Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


“Kapital və əməliyyatlar hesabı” Cədvəl 8.8



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə133/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   262
2-ci movzu demoqrafiya

241


“Kapital və əməliyyatlar hesabı”
Cədvəl 8.8
Aktivlərdə baş verən dəyişikliklər
Təəhhüdlərdə və kapitalın xalis
dəyərində baş verən dəyişikliklər
4) Əsas kapitalın xalis yığımı (istehlak 
olunm uş əsas kapital çıxılmaqla)
5) M addi dövriyyə vəsaitləri ehtiyatlarının 
dəyişm əsi
6) Dəyəri ödənilmiş qiym ətlilərin xalis alqışı
7) Torpağın və istehsalın məhsulu olm ayan 
digər aktivlərin (maddi və qeyri-maddi) alqışı
8) X alis kreditlər və xalis borclar (1+2+-3-4- 
5-6-7)
1) Qənaət
2) Alınm ış kapital transfertlər (+)
3) kapital transfertlər (-)
Aktivlərdə baş verən dəyişikliklərin cəmi
Təəhhüdlərdə və kapitalın xalis dəyə­
rində baş verən dəyişikliklərin cəmi
Əsas kapitalın ümumi yığımına tikilmiş bina və qurğuların, satın 
alınmış maşınların, avadanlıqların, nəqliyyat vasitələrinin və digər əsas 
fondların (əsas kapitalın) dəyəri daxildir. Maddi dövriyyə vəsaitləri 
ehtiyatlarının dəyişməsi dedikdə, xammal, material, yanacaq, alətlərin və 
bitməmiş istehsalın, satılmış hazır məhsul ehtiyatları dəyərinin artımı 
nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu göstəricini hesabladıqda 
inflyasiya nəticəsində aktivlərin dəyərində baş verən artım (yəni holdinq 
mənfəəti) onun üzərindən çıxılır.
Qiymətlilərin xalis alqışına (uzun müddət ərzində dəyərini və təra­
vətini saxlamaq xassəsinə malik olan) zərgərlik məmulatları, incəsənət 
əsərləri, əntiq mallar, qızıl və başqa qiymətli metalların satın alınması 
(satışı çıxılmaqla) daxildir. Qiymətlilər hüquqi və fiziki şəxslər tərəfindən 
istehsal və ya istehlak olunmaq üçün deyil, aktivləri inflyasiyadan 
qorumaq üçün satın alınır. Torpaqların və istehsalın məhsulu olmayan 
digər aktivlərin xalis alqısma satın alınmış torpaqların və digər maddi 
aktivlərin (təbiətdən istifadə obyektlərinin) dəyəri (satışı çıxılmaqla) ilə 
yanaşı, satın alınmış istehsalın məhsulu olmayan qeyri-maddi aktivlərin 
(patentlərin, müəllif hüquqlarının və i. a.) dəyəri daxildir.
Xalis kreditlər və xalis borclar bu hesabın tarazlaşdırıcı maddəsidir. 
Bu maddə kapital xərclərini maliyyələşdirmək üçün əvəzsiz və ya qay­
tarılmaq şərtilə bir bölmə tərəfindən başqa bir bölməyə verilmiş maliyyə 
resurslarının həcmini göstərir. O, kapital xərclərini maliyyələşdirmək 
üçün iqtisadiyyatın bir bölməsindən başqa bir bölməsinə qaytarılmaq 
şərtilə müvəqqəti verilən maliyyə resurslarının həcmini də göstərə bilər.
242
“Maliyyə hesabf’nm sağ tərəfində götürülən maliyyə öhdəlikləri, sol 
tərəfində isə maliyyə aktivlərinin satın alınması ilə əlaqədar olan əməliy­
yatlar qeyd edilir. Maliyyə hesabının sxemi 8.9. cədvəlində göstərildiyi
kimidir.
Cədvəl 8.9
“Maliyyə hesabı”

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin