bilər. Lakin statistik qruplaşdırmaya uyğun olaraq onların hamısı bir
bölməyə aid edilir. MHS-nin 1993-cü il variantında aşağıdakı
beş bölmə
bir-birindən fərqləndirilir:
- qeyri-maliyyə və qeyri-hüquqi korporasiyalar
- maliyyə və qeyri-hüquq, maliyyə korporasiyaları;
- dövlət idarələri;
- ev təsərrüfatları;
- ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları (icti
mai, siyasi və dini təşkilatlar).
Qeyri-maliyyə müəssisələri bölməsinə istehsal xərclərini ödəyə bilən
qiymətlərlə satmaq üçün əmtəə istehsal edən və qeyri-maliyyə xidmətləri
göstərən korporasiyalar,
yaxud da onlara bənzər, lakin korporasiya sta
tusu olmayan təsərrüfat subyektləri daxildir. Qeyri-maliyyə müəssisələri
bölməsinə daxil olan təsərrüfat vahidləri öz xərclərini hər şeydən əvvəl
əmtəə və xidmətlərin satışından əldə etdikləri gəlir hesabına ödəyirlər.
Maliyyə korporasiyalarının əsas vəzifələri sərbəst maliyyə resurslarını
səfərbərliyə almaqdan və onları müəyyən şərtlərlə investorlara vermək
dən ibarətdir. Deməli, maliyyə korporasiyaları resurslara qənaət edib onu
yığanlarla, ondan investisiyaları maliyyələşdirmək üçün istifadə edənlər
arasında vasitəçilik edirlər.
Bunlara banklar, sığorta şirkətləri, investisiya
fondları və digər maliyyə subyektləri daxildir. Maliyyə vasitəçilərinin
əksəriyyəti öz xərclərini təklif etdikləri maliyyə ehtiyatları müqabilində
aldıqları faiz məbləği ilə cəlb etdikləri vəsait
müqabilində verdikləri
(ödədikləri) faiz məbləği arasındakı fərq hesabına maliyyələşdirirlər.
Dövlət idarələri bölməsi, əsas vəzifələri gəlirlərin və sərvətin bölgü
sünü həyata keçirməkdən, bütövlükdə cəmiyyətə və ayrı-ayrı qruplara,
yaxud da fiziki şəxslərə qeyri-bazar xidməti göstərməkdən ibarət olan
dövlət büdcəsindən ayrılan təsisatların hesabına formalaşır.
Ev təsərrüfatları bölməsinə istehlak xarakterli
fəaliyyət növləri ilə
məşğul olan ev təsərrüfatları; heç bir korporasiyaya daxil olmayan kiçik
müəssisələr; kiçik firmalar, çox da böyük olmayan mağazalar, qəlyanal
tılar, emalatxanalar, habelə sərbəst peşə sahibləri daxildir.
Bu bölməyə
daxil olan təsərrüfat vahidləri öz xərclərini əmək haqqı, mülkiyyətdən əl
də edilən gəlirlər, yenidən bölgü vasitəsilə daxilolmalar, habelə korpora
siyalara daxil olmayan, lakin bu bölməyə aid edilən müəssisələrin məhsul
satışından əldə etdikləri gəlir hesabına ödəyirlər. Korporasiyalara daxil
olmayan müəssisələrin maliyyə fəaliyyətinin nəticələri qarışıq gəlirlərdir
(qarışıq gəlirlərə
həm mənfəətin ünsürləri, həm də əmək ödəmələri
daxildir). Korporasiyalara daxil olmayan müəssisələrin ev təsərrüfatlarına
2 2 0
aid edilmələri onunla bağlıdır ki, təcrübədə onların gəlir və xərclərini
sahiblərinin gəlir və xərclərindən ayırmaq mümkün deyildir.
Ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatlarının əsas
vəzifələri bu təşkilatların üzvlərinə pulsuz xidmət göstərməkdən ibarətdir.
Bunlara ictimai, siyasi, həmkarlar ittifaqı və dini təşkilatlar daxildir. Bu
təşkilatların xərcləri üzvlük haqları, ianələr, mülkiyyətdən əldə edilən
gəlirlər hesabına maliyyələşdirilir.
Xarici ölkələrlə aparılan maliyyə əməliyyatlarını və iqtisadi əlaqələri
uçota almaq üçün milli hesablar sistemində “qalan
dünya ilə iqtisadi
əlaqələr” bölməsi nəzərdə tutulmuşdur.
MHS-nin bütün bölmələrində istehsal, gəlirlərin əmələ gəlməsi, bölgü
sü və yenidən (təkrar) bölgüsü, yığım, maliyyə aktivlərinin satın alınması,
maliyyə təəhhüdlərinin (öhdəliyinin) götürülməsi ilə əlaqədar iqtisadi
əməliyyatların qeyd olunduğu standart hesablar “dəsti” nəzərdə tutulmuş
dur. Bu hesablardakı məlumatlar iqtisadiyyatda ayrı-ayrı bölmələrin
iqtisadi
və maliyyə vəziyyətini, habelə iqtisadi proseslərdə onların arasın
dakı qarşılıqlı əlaqələri təhlil etməyə imkan verir. MHS-də iqtisadiyyatın
sahələri üzrə də ən mühüm hesablar (“istehsal”, “gəlirlərin əmələ gəlməsi”
hesabları) nəzərdə tutulmuşdur. Bunlar müəssisə və təşkilatların eynitipli
bölmələri, oxşar fəaliyyət növləri ilə məşğul olan sahələr (məsələn, emal
sənayesi, kənd təsərrüfatı, tikinti məhsulları istehsalı) üçün lazımdır. Lakin
iqtisadiyyatın ayrı-ayrı sahələri və ayrı-ayrı əməliyyatların əks etdirilməsi
üçün hesabların sayı bir qədər məhduddur. Bölmələr və iqtisadiyyatın
sahələri üçün nəzərdə tutulan hesablardakı məlumatlar ən mühüm
ümumiləşdirici makroiqtisadi göstəriciləri hesablamağa imkan verir.
Dostları ilə paylaş: