət deyil, depozit artımı deməkdir.
Qənaət - investisiya qoyuluşunun maliyyələşdirilməsinin əsas mənbə­
lərindən biridir. Bunun başqa bir mənbəyi kapital transfertlər, yəni 
yenidən (təkrar) bölgü xarakterli birdəfəlik daxilolmalardır. Kapital 
qoyuluşunun dövlət büdcəsindən maliyyələşdirilməsi kapital transfertə 
əyani misal ola bilər. Qənaətlə kapital transfertlər ikisi birlikdə milli 
investisiyaların maliyyələşdirilməsi mənbəyini əmələ gətirir. Kapital 
transferrin qeyri-maliyyə aktivlərindən ibarət olan hissəsinə aşağıdakılar 
daxildir:
1) əsas kapitalın ümumi yığımı;
2) maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi;
3) qiymətlilərin xalis alqışı, başqa sözlə, uzun bir zaman kəsiyində 
öz dəyərini saxlamaq xassəsinə malik olan şeylər (zərgərlik məmulatları, 
qiymətli rəsm əsərləri, əntiq mallar və i.a.);
225
A


4) istehsalın məhsulu olmayan maddi aktivlərin (torpaq, faydalı 
qazıntı yataqları və i.a.) xalis alqışı;
5) istehsalın məhsulu olmayan qeyri-maddi aktivlərin (patentlərin, 
müəllif hüquqlarının və i. a.) xalis alqışı.
İnvestisiyaların yuxarıda göstərilən üç ünsürü ümumi yığımı əmələ 
gətirir. Ümumi yığım isə ÜDM-dən son istifadənin ünsürlərindən biridir.
MHS-nin əsas göstəricilərindən biri də xalis kreditlər və xalis 
borclardır. Bu göstərici iqtisadiyyat üzrə bütövlükdə maliyyələşdirmə 
mənbələri ilə (qənaət üstəgəl kapital transfertlər) investisiyaların yuxarıda 
göstərilən tərkib ünsürlərinin cəmi arasındakı fərqə bərabərdir. Xalis 
kreditlər (iqtisadiyyat üzrə bütövlükdə) başqa ölkələrə verilmiş resurs 
göstəricisidir. Xalis kreditlər həmçinin ölkə rezidentlərinin aldıqları 
maliyyə aktivlərinin götürdükləri maliyyə öhdəliklərindən artıq olması 
kimi də təsəvvür oluna bilər. Xalis borc (bütövlükdə iqtisadiyyat üzrə) 
xalis kreditlərə simmetrik olan göstəricidir. O, ölkə rezidentlərinin qay­
tarılmaq şərtilə xaricdən aldıqları resursların həcmini göstərir.
MHS-də milli sərvət dedikdə iqtisadi vahidlərin -- ölkə rezidentlərinin 
(ölkə iqtisadiyyatının ayrı-ayrı bölmələrinin) hər hansı bir tarixə (adətən 
ilin əvvəlinə və ya axırına) malik olduqları kapitalın xalis dəyəri başa 
düşülür. Kapitalın xalis dəyəri iqtisadi vahidlərin sahib olduqları bütün 
iqtisadi aktivlərin (qeyri-maliyyə və maliyyə) dəyəri ilə onların götürdük­
ləri maliyyə öhdəliklərinin dəyəri arasındakı fərq kimi müəyyən edilir. 
Milli sərvət ölkə rezidentlərinin mülkiyyətində olan və tarixən toplanmış 
qeyri-maliyyə aktivlərinin dəyəri ilə onların qalan dünyadan əldə 
edəcəkləri xalis ödənişləri cəmləmək yolu ilə də hesablana bilər.
MHS-nin göstəricilər sistemində xarici iqtisadi əlaqələri səciyyələn­
dirən göstəricilər də xüsusi yer tutur. Bu göstəricilərə aşağıdakılar da­
xildir: 1) əmtəə və xidmətlərin ixracı; 2) əmtəə və xidmətlərin idxalı; 3) 
əmtəə və xidmətlərin ixrac-idxal qalığı; 4) qalan dünya ilə aparılan 
əməliyyatlar üzrə cari hesabların qalığı.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin