Cədvəl 7.4 Azərbaycan Respublikasında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqının dinamikası (manat)36 Göstərici İllər 2000 2001 2002 2003 2004 2005 2010 2011 2012 Orta aylıq nominal
əmək haqqı, man
44,3
52,0
63,1
77,4
99,4
123,6 331,5 364,2 398,4
7.4 cədvəlindəki məlumatlara əsasən demək olar ki, ölkəmizdə muzdla
işləyənlərin orta aylıq nominal əmək haqqı 2000-ci ilə nisbətən 2012-ci
ildə 9,0 dəfə artmışdır və bunu Azərbaycan Dövlətinin yeritdiyi sosial-
iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirmək olar.
Statistika, həmçinin müxtəlif fəaliyyət növləri üzrə əmək haqqında
olan fərqləri də öyrənir. Məlum olduğu kimi, əmək haqqı işçinin ixtisa
sından, peşə hazırlığından, əməyin intensivliyindən və əmək şəraitindən,
məşğul olduğu sahədən, müəssisənin ərazicə yerləşməsindən və digər
amillərdən asılıdır. Əmək haqqında olan fərqlər barədə əsas məlumat
mənbəyi hər il nəşr olunan statistik məcmuələr və müəssisələrin statistika
orqanlarına təqdim etdikləri hesabatlardır. Bunlarla yanaşı, əmək haqqma
işçilərin bir-birindən fərqlənməsinin təsirini müəyyən etmək üçün xüsusi 3
6
36 Azərbaycanın statistik göstəriciləri 2010. Bakı “Səda” nəşriyyatı 2010, s. 40-41; 2013, s.141-
144.
206 tədqiqat aparırlar. Tədqiqatın məlumatlarına əsasən müxtəlif fərqləndir
mə əmsalları hesablanır. Fərqləndirmənin desil, kvantil və fond əmsalla
rından daha geniş istifadə olunur. Fərqləndirmənin desil əmsalı (Əd)
aşağıdakı düsturla hesablanır:
Burada: d, - ən aşağı əmək haqqı alan işçilərin ilk 10%-nin içərisində
əmək haqqının ən böyük kəmiyyətini; d9- ən yüksək əmək haqqı olan
işçilərin 10%-nin içərisində əmək haqqının ən aşağı kəmiyyətini göstərir.
Kvantil əmsalı bu işçi kateqoriyalarının ən yüksək və ən aşağı
kvantillərinin əmək haqqı fondları arasındakı nisbəti səciyyələndirir.
Fond əmsalı (Əl) qeyd edilən qrupların daxilində əmək haqqının orta
səviyyələri arasındakı nisbət kimi hesablanır. Bunu həmin işçi qruplarının
əmək haqqı fondlarının nisbəti kimi də hesablamaq olar.Bu zaman
aşağıdakı düsturdan istifadə edilir:
Burada: F10 - ən yüksək əmək haqqı alan işçilərin 10%-nin payına
düşən əmək haqqı fondu; F,- ən aşağı əmək haqqı alan işçilərin 10%-nin
payına düşən əmək haqqı fondu; fI0- ən yüksək əmək haqqı alan həmin
işçilərin orta əmək haqqı; f, - ən aşağı əmək haqqı alan həmin işçilərin
orta əmək haqqı deməkdir.
F,0 və F, - dən ibarət əmək haqqı fondu tərkibinin bərabər olduğu
toplulara aid olduğu üçün fond əmsalını əmək haqqının orta qiymətlərinə
əsasən də hesablamaq olar. Əmək haqqmın fərqləndirmə göstəriciləri
bütövlükdə iqtisadiyyat və onun ayrı-ayrı sahələri üzrə hesablanır. Məsə
lən, Azərbaycanda 2012-ci ildə muzdla işləyənlərin orta aylıq nominal
əmək haqqı 398,4 manat, o cümlədən mədənçıxarma sənayesində 1402,0
manat, maliyyə və sığorta fəaliyyəti sahəsində 1055,5 manat, nəqliyyat
və anbar təsərrüfatında 511,5 manat, təhsildə 287,3 manat, səhiyyə və
sosial xidmətlər göstərilməsində 175,1 manat olmuşdur. Göründüyü kimi,
respublika üzrə orta aylıq nominal əmək haqqı ilə müqayisədə
mədənçıxarma sənayesində orta aylıq nominal əmək haqqmın səviyyəsi
3,5 dəfə, nəqliyyat və anbar təsərrüfatında 1,3 dəfə, maliyyə və sığorta
207
fəaliyyəti sahəsində 2,7 dəfə yüksəkdir. Təhsildə orta aylıq nominal əmək
haqqı mədənçıxarma sənayesindəki eyni göstəricidən 4,9 dəfə, maliyyə
və sığorta fəaliyyətində olduğundan 3,7 dəfə, səhiyyə və sosial xidmətlər
göstərilməsində müvafiq olaraq 8,0 və 6,0 dəfə aşağıdır.
Faktiki statistik məlumatlara əsasən Cini əmsalını hesablamaq müm
kündür. Cini əmsalı gəlirlərin təmərküzləşmə dərəcəsini səciyyələndirir
və aşağıdakı düsturla hesablanır: