Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə119/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   262
2-ci movzu demoqrafiya


n
G - l- T ^ f iu m
 у,+Хре<У/
i - 1
i = l
Burada: x; -ümumi əhalinin tərkibində i-ci sosial qrupa daxil olan 
əhalinin xüsusi çəkisini; y* - əhalinin i-ci sosial qrupuna düşən gəlirlərin 
xüsusi çəkisini; n - sosial qrupların sayını; 
cum
y; - gəlirlərin yığılmış 
(artan) tezliyini göstərir.
Cini əmsalı (0,1) intervalında dəyişir. G-nin qiyməti 1-ə nə qədər 
yaxın olarsa, gəlirlərin təmərküzləşmə dərəcəsi qeyri-bərabərliyi, “0”-a 
yaxın olduqda isə - bərabərliyi bir o qədər yüksək olur.
Müxtəlif işçi qruplarının əmək haqqındakı fərqlər oktyabr müayinə­
lərinin yekunlarına əsasən aparılır. Bu müayinənin məlumatlarından 
iqtisadiyyatın ayrı-ayrı sahələrində əsas və daha kütləvi peşələrdə çalışan 
işçilərin əmək haqqındakı fərqləri beynəlxalq miqyasda müqayisə edər­
kən də istifadə etmək olar.
7.6. İş qüvvəsinin dəyərinin və ya ona sərf olunan xərclərin
müəyyən edilməsi
Bu məsələ ölkəmizdə əmək statistikasının yeni bölməsidir. Onun mey­
dana gəlməsi bazar iqtisadiyyatına keçilməsi və bazar münasibətlərinin 
inkişaf etməsi ilə əlaqədardır. İş qüvvəsinin dəyəri onun muzdla tutul­
masına və saxlanmasına sərf olunan xərclərlə müəyyən edilir. İş qüvvə­
sinə sərf olunan xərclər haqqında informasiya əmək bazarının normal 
fəaliyyət göstərməsi üçün lazımdır.
İş qüvvəsinə sərf olunan xərclərin müəyyən edilməsi ilə bağlı iki kon­
sepsiya mövcuddur. Bunlardan biri ümumi iqtisadi, digəri isə sahə (yaxud 
da müəssisə səviyyəsində) konsepsiyası adlanır. Birinci konsepsiya 
işçilərin peşə hazırlığı, sosial proqramlar, pensiya təminatı və şairələrlə 
əlaqədar xərclərin nəzərə alınmasında təkcə iş verənlərin deyil, həm də
208
dövlətin məsuliyyət daşımasına əsaslanır. İkinci konsepsiyaya görə iş 
qüvvəsinin muzdla tutulması və saxlanmasına sərf olunan xərclərin nə­
zərə alınmasında məsuliyyəti işverən daşıyır. Göründüyü kimi eyni mə­
sələdə konsepsiyalar arasında ciddi fikir ayrılığı vardır. Lakin təcrübədə 
ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsi ciddi problemlərlə 
əlaqədardır. Bu, özünü sahələr və regionlar üzrə məlumatların toplanma- 
sındakı çətinliklərdə göstərir. Ona görə də iş qüvvəsinə sərf olunan xərc­
lər haqqında məlumat topladıqda və onları təhlil etdikdə sahə konsep­
siyasına üstünlük verilir.
Hər bir ölkənin milli statistikasında iş qüvvəsinin dəyəri müəyyən 
edilərkən əmək statistikası sahəsində məşğul olanların, əgər belə demək 
mümkündürsə əmək üzrə statistiklərin 11-ci beynəlxalq konfransında 
qəbul edilmiş qətnamədəki aşağıdakı müddəalara əsaslanılır: “İş qüv­
vəsinə sərf olunan xərclər onun muzdla tutulması və saxlanması ilə 
əlaqədar olaraq iş verənin çəkdiyi xərc deməkdir. İş qüvvəsinə sərf olu­
nan xərc anlayışına işçilərə yerinə yetirilmiş işin müqabilində verilən 
əmək haqqı, qeyri-iş günləri üçün ödənişlər, mükafat və hədiyyələr, 
natura formasında verilən məhsulların, içkilərin və digər ödənişlərin də­
yəri; işçilərin mənzillə təmin olunması, peşə hazırlığı və sosial ödənişlər 
və digər sosial ehtiyaclarla (məsələn, işçilərin iş yerinə aparılması və 
evlərinə qaytarılması, muzdlatutma ilə əlaqədar xərclər, iş qüvvəsi ilə 
əlaqədar xərclərə aid edilən xərclər, iş qüvvəsi ilə əlaqədar xərclərə aid 
edilən vergilər) əlaqədar iş verənlərin çəkdikləri xərclər daxildir”.
İş verənin iş qüvvəsinə çəkdiyi xərc əmək sərfi vahidinə və məhsul 
vahidinə görə hesablana bilər. Rəqabət qabiliyyətini təhlil edərkən məh­
sul vahidinə çəkilən xərcin hesablanması daha yaxşıdır. Həm də bu 
zaman məhsul haqqında natura ifadəsində olan məlumatdan istifadə 
olunması məqsədəuyğundur. Lakin müxtəlif növ məhsul istehsal olun­
duğu şəraitdə müəssisə və sahə səviyyəsində iş qüvvəsinə sərf olunan 
xərclərin hesablanmasında çətinliklər yaranır. Odur ki, iş qüvvəsinə sərf 
olunan xərcləri hesabladıqda onun vaxt vahidinə (işlənilmiş adam-saat və 
adam-gün) görə ölçülməsinə üstünlük verilir.
Milli statistikada iş qüvvəsinə sərf olunan xərclərin strukturu müəyyən 
edilərkən beynəlxalq standartlara əsaslanılır. Bunu 7.5. cədvəlindən aydın 
görmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin