1600 vahid götürülmüşdür. Başqa sözlə, S' anbarda olan məhsulların
dəyərinin qiymətlərin yüksəlməsinin təsiri ilə artması haqqında təsəvvürü
yaradır. Ona görə də S' = L - M düsturu qiymət amillinin təsiri ilə əmələ
gələn və holdinq mənfəəti adlandırılan bu artımı satışın həcmindən təcrid
etməyə (ayırmağa) imkan verir. Gətirdiyimiz misalda holdinq mənfəəti
800-ə bərabərdir. O, satışın həcmində ona görə nəzərə alınmamalıdır ki,
məhsul və xidmətlərin buraxılışım istehsal olunduğu dövrdəki qiymətlərlə
qiymətləndirmək mümkün olsun. Bizim misalda satılmamış ehtiyatların
bütün artımı mənfi işarə ilə holdinq mənfəətinə bərabərdir.
İndi isə satılmamış məhsul ehtiyatlarının artımı S = Sı - S0 düsturu ilə
hesablandıqda hansı nəticələrə gətirib çıxaracağını nəzərdən keçirək. Belə
halda, ehtiyatların artımı sıfıra bərabər olur. Çünki ilin əvvəlinə və axırma
məhsul ehtiyatı nəzərdə tutulmamışdır. Nəticədə ümumi buraxılış 1600
təşkil edər, başqa sözlə, satılmamış məhsulun həcminə bərabər olardı.
Lakin holdinq mənfəəti adlandırılan 800 ədədi 1600 ədədinin tərkibin
dədir və o, MHS-nin müəyyən etdiyi qaydalara görə ümumi buraxılışın
dəyərindən çıxılmalıdır. İl ərzində qiymətlər dəyişmədikdə S = Sı -So və
S' =L-M düsturları ilə hesablanan satılmamış məhsulların ehtiyatları üzrə
artım bir-birinin eyni olur.
Lakin dövləti idarəetmə orqanlarının və ev təsərrüfatlarına xidmət
edən ictimai (qeyri-kommersiya) təşkilatlarının göstərdiyi qeyri-bazar
xidmətlərinin ümumi buraxılışını qiymətləndirmək üçün P = R + S
düsturundan istifadə olunmur. Çünki bu bölmələrdə nə satış, nə də
satılmamış məhsullar üzrə ehtiyatların artımı olmur.
Ona görə də onlar
üçün ümumi buraxılış istehsala sərf olunan xərclərin cəmi kimi müəyyən
edilir. İstehsala sərf olunan xərclərə aşağıdakılar daxildir:
- aralıq istehlak üçün əmtəə və xidmətlərin alınmasına sərf edilən
xərclər;
- əməyin ödənilməsi;
- istehsala qoyulan digər vergilər (istehsala görə verilən subsidiyalar
çıxılmaqla);
- əsas kapitalın istehlakı.
Bəzi hallarda qeyri-bazar xidməti göstərən idarə və müəssisələr öz
müştərilərindən qismən ödənişlər ala, yaxud da az miqdarda məhsul sata
bilərlər. Məsələn, dövlət məktəbəqədər uşaq müəssisələri valideynlərdən
müəyyən məbləğdə “xidmət haqqı” alır, muzeylər açıqca satmaqla gəlir
“əldə edirlər”. Lakin buna baxmayaraq həmin idarə və müəssisələrin
ümumi buraxılışı onların istehsala sərf etdikləri
ümumi xərcin cəminə
bərabər götürülür. Bu zaman qeyri-bazar xidmətlərinin dəyəri bazar üçün
232
istehsal olunan əmtəə və xidmətlərə sərf olunan ümumi xərc məbləği ilə
ödənilmiş məbləğ arasındakı fərq kimi hesablanır.
P = R + S düsturundan maliyyə müəssisələri tərəfindən məhsul və
xidmətlərin ümumi buraxılışında da istifadə edilmir. Məsələn, bankların
ümumi buraxılışı aşağıdakı düsturla hesablanır:
P = Fı - F0,
burada: P - bankların “ümumi buraxılışı”; F ı - bankların cəlb etdikləri
və ssuda formasında yerləşdirdikləri resurslara görə aldıqları faiz
məbləği; F0- bankların depozit formasında cəlb etdikləri sərbəst maliyyə
resursları müqabilində ödədikləri faiz məbləği deməkdir.
Bankların özlərinə məxsus xüsusi resurslarından verdikləri ssuda
müqabilində aldıqları faiz məbləği P = Fı - Fo düsturunda nəzərə alınmır.
Çünki maliyyə təşkilatlarının “ümumi buraxılışf’nm qiymətləndirilməsi
əslində bankların vasitəçilik fəaliyyətinin qiymətləndirilməsi deməkdir.
Bu fəaliyyət sərbəst maliyyə resurslarının axtarılmasından, onların cəlb
edilməsindən və investisiyalara verilməsindən ibarətdir. Beləliklə,
banklar sərbəst maliyyə resurslarının cəlb olunması və onun investorlara
verilməsində vasitəçilik edirlər. Maliyyə təşkilatlarının “ümumi buraxılı-
şı”na həm də müştərilərə məxsus qiymətlilərin
dəmir seyflərdə
saxlanılması, investisiya qoyuluşu ilə əlaqədar məsləhət verilməsi,
valyutaların dəyişdirilməsi kimi köməkçi xidmətlər də daxildir. Sığorta
şirkətlərinin “ümumi buraxılışı” aşağıdakı düsturla hesablanır:
P = R - K - Q - N ,
burada: P - sığorta şirkətlərinin “ümumi buraxılışı” ; R - sığorta şirkət
lərinin ödədikləri sığorta məbləği; К - sığorta şirkətlərinin verdikləri
sığorta ödənişləri; Q - sığorta şirkətlərinin texniki sığorta ehtiyatlarının
qiymətli kağızlara və başqa likvid maliyyə “alətləri”nə qoyduqları inves
tisiyalara görə aldıqları faiz məbləği; N - aktuar sığorta ehtiyatlarının
artımı (həyatın sığortalanması üzrə “ümumi buraxılış” hesablandığı
hallarda nəzərə alınır) deməkdir.
Aralıq istehlak istehsal prosesində sərf edilmiş əmtəə və xidmətlərin
dəyərini ifadə edir. Bunlara istehsal prosesində istifadə olunmuş xammal
və materialların, yanacağın, elektrik enerjisinin, reklam və nəqliyyat
agentliklərinin, hüquq məsləhətxanalarının göstərdikləri xidmətlərə görə
ödənişlər və i.a. daxildir. Aralıq istehlakın ən
mühüm maddələrindən biri
də binalann, maşın və avadanlıqların icarəyə götürülməsi müqabilində
ödənilən icarə haqqıdır. Lakin əsas kapitalın istehlakı aralıq istehlaka
daxil edilmir.
Aralıq istehlak bütün ticarət-nəqliyyat əlavələri də daxil olmaqla
233
axırıncı alıcının ödədiyi qiymətlə qiymətləndirilir. Müəssisənin satdığı
məhsullara görə hesablanan əlavə dəyər vergisi ƏDV-dən çıxılmalı
olduğu hallarda aralıq istehlaka daxil edilmir. Lakin bəzi istehsalçılar
ƏDV ödəməkdən azad olunduqlarına görə onların aralıq məhsula sərf
etdikləri xərclər ƏDV-nin də daxil olduğu qiymətlə qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, aralıq istehlak satın alınmış əmtəələr isteh
salda sərf olunduğu anda mövcud olan faktiki qiymətlərlə (vaxtilə satın
alındığı qiymətlərlə deyil) qiymətləndirilməlidir. Yüksək inflyasiya şərai
tində bu qiymətlər arasında kəskin fərq ola bilər. Məsələn, Azərbaycan
keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən
sonra bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymətlərin liberal-
laşdırılması ərəfəsində müəssisələr aşağı qiymətlərlə satın aldıqları xam
mal və materialdan çox böyük həcmdə ehtiyat yaratmışdılar. Lakin
bunlardan istehsal prosesində 3-4 ay keçdikdən, qiymətlər 2-3
dəfə və
daha çox bahalandıqdan sonra istifadə olunmağa başlamışdır. Müəssisələr
həmin xammal və materialları maya dəyərinə satın aldıqları qiymətlərlə
daxil etdiklərinə görə holdinq mənfəəti əldə etmişlər. Lakin MHS-də
onun istehsalın nəticələri hesablanarkən nəzərə alınmaması tövsiyə edilir.
Ümumi əlavə dəyər (ÜƏD) iqtisadi fəaliyyətin ən mühüm göstərici
lərindən biridir. ÜƏD istehsal hesabının balanslaşdırıcı maddəsidir.
Başqa sözlə, o, məhsul və xidmətlərin ümumi buraxılışı ilə aralıq istehlak
arasındakı fərq kimi hesablanır. Məhsul və xidmətlərin buraxılışı əsas
qiymətlərlə (məhsullara qoyulan vergilərin çıxıldığı, lakin məhsullara gö
rə verilən subsidiyaların daxil edildiyi qiymətlərlə) qiymətləndirilmişdir
sə, onda belə hesab olunur ki, ÜƏD də əsas qiymətlərlə qiymətləndiril
mişdir. Məhsul və xidmətlərin ümumi buraxılışı istehlakçı qiymətləri ilə
(ƏDV-dən və idxala görə alınan vergilərdən başqa məhsula görə alman
vergilər daxil edilməklə, lakin məhsullara görə verilən subsidiyaların da
xil edilmədiyi qiymətlərlə) qiymətləndirilmişdirsə, bu o deməkdir ki,
ÜƏD də istehsalçı qiymətləri ilə qiymətləndirilmişdir. İqtisadiyyatın
bütün bölmələrində, yaxud da sahələrində yaradılan
ÜƏD sözün geniş
mənasında ümumi daxili məhsula bərabərdir.Lakin təcrübədə ÜƏD və
ÜDM-in qiymətləndirilməsindəki spesifik xüsusiyyətlər nəzərə alınmaqla
onların arasındakı nisbəti aşağıdakı kim yazmaq olar:
ÜƏD + N - S = ÜDM,
burada: ÜƏD - iqtisadiyyatın bütün bölmə və ya sahələrində yaradılmış
əsas qiymətlərlə ümumi əlavə dəyər; N - məhsullara qoyulan bütün
vergilərin cəmi; S - məhsullara görə verilən subsidiyalar deməkdir.
ÜƏD istehsalçı qiymətləri ilə qiymətləndirildikdə isə ÜƏD-lə ÜDM
234
arasındakı nisbət aşağıdakı şəkli alır:
ÜƏD + ƏDV + у = ÜDM
burada: ÜƏD-iqtisadiyyatm bütün bölmə və ya sahələrində yaradılmış
istehsalçı qiymətləri ilə ümumi əlavə dəyər; ƏDV -əlavə dəyər vergisi;
y - idxala görə verilmiş subsidiyalar çıxılmaqla idxala görə alınmış vergi
məbləği deməkdir.
ÜƏD-nin tərkibində istehlak olunmuş əsas kapitalın dəyəri qaldığına
görə o, ümumi əlavə dəyər adlanır. Nəzəri cəhətdən bəlkə də ÜƏD-ni
hesablayarkən istehlak olunmuş kapitalın dəyərini nəzərə almamaq olardı.
Lakin təcrübədə MHS-nin qarşıya qoyduğu tələb nəzərə alınmaqla
istehlak olunmuş əsas kapitalın dəyərinin müəyyən edilməsi bir o qədər
də asan məsələ deyildir. Çünki istehlak olunmuş əsas kapital haqqında
mühasibat uçotunun məlumatları MHS-nin tələblərinə cavab vermir. Ona
görə ki, əsas kapital MHS-nin tələb
etdiyi bərpa dəyəri ilə deyil, bir
qayda olaraq tam ilk dəyərlə qiymətləndirilir. Statistiklər əsas kapitalın
istehlakım dəqiq müəyyən edə bilsələr (bu məqsədlə onlar fasiləsiz
inventarlaşdırma metodundan istifadə olunmasını təklif edirlər), onda
iqtisadi fəaliyyətin daha dəqiq göstəriciləri olan xalis əlavə dəyəri (XƏD)
və xalis daxili məhsulu (XDM) hesablamaq imkanı yaranacaqdır.
MHS-nin ən mühüm hesablarından biri də “Gəlirlərin əmələ gəlməsi”
hesabıdır. O, yaranmış gəlirlərin tərkib hissələrinə necə bölünməsini gös
tərməlidir. ÜƏD-nin tərkib ünsürləri 8.2 cədvəlində göstərildiyi kimidir.
Dostları ilə paylaş: