Cədvəl 8.3 Azərbaycan Respublikasında 2011-ci ildə “Gəlirlərin ilkin bölüşdürülməsi hesabı” (cari qiymətlərlə, milyon manatla) Ehtiyatlar İstifadə 1) Ümumi mənfəət (qanşıq gəlirlər) -
40988,0
2) Ə m ək ödənişləri - 8020,0
3) İstehsala və idxala vergilər (+) - 3460,0
4) İstehsala və idxala subsidiya (-) - 127,0
5) M ülkiyyətdən alınmış gəlirlər - 17955,6
6) M ülkiyyətdən verilmiş gəlirlər -
21777,5
7) İlkin gəlirlərin qalığı - 48519,1
Ehtiyatların cəmi - 70296,6
İstifadənin cəmi - 70296,6
8.3 cədvəlinin sağ tərəfindəki ilkin gəlirlərin qalığı hesabın tarazlaşdı
rım maddəsidir. Cədvəlin sol tərəfində göstərilmiş əsas gəlir mənbələrinə
qısa xarakteristika verək.
236 Mənfəət (qarışıq gəlir) dedikdə, korporasiyaların (qeyri-maliyyə və
maliyyə), həmçinin korporasiyalara daxil olmayan (korporasiyalaşdırıl-
mamış) kiçik müəssisələrin ilkin gəlirləri nəzərdə tutulur. İlkin gəlirlərin
bölüşdürülməsi hesabında əməyin ödənilməsi həmin ölkədə və xaricdə
ÜDM-in istehsalında iştirak edən rezidentlərdən daxil olan əmək haqqını
göstərir. Beləliklə, bu hesabdakı əməyin ödənilməsi ilə gəlirlərin əmələ
gəlməsi hesabındakı əməyin ödənilməsi maddələri bir qayda olaraq bir-
birinə uyğun gəlmir. Bunlar bir-birinə təsadüfən uyğun gəlir.
Subsidiyalar çıxılmaqla istehsala və idxala görə vergilər dedikdə,
dövləti idarəetmə orqanlarının ilkin gəlirləri nəzərdə tutulur. Qeyd etmək
lazımdır ki, gəlirlərə və əmlaka görə ödənilən vergilər ilkin gəlir hesab
olunmur, yenidən bölgü tədiyələri sayılır. Mülkiyyətdən əldə edilən
gəlirlər isə iqtisadiyyatın bütün bölmələrində ilkin gəlirlər hesab edilir.
Buna faiz, dividend, renta, birbaşa yeni investisiya qoyuluşu nəticəsində
əldə edilən gəlirlər, texniki sığorta ehtiyatlarının investisiyalaşdırılmasın-
dan alman gəlirlər, sığorta polisinin öhdəlikləri və s. aiddir. Lakin yaşayış
və qeyri-yaşayış binalarından istifadə üçün alman icarə haqqı mülkiy
yətdən əldə edilən gəlir deyil, xidmətə görə ödəniş hesab edilir.
İqtisadiyyatın bütün bölmələri üçün ilkin gəlirlərin qalığının cəmi
MHS-nin çox mühüm başqa bir ümumi göstəricisini - milli gəliri verir.
Milli gəlir ölkə rezidentlərinin əldə etdikləri ilkin gəlirlərin məbləğini ifa
də edir. O, ümumi və xalis formada hesablana bilər. Milli gəlir istehlak
olunmuş əsas kapitalla birlikdə hesablandıqda buna onun ümumi formada
hesablanması deyilir. Milli gəlir istehlak olunmuş kapitalın dəyəri çıxıl
maqla hesablandıqda isə ona milli gəlirin xalis formada hesablanması
deyilir. Beləliklə, milli gəliri iki yerə bölmək olar. Başqa sözlə, ümumi
formada hesablanan milli gəlir ümumi milli gəlir (ÜMG), xalis formada
hesablanan milli gəlir (XMG) adlanır. Məlum olduğu kimi, ÜMG ÜDM-
dən ölkə rezidentlərinin xaricdən aldıqları ilkin gəlirlərin qalığı qədər
azdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ÜMG bir qayda olaraq
ÜDM-dən çox, inkişaf etməkdə olan ölkələrdə isə, əksinə, az olur. Bu,
onunla əlaqədardır ki, inkişaf etmiş ölkələr xaricə investisiya qoyulu
şundan daha çox gəlir əldə edirlər.
“Gəlirlərin təkrar bölgüsü hesabı” əsas etibarilə pul formasında olan
gəlirlərin yenidən bölgüsünü həyata keçirmək üçün nəzərdə tutulmuşdur.
Hesabın tarazlaşdırıcı maddəsi ilkin gəlirlərin qalığıdır. Hesab haqqında
8.4 cədvəlindəki məlumatlar daha aydın təsəvvür verir.