Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas makroiqtisadi göstəricilər arasında qarşılıqlı əlaqələrin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə125/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   262
2-ci movzu demoqrafiya

8.4. Əsas makroiqtisadi göstəricilər arasında qarşılıqlı əlaqələrin
öyrənilməsi
Yuxarıda nəzərdən keçirilən bütün makroiqtisadi göstəricilər bir-birini 
tamamlayır, onlar bir-birinə uyğunlaşdırılmışdır və bu səbəbdən də 
onlardan qarşılıqlı əlaqədə istifadə edilə bilər. Onlar iqtisadi proseslərin 
müxtəlif cəhətlərini aşkara çıxarmağa imkan verir. Odur ki, MHS-nin ən 
mühüm iqtisadi göstəricilərini şərti işarələrlə göstərək və onlarm
226
arasındakı qarşılıqlı əlaqələri nəzərdən keçirək.
A - Son istehlakçıların satm aldığı qiymətlərlə ÜDM;
В - Əsas kapitalm istehlakı;
C - Xalis daxili məhsul (A-B);
D - xaricdən alınmış və xaricə verilmiş ilkin gəlirlərin qalığı;
E - Xalis milli cəlir (C+D);
F - Xaricdən alınmış və xaricə verilmiş cari transfertlərin qalığı;
G - sərəncamda qalan xalis milli gəlir (E+A);
H - Son milli istehlak;
İ - milli qənaət (G-H);
J - Xaricdən alınmış və xaricə verilmiş kapital transfertlərin qalığı;
К - İnvestisiyaların maliyyələşdirilməsinin ümumi mənbələri (I+J);
L - ÜDM-dən istifadənin ünsürü - xalis yığım;
M - istehsalm məhsulu olmayan maddi və qeyri-maddi aktivlərin xalis 
alqışı;
N - Xalis kreditlər və xalis borclar (K-L-M);
MHS hesablarında iqtisadi əməliyyatları qeyd etməklə ən əhəmiyyətli 
iqtisadi dəyişənlər arasındakı çox mühüm nisbəti aşkara çıxarmaq 
mümkün olur.
Bunları aşağıdakı bərabərlik şəklində təsvir etmək olar:
GDP = C + İ + E,
burada: GDP - ümumi daxili məhsul; C - son istehlak; İ - investisiyalar 
(əsas kapitalm ümumi yığımı, maddi dövriyyə vəsaitləri ehtiyatlarının 
dəyişməsi (qiymətlilərin xalis alqışı); E - xalis ixrac deməkdir.
GDP = W + Q + R + P + T,
burada: W - ölkənin rezidenti olub-olmamasından asılı olmayaraq onun 
müəssisə və təşkilatlarında çalışan işçilərə verdikləri əmək haqqı; Q -
sosial sığorta ayrılmaları; R - ümumi mənfəət; P - ümumi qarışıq gəlir; T 
- subsidiyalar çıxılmaqla istehsala və idxala görə vergilər deməkdir.
CDP - D + N - U,
burada: D - əsas qiymətlərlə iqtisadiyyatın bütün sahələrində yaradılmış 
əlavə dəyər; N - məhsullara görə alınan vergilər; U - məhsullara görə 
verilən subsidiyalar deməkdir.
GNI = GDP + L +M,
burada: GNI - ümumi milli gəlir; L - ölkə rezidentlərinin xaricdən 
aldıqları ilkin gəlirlər (əməyin ödənilməsi, faiz məbləği, dividend, xarici 
birbaşa investisiyalardan əldə edilən yeni gəlirlər); M - ölkə 
rezidentlərinin xaricə verdikləri ilkin gəlir deməkdir.
GNDI = CNI +B - G,
227


burada: GNDI - sərəncamda qalan ümumi milli gəlir; В - ölkə rezident­
lərinin xaricdən aldıqları cari transfertlər, G - ölkə rezidentlərinin xaricə 
verdikləri cari transfertlər deməkdir.
GNDI = C + S,
burada: C - son istehlak; S - milli qənaət deməkdir.
S+K = l + Z + J - O ,
burada: S - milli qənaət; К - xaricdən alınmış və xaricə verilmiş kapital 
transfertlərin qalığı; İ - investisiyalar; Z - istehsalın məhsulu olmayan 
qeyri-maddi aktivlərin (patentlər, lisenziyalar və i.a.) yığımı; J - xalis 
kreditlər və ya xalis borclar; O - əsas kapitalın istehlakı deməkdir
J = F - y,
burada: J - xalis kreditlər və ya xalis borclar; F - qeyri-rezidentlərdən 
maliyyə aktivlərinin əldə edilməsi; у — qeyri-rezidentlər qarşısında 
götürülmüş maliyyə öhdəlikləri (təəhhüdləri) deməkdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin