azalma olmamışdır.
Başqa sözlə, sahələrin xüsusi çəkilərindəki dəyişmə
lər çox cüzidir. Belə ki, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda
çalışanların xüsusi çəkisi 1,0 bənd, mədənçıxarma sənayesində çalışan-
larınkı 0,1 bənd, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində
çalışanlarlnkı 0,1 bənd, nəqliyyat və anbar təsərrüfatında çalışanlarınkı
0,2 bənd, təhsildə çalışanlarınkı 0,6 bənd, səhiyyə
və sosial xidmətlərdə
çalışanlarınkı isə 0,9 bənd azalmış, emal saneyesində dəyişməmiş,
tikintidə - 2,0 bənd, informasiya və rabitə sahələrində - 0,5 bənd,
digər
sahələrdə isə - 1 , 5 bənd artmışdır. Göründüyü kimi,
dəyişikliklər çox
cüzidir və buna görə də hesablanmış struktur dəyişiklikləri indeksinin real
gerçəkliyi əks etdirdiyini demək olar.
Aparılmış hesablamalar nəzərdən keçirilən sahələr toplusu üzrə orta
əmək haqqının mütləq kəmiyyətinin: 1) hər bir sahədə əmək haqqı səviy
yəsinin dəyişməsi hesabına və 2) əsas dövrə nisbətən hesabat (cari)
dövründə bu sahələrdə məşğul olan işçilərin
xüsusi çəkisinin dəyişməsi
hesabına dəyişməsini müəyyən etməyə imkan verir.
Yuxarıda gətirdiyimiz misallardakı rəqəmlərdən istifadə etməklə bun
lardan hər birinin təsirini aydınlaşdıraq. Sahələrin hər birində orta əmək
haqqının dəyişməsinin nəzərdən keçirilən sahələr toplusu üzrə
orta əmək
haqqı səviyyəsinin dəyişməsinə təsiri aşağıdakı düsturla hesablanır:
Dostları ilə paylaş: