həyata keçirilən ödənişlər nəzərdə tutulur. Məsələn, Azərbaycanda
müxtəlif ölkələrin iş adamları iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışır
və deməli, ÜƏD-nin yaradılmasında iştirak edirlər. İstehsala
görə digər
vergilərə ayrı-ayrı istehsal amillərinə (torpaq, binalar, nəqliyyat vasitələri,
əmək haqqı fondu) görə müəyyən olunan vergiləri misal gətirmək olar.
Bu maddə xalis şəkildə, yəni istehsala görə verilən digər subsidiyalar
çıxılmaqla qeyd edilir. Əsas kapitalın istehlakı
onun bərpa dəyərinə görə
hesablanan köhnəlmə dəyərini xarakterizə edir.
Mənfəət korporasiyalar üçün tarazlaşdırıcı maddədir. Başqa sözlə, o,
qeyri-maliyyə və maliyyə korporasiyalarının gəlirlərinin əmələ gəlməsi
hesablarında əks etdirilir. Qarışıq gəlir korporasiyalara
daxil olmayan
müəssisələr üçün tarazlaşdırım maddədir. Başqa sözlə, qarışıq gəlirlər ev
təsərrüfatı bölməsində gəlirlərin əmələ gəlməsi hesablarında
öz əksini
tapır, ev təsərrüfatlarının mülkiyyətində olan və korporasiyalara daxil
olmayan müəssisələr də (ayrı-ayrı ailələrə məxsus olan kiçik firmalar,
emalatxanalar, restoran və mağazalar) bu bölməyə aiddir.
Qeyd etmək
lazımdır ki, MHS-də hesablanan mənfəət göstəricisi mühasibat uçotunun
məlumatlarına əsasən hesablanan mənfəətə uyğun gəlmir. Bu, məhsulla
rın və xərclərin qiymətləndirilməsi və ayrı-ayrı xərc maddələrinin
müəyyən olunmasındakı müxtəlifliklə əlaqədardır.
MHS-nin çox mühüm hesablarından biri də “Gəlirlərin
ilkin bölgüsü
hesabı”dır. Bu hesabdan bir bölmədə istehsalçılar tərəfindən yaradılan
əlavə dəyərin, digər bölmələrə - istifadəçilərə ilkin gəlir şəklində necə
daxil olmasını göstərmək üçün istifadə edilir. Bunu 8.3. cədvəlindən daha
aydın görmək olar.
Dostları ilə paylaş: