Təhlil üçün suallar
- əmək haqqına necə xarakteristika vermək olar?
- əmək haqqı və iş qüvvəsinin dəyəri statistikası hansı vəzifələri
yerinə yetirir?
- əmək haqqı fondu dedikdə nə nəzərdə tutulur və onun tərkib
hissələri barədə nə demək olar?
- birdəfəlik stimullaşdırıcı amillər dedikdə nə başa düşülür?
- işçilərin yemək, mənzil və yanacaqla təmin olunması ilə əlaqədar
xərclər hansı tərkib hissələrindən ibarətdir?
- statistikada hansı sosial xərclər əmək haqqına daxil edilmir?
- sosial xarakterli ödənişlər hansı tərkib hissələrindən ibarətdir?
- nə üçün işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu nə ilə
əlaqədardır?
- əmək haqqının hansı forma və sistemləri vardır?
- əmək haqqının statistik yolla öyrənilməsi hansı istiqamətlərdə
aparılır?
- əmək haqqının səviyyəsi necə müəyyən edilir?
- oktyabr tədqiqatları nə deməkdir və bundan nə vaxtdan istifadə
edilir?
- ayrı-ayrı məşğulluq növləri üzrə hansı məlumatlar toplanır?
- oktyabr
tədqiqatlarının nəticələrinə əsasən hansı göstəriciləri
hesablamaq olar?
- əmək haqqının dinamikasını öyrənərkən hansı indekslər hesablanır?
- əmək haqqı fondunun dəyişməsinə hansı amillər təsir edir?
- real əmək haqqı indeksi necə hesablanır?
- fərqləndirmənin desil, kvantil və fond əmsalları necə hesablanır?
- Cini əmsalı nə deməkdir və necə hesablanır?
- iş qüvvəsinə sərf olunan xərclərin müəyyən edilməsi ilə əlaqədar
hansı konsepsiyalar vardır?
- iş qüvvəsinə sərf olunan xərclər necə təsnifləşdirilir?
- iş qüvvəsinə sərf edilən xərclərə xarakteristika vermək üçün hansı
göstəricilər hesablanır?
213
FƏSİL
V III
MİLLİ HESABLAR SİSTEMİ
8.1. Milli hesablar sisteminin meydana gəlməsi,
formalaşması və mahiyyəti
Milli hesablar sistemi (MHS) inkişaf etmiş bəzi ölkələrdə XX əsrin
30-cu illərinin axırlarında, rəsmi statistikada isə ikinci dünya mühari
bəsindən sonra (ABŞ, İngiltərə, Almaniya, Fransa, Skandinaviya ölkələri)
meydana gəlmişdir. Bu, bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf
etmiş ölkələrdə iqtisadi siyasətin və iqtisadiyyatın tənzimlənməsi üçün
qərarların qəbul edilməsini zəruri edən informasiyalara olan tələbatla
əlaqədar olmuşdur.
MHS-nin quruluşu makroiqtisadi hesablamalarda iki istiqamətin bir
ləşdirilmiş nəticəsi kimi formalaşmışdır. Bunlardan biri milli gəlirin
(MG), ikincisi isə tənzimlənən bazar iqtisadiyyatı mexanizmində iqtisadi
silsilənin öyrənilməsi ilə əlaqədardır. Birinci istiqamət K.Klark, S.Kuz-
nets, A.Marşall kimi iqtisadçıların, ikinci istiqamət isə XX əsrin dahi
iqtisadçısı C.M.Keynsin adı ilə bağlıdır. Bəzi iqtisadçılar hətta Keynsin
bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək onu milli hesabdarlığm
“nəzəri atası” adlandırırlar. Bu isə təsadüfi deyildir. Çünki bazar
iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyi nəzəriyyəsinin əsası
Keyns tərəfindən qoyulmuşdur. Keynsin bu sahədə ideyaları öz əksini
onun şah əsəri olan və 1936-cı ildə nəşr olunmuş “Məşğulluğun, faizin və
pulun ümumi nəzəriyyəsi” kitabında tapmışdır. Keyns bu əsərində
iqtisadiyyatı qarşılıqlı əlaqədə olan makroiqtisadi göstəricilər sistemi
(ümumi gəlir, istehlak, investisiya, qənaətetmə) kimi təyin etməsinin əsas
prinsiplərini müəyyən etmişdir.
MHS-nin formalaşması və inkişaf etdirilməsində U.Pettinin, Q.Kin-
qin, F.Kenenin, S.Kuznetsin, A.Marşallm, K.Klarkm, K.Marksın,
R.Stounun, C.Hiksin, P.Xillin, M.Helbreytin, Y.Timbergenin, R.Frisin,
V.Leontyevin əsərlərinin böyük rolu olmuşdur. Burada F.Kenenin
“İqtisadi cədvəlləri”ni, S.Kuznetsin “ABŞ-da 1919-1935-ci illərdə milli
gəlir və kapital qoyuluşu”, A.Marşallm “İqtisad elminin prinsipləri”,
K.Klarkın “Milli gəlir və xərclər” kitablarını, K.Marksın sadə və geniş
təkrar istehsal nəzəriyyəsini xüsusi qeyd etmək lazımdır.
MHS-nin inkişaf tarixi iki mərhələdən keçmişdir. Birinci mərhələ
milli məhsulun üç metodla (istehsal, bölgü, son istifadə) hesablanmasını
214
bir-biri ilə əlaqələndirmək yolu ilə göstəricilər vahid şəklə salınmaqla
MHS-nin “əsas göstəricilər bloku” yaradılmışdır. Burada ÜDM, MG və
onların tərkib ünsürləri əhatə olunmuşdur. İkinci mərhələ, ikinci dünya
müharibəsi qurtardıqdan sonra başlamışdır. Bu mərhələdə inkişaf etmiş
ölkələrin dövləti idarəetmə orqanları həyata keçirdikləri iqtisadi siyasətdə
prioritetlərin və istiqamətlərin müəyyənləşdirilməsi və iqtisadi artımın
təmin olunması üçün sistemləşdirilmiş makroiqtisadi informasiyalara
tələbat hiss etməyə başlamışlar. Bu dövrdə MHS-nin nəzəriyyəsi və
metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təşkilatların (BMT,
IIƏT və i.a.) çox böyük rolu olmuşdur. Belə ki, 1953-cü ildə BMT
tərəfindən MHS çərçivəsində unifıkasiya edilmiş (vahid şəklə salınmış)
ÜDM, MG və başqa əsas iqtisadi göstəriciləri özündə əks etdirən sənəd
dərc olunmuşdur. Və sonralar bu sənəd milli hesablar sistemində ilk bey
nəlxalq standart kimi məşhurlaşmışdır. Bu mərhələdə həmçinin, makro
iqtisadi statistikaya bir sıra qarışıq bölmələr (milli sərvət statistikası,
tədiyə balansı statistikası, pul-kredit statistikası, sahələrarası balans) əlavə
edilmişdir. Statistikanın bu bölmələri ümumi konsepsiya və təsnifləş-
dirmələrin köməyilə öz aralarında dəqiq əlaqələndirilmişdir. Və bunun
sayəsində iqtisadi proseslərin makroiqtisadiyyat səviyyəsində hərtərəfli
əlaqələndirilməsi mümkün olmuşdur.
İkinci dünya müharibəsindən sonra MHS-nin beynəlxalq standartla
rının yaradılmasında və inkişaf etdirilməsində xronoloji ardıcıllıq belə
olmuşdur:
- 1947-ci ildə R.Stoun tərəfindən milli hesabdarlığm prinsipləri haq
qında BMT-nin məruzəsi hazırlanmışdır;
- 1951-ci ildə Avropa iqtisadi əməkdaşlıq təşkilatının (ATƏT)
“Sadələşdirilmiş MHS” haqqında məruzəsi hazırlanmışdır;
- 1952-ci ildə “Standart MHS” (ATƏT) qəbul edilmişdir;
- 1953-cü ildə R.Stounun rəhbərliyi altında BMT-nin milli hesab-
darlıq sahəsində “Milli hesabdarlıq sistemi və köməkçi cədvəllər” adlı ilk
standartı hazırlanmışdır;
- 1968-ci ildə R.Stounun və N.Aydinovun rəhbərliyi altında BMT-nin
“Mavi kitab” sahəsində ikinci standartı işlənib hazırlanmışdır. Bu zaman
ÜDM-in və MG-nin müəyyən olunmasına bir sıra əlavə və dəyişikliklər
edilmişdir. Bu əlavələr makroiqtisadi statistikanın sahələrarası balansları,
milli sərvətdən, maliyyə resursları göstəriciləri sistemindən ibarət olmuş
dur. Bundan başqa “Mavi kitab” MHS-nin yalnız bütövlükdə iqtisadiyyat
üçün deyil, onun ayrı-ayrı bölmələri üçün də düzəldilməsi ilə əlaqədar
tədbirləri də özündə əks etdirmişdir;
215
- 1970 və 1979-cu illərdə BMT-nin 1968-ci ildə hazırladığı MHS
əsasında Avropa birliyi tərəfindən Avropa milli hesablar sisteminin
birinci və ikinci variantları işlənib hazırlanmışdır;
- 1993-cü ildə MHS metodologiyasının daha da təkmilləşdirilməsi
məqsədilə BMT tərəfindən onun haqqında axırıncı variant qəbul edil
mişdir. Bu variantda bəzi göstəricilərin təsnifləşdirilməsi və müəyyən
edilməsi dəqiqləşdirilmiş, bir neçə hesabın strukturu təkmilləşdirilmiş,
MHS-də milli sərvət göstəricilərinin əks etdirilməsi metodologiyası
işlənib hazırlanmışdır. Bu sənəd tarixə 1993-cü ilin Milli hesablar sistemi
kimi düşmüşdür. Hazırda bu sənəddən Azərbaycan Respublikası da daxil
olmaqla, demək olar ki, dünyanın bütün ölkələrində istifadə edilir.
MHS sözün geniş mənasında ölkənin bütün iqtisadiyyatı üçün müha
sibat uçotu deməkdir. Yeri gəlmişkən, “Milli hesabdarlıq” termini ilk
dəfə təqribən 50 il bundan əvvəl Hollandiya iqtisadçısı Van Kliff tərəfin
dən irəli sürülmüşdür. V.Kliff hesabdarlığı mühasibat uçotu hesablarını
və mühasibat balansını xatırladan və iqtisadiyyatı makrosəviyyədə
sistemləşdirmiş şəkildə təsvir etməyə imkan verən sistem kimi başa dü
şürdü. O, MHS-ni qarşılıqlı əlaqədə olan dəyişənlər (gəlir, istehlak və
yığım) hesab edirdi. Onun fikrincə, MHS-nin məlumatları dövləti idarə
etmə orqanlarına iqtisadi siyasətin və bazar iqtisadiyyatının tənzimlən
məsi ilə əlaqədar tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi
üçün lazımdır. Belə bir cəhəti də qeyd etmək lazımdır ki, MHS-nin və
mühasibat uçotunun oxşar göstəricilərinin müəyyən olunması ilə əlaqədar
bir sıra konsepsiyalar vardır və bunlar bir-birindən kəskin surətdə fərq
lənir. Odur ki, mühasibat uçotunun məlumatlarına əsasən hesablanan
MHS göstəricilərini müqayisə edilə bilən vəziyyətə gətirmək üçün, ob
razlı ifadə ilə desək, onları sonradan “emaldan keçirmək” lazımdır.
Müasir bazar iqtisadiyyatı şəraitində saysız-hesabsız əməliyyatlar
həyata keçirilir. Başqa sözlə, müəssisələr xammal və materialları satın
alır, müxtəlit istehlak dəyərlərinə malik olan məhsulları istehsal edir,
işçilərə əmək haqqı verir, hökumətə vergi ödəyir, banklardan kredit
götürür, investisiya qoyur və s. və i. a. İqtisadi proseslərdə müəssisələrlə
yanaşı, digər təsərrüfat subyektləri - banklar, investisiya fondları, sığorta
şirkətləri, dövləti idarəetmə orqanları, ev təsərrüfatları, müxtəlif qeyri-
kommersiya təşkilatları (həmkarlar ittifaqı, siyasi və dini təşkilatlar və i.
a.) iştirak edirlər. Bütün bu təsərrüfat subyektləri bir-biri ilə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir, yeni dəyərin yaradılması üçün əmtəələri,
xidmətləri və aktivləri mübadilə edirlər. İqtisadiyyatda baş verənləri dərk
etmək və iqtisadi proseslərin nəticələrini müəyyənləşdirmək üçün həm
təsərrüfatçılıq edən subyektlər, həm də həyata keçirilən əməliyyatlar və
216
onlarm aktiv və passivləri haqqında informasiyaları dəqiqləşdirmək
lazımdır. Bu, MHS-də müəyyən edilmiş xüsusi qaydaların köməyi ilə
həyata keçirilir. Burada məqsəd makrosəviyyədə iqtisadiyyatın vəziyyəti
və inkişafının ümumi mənzərəsini verməkdən, ən mühüm makroiqtisadi
dəyişənlər (göstəricilər) - ÜDM, son istehlak, investisiya qoyuluşları,
yığım, sərəncamda qalan gəlir və s. arasındakı qarşılıqlı əlaqələri aşkara
çıxarmaqdan ibarətdir.
Bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etmiş olduğu ölkə
lərdə MHS-dən siyasi və təsərrüfat işləri ilə əlaqədar qərarların qəbul
edilməsi və nəticələrin təhlil olunmasında hökumət və ərazi hakimiyyət
orqanları geniş istifadə edirlər. Dövlətin iqtisadi və sosial siyasətinin əsas
müddəaları - iqtisadi artım, iqtisadiyyatın strukturu, əhalinin həyat
səviyyəsi, inflyasiya, büdcə kəsiri və dövlət borcu problemləri, xarici
iqtisadi əlaqələr və i. a. — öz əksini MHS-nin göstəricilərində tapır.
Şirkətlər, xüsusilə də iri bizneslər özlərinin strategiya və taktikalarını
işləyib hazırlayarkən MHS-nin məlumatlarından istifadə edirlər.
MHS müxtəlif hesablamaları aparmaq üçün informasiya bazası oldu
ğuna görə elmi-tədqiqat müəssisələri, müxtəlif mərkəzlər, ali məktəblər,
hökumət orqanları analitik və metodoloji işlərdə, tövsiyələrin işlənib
hazırlanması və bazar iqtisadiyyatı şəraitində gənclərin təhlil metodlarına
yiyələnmələrində çox böyük əhəmiyyətə malikdir.
Beynəlxalq iqtisadi təşkilatlar sadəcə olaraq MHS-nin ən mühüm
göstəriciləri haqqında məlumat toplamaqla kifayətlənmir, həm də onların
hesablanmasının nəzəri və metodoloji məsələlərinin milli hesabdarlıq
sahəsində beynəlxalq standartların işlənib hazırlanması ilə məşğul olurlar.
MHS çərçivəsində aparılan iqtisadi əməliyyatların və təsərrüfat subyekt
ləri haqqında dəqiqləşdirilmiş məlumatların daha səmərəli olmasının
təmin edilməsi makroiqtisadi qanunauyğunluqların və qarşılıqlı əlaqələrin
aşkara çıxarılmasını zəruri edir. Bu, bir sıra konsepsiyalara əsaslanmaqla
həyata keçirilir. Bunlardan biri “iqtisadi istehsaf’ın, başqa sözlə, ÜDM-in
və MG-nin yaradıldığı sahələrin sərhədlərinin müəyyən olunmasına
əsaslanan konsepsiyadır.
Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq “iqtisadi istehsal”
konsepsiyasında bir sıra dəyişikliklər edilmişdir. Onun formalaşmasında
F.Kenenin, A.Smitin, K.Marksın, A.Marşallın və başqalarının əsərlərinin
çox böyük təsiri olmuşdur. Keçmiş SSRİ-də istifadə olunan xalq
təsərrüfatı balansında makroiqtisadi təhlil aparmaq üçün iqtisadi istehsal
sferasına yalnız maddi istehsal sahələri daxil edilirdi. Xalq təsərrüfatı
balansı konsepsiyasına görə qeyri-maddi xidmət sferasmda (idarəetmə,
müdafiə, səhiyyə, təhsil və i.a.) MG-nin və onun son istehsalının yalnız
217
yenidən bölgüsü baş verir. MHS-də isə iqtisadi istehsalın sərhədi başqa
cür müəyyən olunur. Bu konsepsiyaya görə əslində iqtisadi istehsal bütün
əmtəə və xidmətlərin istehsal olunduğu sahələri (evdar qadınların yemək
hazırlamaları, mənzillərin təmiz saxlanması, uşaqların tərbiyəsi ilə
əlaqədar göstərdikləri xidmətlərdən başqa) əhatə edir. Evdar qadınların
göstərdikləri xidmətin nəzərə alınması onun mümkün olmaması, mürək
kəbliyi və ya çətinliyi ilə əlaqədardır. Beləliklə, MHS konsepsiyasına
uyğun olaraq “iqtisadi istehsal”a aşağıdakı fəaliyyət növləri aid edilir:
- özünün şəxsi istehlakı üçün istehsal edilən əmtəələr də daxil olmaqla
(məsələn, fermerlərin özlərinin istehlak etmələri üçün istehsal etdikləri
kənd təsərrüfatı məhsulları) əmtəələrin istehsal olunduğu sahələr;
- satış üçün xidmət göstərilməsi;
-m aliyyə vasitəçilərinin (bankların, investisiya fondlarının, sığorta
şirkətlərinin) fəaliyyəti;
- dövləti idarəetmə orqanları (buraya idarəetmə, müdafiə və s. sahə
lərdə göstərilən kollektiv, habelə səhiyyə, təhsil və s. sahələrdə göstərilən
fərdi xidmətlər daxil edilir) tərəfindən göstərilən qeyri-bazar xidmətləri;
- ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatlarının
göstərdikləri qeyri-bazar xidmətləri;
- muzdla tutulan şəxslərin (aşpazlar, bağbanlar, sürücülər və s.) gös
tərdikləri xidmətlər;
- mülkiyyətçilərə şəxsi istehlak üçün göstərilən xidmətlər.
ÜDM-in istehsal olunduğu sahələrə ətraf mühitdə əmələ gələn dəyi
şikliklər (məsələn, neft və başqa faydalı qazıntı yataqları ehtiyatlarının
azalması, havanın və suyun çirklənməsi və s.) daxil edilmir. Lakin ətraf
mühitin mühafizəsi ilə əlaqədar görülən tədbirlərin həyata keçirilməsi bu
sahədə fəaliyyətin qiymətləndirilməsini və onun ÜDM-ə daxil edilməsini
tələb edir. Makroiqtisadi təhlil sahəsində çalışan mütəxəssislərin
əksəriyyəti belə bir mövqedə dayanırlar ki, iqtisadi fəaliyyətin nəticələri
müəyyən olunduqda və ÜDM hesablandıqda ətraf mühitdə baş verən
mənfi dəyişikliklər nəzərə alınmalıdır. Onlar hətta “ekoloji təmiz ümumi
daxili məhsul” (ETÜDM) göstəricilərinin hesablanmasını təklif edirlər.
Hazırda bir sıra ölkələrdə mineral resursların ehtiyatının azalması, ətraf
mühitin çirkləndirilməsi və s. nəzərə alınmaqla ÜDM-in hesablanmasında
eksperiment aparılır. Lakin ilk baxışda çox sadə görünən bu problemin
həll edilməsi bir o qədər də asan deyildir. Bu, müəyyən vaxt və xüsusi
metodologiyanın işlənib hazırlanmasını tələb edir.
MHS-nin başqa bir çox mühüm konsepsiyası əsas gəlir göstəricilərinə
(milli gəlir, sərəncamda qalan gəlir, ilkin gəlirlər və s.) əsaslanır. Bu kon
218
sepsiya ingilis iqtisadçısı C.Hiks tərəfindən işlənib hazırlanmışdır. Bu
konsepsiyaya görə gəlir dedikdə, fərdin müəyyən məqamadək yığdığı
sərv7ətdən istifadə etmədən, ona əl vurmadan, yəni onu azaltmadan və
üzərinə heç bir maliyyə öhdəliyi götürmədən onun üçün lazım olan, daha
doğrusu istehlak etdiyi əmtəə və xidmətlərin satın alınmasına maksimum
dərəcədə sərf edə biləcəyi pul vəsaiti nəzərdə tutulur. Beləliklə, Hiksə
görə gəlir, müəyyən bir məbləğdə istənilən pul vəsaiti demək deyildir.
Onun fikrincə, gəlir, fərdin əlində olan pul ehtiyatının (əvvəllərdə yığdığı
sərvətlərdən istifadə etmədən) özünün son istehlakı üçün sərf edə biləcəyi
hissəsidir. Məsələn, bu fikrə görə fərdin özünə məxsus olan evin və ya
mənzilin satışından əldə etdiyi məbləğ gəlir hesab edilmir. Doğrudur, fərd
bu məbləğdən özünün tələbatını ödəmək üçün istehlak mallarının satın
alınmasında istifadə edə bilər. Lakin bu zaman o, aydm məsələdir ki,
«kasıblaşır», daha dəqiq desək, onun aktivləri azalır. Satıcı özünə məxsus
evin satışından əldə etdiyi pulu banka qoyduqda, o, gəlir hesab olunmur.
Çünki bu əməliyyat nəticəsində sadəcə olaraq aktivlərin forması dəyişir,
başqa sözlə, maddi aktiv (ev, mənzil) maliyyə aktivinə (depozitə) çevrilir.
MHS-nin başqa bir konsepsiyası ilə dəyərin yaradılmasında istehsal
amillərinin rolu müəyyən olunur. Marksist nəzəriyyədən fərqli olaraq bu
konsepsiyada əməklə yanaşı, torpaq və kapital da dəyərin yaradılmasının
“bərabər hüquqlu” üzvləri hesab edilir. Qeyd etmək lazımdır ki, MHS-nin
1993-cü ildəki variantında istehsal amillərinə və göstəricilərin amillərə
görə qiymətləndirilməsinə istinad olunur. Burada müəlliflər çox güman
ki, mübahisəli məsələlərdən yan keçməyə üstünlük vermişlər. MHS-nin
1993-cü il variantında amillərə görə gəlir anlayışı ilkin gəlir anlayışı ilə
əvəz edilmişdir. Əslində amillərə görə gəlir anlayışı ilkin gəlir anlayışına
daxil olsa da, onlar həm də bir-birindən fərqlənir. Bununla əlaqədar
olaraq bir sıra ölkələrdə (məsələn, ABŞ-da) son zamanlaradək milli gəlir,
onu yaradan amillərin dəyəri dolayı vergilər çıxılmaqla və məhsullara
görə verilən subsidiyalar əlavə olunmaqla (bazar qiymətləri ilə) nəzərə
alınmaqla hesablanmışdır. Bu isə bir növ beynəlxalq standartlardan
uzaqlaşma kimi qiymətləndirilir.
Dostları ilə paylaş: |