n n G - l- T ^ f iu m у,+Хре<У/ i - 1 i = l Burada: x; -ümumi əhalinin tərkibində i-ci sosial qrupa daxil olan
əhalinin xüsusi çəkisini; y* - əhalinin i-ci sosial qrupuna düşən gəlirlərin
xüsusi çəkisini; n - sosial qrupların sayını;
cum y; - gəlirlərin yığılmış
(artan) tezliyini göstərir.
Cini əmsalı (0,1) intervalında dəyişir. G-nin qiyməti 1-ə nə qədər
yaxın olarsa, gəlirlərin təmərküzləşmə dərəcəsi qeyri-bərabərliyi, “0”-a
yaxın olduqda isə - bərabərliyi bir o qədər yüksək olur.
Müxtəlif işçi qruplarının əmək haqqındakı fərqlər oktyabr müayinə
lərinin yekunlarına əsasən aparılır. Bu müayinənin məlumatlarından
iqtisadiyyatın ayrı-ayrı sahələrində əsas və daha kütləvi peşələrdə çalışan
işçilərin əmək haqqındakı fərqləri beynəlxalq miqyasda müqayisə edər
kən də istifadə etmək olar.
7.6. İş qüvvəsinin dəyərinin və ya ona sərf olunan xərclərin müəyyən edilməsi Bu məsələ ölkəmizdə əmək statistikasının yeni bölməsidir. Onun mey
dana gəlməsi bazar iqtisadiyyatına keçilməsi və bazar münasibətlərinin
inkişaf etməsi ilə əlaqədardır. İş qüvvəsinin dəyəri onun muzdla tutul
masına və saxlanmasına sərf olunan xərclərlə müəyyən edilir. İş qüvvə
sinə sərf olunan xərclər haqqında informasiya əmək bazarının normal
fəaliyyət göstərməsi üçün lazımdır.
İş qüvvəsinə sərf olunan xərclərin müəyyən edilməsi ilə bağlı iki kon
sepsiya mövcuddur. Bunlardan biri ümumi iqtisadi, digəri isə sahə (yaxud
da müəssisə səviyyəsində) konsepsiyası adlanır. Birinci konsepsiya
işçilərin peşə hazırlığı, sosial proqramlar, pensiya təminatı və şairələrlə
əlaqədar xərclərin nəzərə alınmasında təkcə iş verənlərin deyil, həm də
208 dövlətin məsuliyyət daşımasına əsaslanır. İkinci konsepsiyaya görə iş
qüvvəsinin muzdla tutulması və saxlanmasına sərf olunan xərclərin nə
zərə alınmasında məsuliyyəti işverən daşıyır. Göründüyü kimi eyni mə
sələdə konsepsiyalar arasında ciddi fikir ayrılığı vardır. Lakin təcrübədə
ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsi ciddi problemlərlə
əlaqədardır. Bu, özünü sahələr və regionlar üzrə məlumatların toplanma-
sındakı çətinliklərdə göstərir. Ona görə də iş qüvvəsinə sərf olunan xərc
lər haqqında məlumat topladıqda və onları təhlil etdikdə sahə konsep
siyasına üstünlük verilir.
Hər bir ölkənin milli statistikasında iş qüvvəsinin dəyəri müəyyən
edilərkən əmək statistikası sahəsində məşğul olanların, əgər belə demək
mümkündürsə əmək üzrə statistiklərin 11-ci beynəlxalq konfransında
qəbul edilmiş qətnamədəki aşağıdakı müddəalara əsaslanılır: “İş qüv
vəsinə sərf olunan xərclər onun muzdla tutulması və saxlanması ilə
əlaqədar olaraq iş verənin çəkdiyi xərc deməkdir. İş qüvvəsinə sərf olu
nan xərc anlayışına işçilərə yerinə yetirilmiş işin müqabilində verilən
əmək haqqı, qeyri-iş günləri üçün ödənişlər, mükafat və hədiyyələr,
natura formasında verilən məhsulların, içkilərin və digər ödənişlərin də
yəri; işçilərin mənzillə təmin olunması, peşə hazırlığı və sosial ödənişlər
və digər sosial ehtiyaclarla (məsələn, işçilərin iş yerinə aparılması və
evlərinə qaytarılması, muzdlatutma ilə əlaqədar xərclər, iş qüvvəsi ilə
əlaqədar xərclərə aid edilən xərclər, iş qüvvəsi ilə əlaqədar xərclərə aid
edilən vergilər) əlaqədar iş verənlərin çəkdikləri xərclər daxildir”.
İş verənin iş qüvvəsinə çəkdiyi xərc əmək sərfi vahidinə və məhsul
vahidinə görə hesablana bilər. Rəqabət qabiliyyətini təhlil edərkən məh
sul vahidinə çəkilən xərcin hesablanması daha yaxşıdır. Həm də bu
zaman məhsul haqqında natura ifadəsində olan məlumatdan istifadə
olunması məqsədəuyğundur. Lakin müxtəlif növ məhsul istehsal olun
duğu şəraitdə müəssisə və sahə səviyyəsində iş qüvvəsinə sərf olunan
xərclərin hesablanmasında çətinliklər yaranır. Odur ki, iş qüvvəsinə sərf
olunan xərcləri hesabladıqda onun vaxt vahidinə (işlənilmiş adam-saat və
adam-gün) görə ölçülməsinə üstünlük verilir.
Milli statistikada iş qüvvəsinə sərf olunan xərclərin strukturu müəyyən
edilərkən beynəlxalq standartlara əsaslanılır. Bunu 7.5. cədvəlindən aydın
görmək olar.