Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


 Beynəlxalq təsnifləşdirmədə ezamiyyə xərcləri iş qüvvəsinə sərf olunan xərclərə aid edilmir



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə121/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   262
2-ci movzu demoqrafiya

37 Beynəlxalq təsnifləşdirmədə ezamiyyə xərcləri iş qüvvəsinə sərf olunan xərclərə aid edilmir.
211


müqayisələrin aparılmasında geniş istifadə edilir.
Nəticə
-ə m ə k haqqı olduqca mürəkkəb iqtisadi kateqoriya olmaqla, mü­
rəkkəb struktura malikdir:
- əmək haqqı və iş qüvvəsinin dəyəri statistikası bir çox vəzifələri 
yerinə yetirir ki, bunların öyrənilməsi onların haqqında daha yaxşı 
təsəvvürə malik olmağa imkan verir;
- əmək haqqı fonduna həm işlənilmiş, həm də işlənilməmiş vaxtın 
müqabilində hesablanan, əməyin stimullaşdırılması, iş rejimi və əmək 
şəraiti ilə əlaqədar bütün ödənişlər daxildir;
- statistikada əmək haqqına daxil edilməyən sosial xarakterli ödəniş­
lərdən də bəhs olunur. O, müxtəlif tərkib hissələrindən ibarətdir;
- əmək haqqının ən çox tətbiq olunan formaları bunlardır: a) vaxta- 
muzd əmək haqqı; b) işəmuzd əmək haqqı. Bunların hər birinin də 
müxtəlif sistemləri vardır;
- müəssisə və təşkilat səviyyəsində orta aylıq əmək haqqının hesab­
lanmasının özünəməxsus xüsusiyyətləri vardır;
- ayrı-ayrı peşə qrupları üzrə əmək haqqının hesablanması sahəsində 
müsbət təcrübə toplanmışdır. Bu təcrübədən istifadə olunmaqla oktyabr 
tədqiqatları aparılır;
- əmək haqqının səviyyəsi və dinamikası kateqoriyalarını bir-birindən 
fərqləndirmək lazımdır;
- əmək haqqının dinamikasına xarakteristika vermək üçün indeks 
metodundan geniş istifadə olunur;
- əmək haqqı fondunun dəyişməsinə müxtəlif amillər təsir göstərir;
- nominal və real əmək haqqı bir-birindən fərqlənir. Real əmək haqqı 
nominal əmək haqqının alıcılıq qabiliyyətini, onun real istehlak məzmu­
nunu ifadə edir;
- statistikada müxtəlif fəaliyyət növləri üzrə əmək haqqında olan 
fərqlər də öyrənilir. Bu məqsədlə fərqləndirmənin desil, kvantil və fond 
əmsallarından istifadə olunur;
- iş qüvvəsinə sərf olunan xərclər haqqında informasiya əmək 
bazarının normal fəaliyyət göstərməsi üçün lazımdır. Bu xərclərin 
müəyyən edilməsi ilə bağlı müxtəlif konsepsiyalar vardır;
- iş qüvvəsinə sərf olunan xərclərin təsnifləşdirilməsinin beynəlxalq 
standartları mövcuddur.
- iş qüvvəsinə sərf olunan xərcləri təhlil edərkən göstəricilərin müqa­
212
yisə edilə bilən olmasına xüsusi diqqət yetirmək lazımdır. Bu məqsədlə 
işçilərin sayı, işlənilmiş, həmçinin işlənilməmiş, lakin haqqı ödənilmiş 
vaxt barədə məlumat əldə edilməlidir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin