8.3. MHS-də istifadə olunan ən mühüm makroiqtisadi göstəricilər
və onların xarakteristikası
MHS-də aşağıdakı ən mühüm makroiqtisadi göstəricilər nəzərdə tutul
muşdur:
- ümumi daxili məhsul (ÜDM);
- xalis daxili məhsul (XDM);
- sərəncamda qalan ümumi milli gəlir (SQUMG);
- sərəncamda qalan xalim milli gəlir (SQXMG);
- son milli istehlak (SMI);
- ümumi yığım (ÜY);
- xalis yığım (XY);
221
- əmtəə və xidmətlərin ixrac-idxal qalığı;
- xalis kreditlər və xalis borclar;
- milli sərvət (MS).
ÜDM Milli Hesablar Sistemində ən əsas göstəricidir. Onun tərkibinə
hansı ölkənin mülkiyyətində olmasından və mülkiyyət formasından asılı
olmayaraq hesablama aparılan ölkədə fəaliyyət göstərən iqtisadi vahidlər
(rezidentlər) tərəfindən bu və ya digər dövrdə (ay, ilib, il) istehsal edilmiş
məhsul və xidmətlərin bazar dəyəri daxil edilir. ÜDM son istehlakçının
ödədiyi bazar qiymətləri (ticarət-nəqliyyat xidməti ilə əlaqədar olan
qiymət əlavələri, habelə məhsullara qoyulan vergilər də - ƏDV, aksizlər
və i.a. - daxil olmaqla) ilə hesablanır. Deməli, təkrar uçotaalmalara yol
verməmək üçün ÜDM-i hesablayarkən yalnız son məhsulun bazar dəyəri
nəzərə alınmalıdır.
Son məhsul dedikdə, satmaq və ya emal etmək məqsədi ilə deyil, son
nəticədə istifadə olunmaq üçün satın alman əmtəə və xidmətlər nəzərdə
tutulur ki, bu da ÜDM-in tərkibində təkrar hesablamaları aradan qaldırır.
ÜDM-dən istehsalın nəticələrinə, iqtisadi inkişaf səviyyəsinə, iqtisadi
artım sürətinə xarakteristika vermək, əmək məhsuldarlığını təhlil etmək
üçün istifadə olunur. Bəzi hallarda ÜDM-dən digər göstəricilərlə
qarşılıqlı əlaqədə istifadə edilə bilər. Buna büdcə kəsirinin ÜDM-ə olan
nisbəti kimi hesablanan göstəricini misal göstərmək olar. Adından görün
düyü kimi, ÜDM ümumi əsaslarla, başqa sözlə, istehlak olunmuş əsas
kapitalın dəyəri ilə birlikdə hesablanır. Çünki istehlak olunmuş əsas
kapitalın dəyəri haqqında məlumatın əldə edilməsi təsəvvür olunduğu ki
mi bir o qədər də asan deyildir. Odur ki, nəzəri cəhətdən xalis daxili
məhsul (XDM) göstəricisinin hesablanması daha düzgündür. Məlum
olduğu kimi, ÜDM ölkənin rezidentləri olan idarə, müəssisə və təşki
latların istehsal fəaliyyətinin nəticəsində yaranır. Lakin bu iqtisadi vahid
lərdə çalışan işçilərin hamısı həmin ölkənin rezidentləri deyildir. Deməli,
XDM dedikdə, ÜDM-dən istehlak olunmuş əsas kapitalın dəyəri
çıxıldıqdan sonra yerdə qalan dəyər nəzərdə tutulur.
Milli gəlir bu və ya digər dövrdə ölkə rezidentlərinin əldə etdikləri
bütün ilkin gəlirlərin cəmi deməkdir. MG iki qaydada hesablana bilər.
Bunlardan biri ümumi milli gəlir (ÜMG), digəri isə xalis milli gəlir
(XMG) adlanır. MG istehlak olunmuş əsas kapitalın dəyəri nəzərə alın
maqla, yəni onunla birlikdə hesablandıqda buna ÜMG, nəzərə almma-
maqla, yəni o çıxılmaqla hesablandıqda isə ona XMG deyilir. ÜMG
ÜDM-dən, XMG isə XDM-dən həm kəmiyyət, həm də keyfiyyətcə
fərqlənir. Onların arasındakı keyfiyyət fərqi ondan ibarətdir ki, MG son
222
əmtəə və xidmətlərin axınını, yaxud da yeni yaradılmış dəyəri səciyyələn
dirdiyi halda, ÜDM ölkənin daxili məhsulunun və digər ölkələrin ÜDM-
nin yaradılmasında iştirak edən rezidentlərin əldə etdikləri ilkin gəlirlərin
cəmini ifadə edir. Bunların arasındakı keyfiyyət fərqi isə özünü ÜMG-nin
ÜDM-dən və XMG-nin XDM-dən qalan dünyadan əldə edilmiş ilkin
gəlir arasındakı kənarlaşmada göstərir.
MHS-də ilkin gəlirlərə aşağıdakılar aid edilir: 1) əməyin ödənilməsi; 2)
mənfəət; 3) mülkiyyətdən əldə edilən gəlir; 4) istehsala və idxala qoyulan
vergilər; 5) qalan dünyadan alınan və qalan dünyaya verilən ilkin gəlirlər.
Qalan dünyadan alman, yaxud da qalan dünyaya verilən ilkin gəlirlər
adətən əməyin ödənilməsindən, mülkiyyətdən əldə edilən faiz məbləği və
dividenddən, həmçinin xaricə birbaşa yeni investisiya qoyuluşundan əldə
edilən gəlirdən ibarət olur.
Sərəncamda qalan ümumi milli gəlir (SQÜMG) ÜMG-dən və sərən
camda qalan xalis milli gəlir (SQXMG) XMG-dən gəlirlər təkrar
bölünərkən alınmış və verilmiş cari transferlərin qalığı qədər fərqlənir. Bu
transferlərə humanitar yardım, xaricdə yaşayan qohumların verdikləri
hədiyyələr, gəlirlərə görə ödənilən vergilər, rezidentlərin xaricə ödədik
ləri cərimələr və s. daxil edilə bilər. Beləliklə, SQÜMG və SQXMG
gəlirlərin ilkin və təkrar bölgüsü zamanı hesablama aparılan ölkə rezi
dentlərinin əldə etdikləri bütün gəlirləri əhatə edir. SQÜMG və SQXMG
iqtisadiyyatın beş bölməsinin hamısında müvafiq olaraq sərəncamda
qalan ümumi və xalis milli gəlirləri cəmləmək yolu ilə də hesablana bilər.
SQÜMG və SQXMG son milli istehlaka və qənaətetmə yolu ilə əldə
edilən ümumi və xalis milli yığıma (qənaətə) bölünür.
Milli son istehlaka aşağıdakılar daxildir: 1) ev təsərrüfatlarınin son
istehlak xərcləri; 2) dövlət müəssisələrinin son istehlak xərcləri; 3) ev
təsərrüfatlarına xidmət edən ictimai (qeyri-kommersiya) təşkilatlarının
son istehlak xərcləri. Dövlət müəssisələrinin və ev təsərrüfatlarına xidmət
edən ictimai (qeyri-kommersiya) təşkilatlarının son istehlak xərcləri
mahiyyətcə bu idarə və təşkilatlar tərəfindən göstərilən qeyri-bazar
(pulsuz) xidmətlərin dəyərinə uyğun gəlir.
MHS-də son istehlaka dair iki konsepsiya bir-birindən fərqlənir. Bun
lardan biri artıq yuxarıda haqqında bəhs olunmuş xərc konsepsiyasıdır,
digəri isə faktiki son istehlak adlanır. Birinci konsepsiyada (xərc konsep
siyası) son istehlak xərclərini üzərinə götürən institusional iqtisadi
vahidlər, ikinci konsepsiyada isə (faktiki son istehlak konsepsiyası) son
istehlaka sərf olunan xərcdən səmərə əldə edən institusional iqtisadi
vahidlər nəzərdə tutulur. Məsələn, məlum olduğu kimi, dövlət təhsilə
223
xərc çəkir, ev təsərrüfatları isə ondan fayda götürürlər. Ev təsərrüfat
larının faktiki son istehlak xərcləri aşağıdakı kimi müəyyən edilir:
Ev təsərrüfatlarının
Ev təsərrüfat-
D övləti idarəet-
E v təsərrüfatlarına
faktiki son istehlak
= lannın son is- + m ə orqanlarının + xidm ət edən ictimai
xərcləri
tehlak xərcləri
fərdi son isteh-
(qeyri-kom m ersiya)
lak xərcləri
təşkilatlarının son
istehlak xərcləri
Dövləti idarəetmə orqanlarının faktiki son istehlakı onların kollektiv
istehlaka sərf etdikləri xərcə bərabərdir. Beləliklə, bütövlükdə iqtisadiy
yat üzrə son istehlak xərclərinin ümumi məbləği faktiki istehlakın ümumi
məbləğinə bərabər olur. Son istehlak haqqında bu konsepsiyaların ikisi də
iqtisadi təhlildə qarşıya qoyulan məqsəd və istiqamətlərə xidmət edir.
Ümumi yığım dedikdə: 1) əsas kapitalın ümumi yığımı; 2) maddi
dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi; 3) qiymətlilərin (zinət şey
ləri, əntiq əşyalar və i.a.) xalis alqışı nəzərdə tutulur.
Əmtəə və xidmətlərin ixrac-idxal qalığı ÜDM-dən son istifadənin
başlıca ünsürlərindən biridir. İxrac olunan məhsullar FOB (franko - gə
minin yanı), idxal olunan məhsullar isə SİF (dəyər, sığorta, fraxt) qiy
mətləri ilə qiymətləndirilir. Göründüyü kimi, burada müxtəlif termin
lərdən istifadə olunur və qiymət növlərinin adı çəkilir. Odur ki, bunların
məna və mahiyyətlərinin aydmlaşdırılmasına ehtiyac vardır. Bu termin
lərdən biri “franko”dur. Franko yükün göndərənin vəsaiti hesabına olaraq
yüklənib müəyyən məntəqəyə, yerə göndərilməsi deməkdir. Yeri gəlmiş-
kən, franko-anbar termini də vardır. Bu, anbara çatdmiana qədər olan
xərclərin ödənilməsi mənasını verir. “Fraxt” termini müxtəlif mənalarda
işlədilir. Birinci mənada su yolu ilə daşınılan yükün xərci deməkdir. O,
həm də kirayəyə götürülmüş gəmi ilə daşınılan yük mənasını verir. FAS
qiymətinə əmtəələrin gəmiyə qədər daşınması ilə əlaqədar olan nəqliyyat
xərcləri də daxildir. FOB qiymətinə FAS qiyməti üstəgəl əmtəələrin
gəmiyə yüklənməsi ilə əlaqədar olan xərclər daxildir. SlF qiyməti dedikdə
FOB qiyməti üstəgəl əmtəələrin onu ixrac və ya idxal edən ölkənin
sərhədlərinə qədər daşınması ilə əlaqədar olan və sığorta xərcləri nəzərdə
tutulur.
Son istehlakın, ümumi yığımın və ixrac-idxal qalığının cəmi son isti
fadə metodu ilə hesablanan ÜDM deməkdir. Bu, nəzəri cəhətdən istehsal
metodu ilə hesablanan ÜDM-ə, başqa sözlə, iqtisadiyyatın bütün böl
mələri, yaxud da sahələrində yaradılmış əlavə dəyərin cəminə uyğun
gəlməlidir. Əlavə dəyər əsas qiymətlərlə, yəni məhsullara görə verilən
224
subsidiyaların daxil edildiyi, lakin məhsullara qoyulan vergilərin daxil
edilmədiyi qiymətlərlə müəyyən olunduğuna görə əlavə dəyərin ÜDM-lə
eyniyyət təşkil etdiyini təmin etmək üçün onun (yəni ÜDM-nin) üzərinə
məhsullara görə alınan vergiləri əlavə etmək və məhsullara görə verilən
subsidiyaları ondan çıxmaq lazımdır. ÜDM bölgü metodu ilə də hesab
lana bilər. ÜDM-i bu metodla hesablamaq üçün aşağıdakıları cəmləmək
lazımdır: 1) hesablama aparılan ölkədə fəaliyyət göstərən müəssisə və
təşkilatlarda (işçilərinin həmin ölkənin rezidenti və ya qeyri-rezidenti
olmasından asılı olmayaraq) məşğul olan işçilərin əməyinin ödənilməsi
xərcləri; 2) ümumi mənfəət və ümumi qarışıq gəlir; 3) istehsala və idxal
olunan məhsullara görə alman vergilər.
Ümumi və xalis milli qənaət MHS-nin çox mühüm göstəricilərindən
biridir. Bu, sərəncamda qalan gəlirin son istehlaka cəlb olunmamış və
yığımın artırılmasına yönəldilə bilən hissəsidir. Lakin qənaət etmək yolu
ilə pul yığılmasını banklardakı depozitlərlə qarışdırmaq olmaz. Bunların
arasında aşağıdakı fərqlər vardır: MFIS-də müəyyən olunduğuna görə
qənaətetmə yolu ilə pul yığımı mövcud pulun və digər maliyyə aktivlə
rinin artmasına səbəb ola və maddi aktivlərin maliyyələşdirilməsinə
yönəldilə bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, mövcud pulun və
banklardakı depozitlərin artımı yalnız qənaətetmə yolu ilə pul yığımı
hesabına deyil, həm də maliyyə öhdəlikləri hesabına (məsələn, istiqrazlar,
kreditlər və i. a.) təmin oluna bilər. Bundan başqa mövcud pulun və de
pozitin artımı qənaət edilmiş vəsaitin deyil, aktivlərin formasının dəyiş
məsi hesabına da baş verə bilər. Məsələn, hər hansı bir şəxs öz mülkiy
yətində olan evini satmış və pulu banka qoymuşdursa bu MliS-də
müəyyən olunduğu kimi qənaət deyil, depozit artımı deməkdir.
Qənaət - investisiya qoyuluşunun maliyyələşdirilməsinin əsas mənbə
lərindən biridir. Bunun başqa bir mənbəyi kapital transfertlər, yəni
yenidən (təkrar) bölgü xarakterli birdəfəlik daxilolmalardır. Kapital
qoyuluşunun dövlət büdcəsindən maliyyələşdirilməsi kapital transfertə
əyani misal ola bilər. Qənaətlə kapital transfertlər ikisi birlikdə milli
investisiyaların maliyyələşdirilməsi mənbəyini əmələ gətirir. Kapital
transferrin qeyri-maliyyə aktivlərindən ibarət olan hissəsinə aşağıdakılar
daxildir:
1) əsas kapitalın ümumi yığımı;
2) maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi;
3) qiymətlilərin xalis alqışı, başqa sözlə, uzun bir zaman kəsiyində
öz dəyərini saxlamaq xassəsinə malik olan şeylər (zərgərlik məmulatları,
qiymətli rəsm əsərləri, əntiq mallar və i.a.);
225
A
4) istehsalın məhsulu olmayan maddi aktivlərin (torpaq, faydalı
qazıntı yataqları və i.a.) xalis alqışı;
5) istehsalın məhsulu olmayan qeyri-maddi aktivlərin (patentlərin,
müəllif hüquqlarının və i. a.) xalis alqışı.
İnvestisiyaların yuxarıda göstərilən üç ünsürü ümumi yığımı əmələ
gətirir. Ümumi yığım isə ÜDM-dən son istifadənin ünsürlərindən biridir.
MHS-nin əsas göstəricilərindən biri də xalis kreditlər və xalis
borclardır. Bu göstərici iqtisadiyyat üzrə bütövlükdə maliyyələşdirmə
mənbələri ilə (qənaət üstəgəl kapital transfertlər) investisiyaların yuxarıda
göstərilən tərkib ünsürlərinin cəmi arasındakı fərqə bərabərdir. Xalis
kreditlər (iqtisadiyyat üzrə bütövlükdə) başqa ölkələrə verilmiş resurs
göstəricisidir. Xalis kreditlər həmçinin ölkə rezidentlərinin aldıqları
maliyyə aktivlərinin götürdükləri maliyyə öhdəliklərindən artıq olması
kimi də təsəvvür oluna bilər. Xalis borc (bütövlükdə iqtisadiyyat üzrə)
xalis kreditlərə simmetrik olan göstəricidir. O, ölkə rezidentlərinin qay
tarılmaq şərtilə xaricdən aldıqları resursların həcmini göstərir.
MHS-də milli sərvət dedikdə iqtisadi vahidlərin -- ölkə rezidentlərinin
(ölkə iqtisadiyyatının ayrı-ayrı bölmələrinin) hər hansı bir tarixə (adətən
ilin əvvəlinə və ya axırına) malik olduqları kapitalın xalis dəyəri başa
düşülür. Kapitalın xalis dəyəri iqtisadi vahidlərin sahib olduqları bütün
iqtisadi aktivlərin (qeyri-maliyyə və maliyyə) dəyəri ilə onların götürdük
ləri maliyyə öhdəliklərinin dəyəri arasındakı fərq kimi müəyyən edilir.
Milli sərvət ölkə rezidentlərinin mülkiyyətində olan və tarixən toplanmış
qeyri-maliyyə aktivlərinin dəyəri ilə onların qalan dünyadan əldə
edəcəkləri xalis ödənişləri cəmləmək yolu ilə də hesablana bilər.
MHS-nin göstəricilər sistemində xarici iqtisadi əlaqələri səciyyələn
dirən göstəricilər də xüsusi yer tutur. Bu göstəricilərə aşağıdakılar da
xildir: 1) əmtəə və xidmətlərin ixracı; 2) əmtəə və xidmətlərin idxalı; 3)
əmtəə və xidmətlərin ixrac-idxal qalığı; 4) qalan dünya ilə aparılan
əməliyyatlar üzrə cari hesabların qalığı.
Dostları ilə paylaş: |