Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


MHS-də istifadə olunan hesabların təsnifləşdirilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə126/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   262
2-ci movzu demoqrafiya

8.5. MHS-də istifadə olunan hesabların təsnifləşdirilməsi
MHS-də hesablardan istifadə edilməsi xüsusi yer tutur. Onlardan ölkə­
nin rezidentləri olan vahidlərdə (idarə, müəssisə və təşkilatlarda, ev təsər­
rüfatlarında və i. a.) həyata keçirilən əməliyyatların qeydiyyatını aparmaq 
üçün istifadə edilir. Onlar ölkə rezidentləri ilə qalan dünya rezidentləri 
arasında aparılan əməliyyatları da əhatə edir.
MFIS hesablarında hər hansı bir ayrıca əməliyyatın deyil, müəyyən bir 
iqtisadi əməliyyatlar qrupunun (məsələn, istehlak, yığım, ixrac, idxal və i. 
a.) qeydiyyatı aparılır. Bundan başqa, hesablarda edilən bəzi qeydlər 
iqtisadi əməliyyatları yox, fövqəladə hadisələr (yanğın, təbii fəlakət, 
müharibələr və i. a.), yaxud inflyasiya nəticəsində aktivlərin dəyişməsini 
ifadə edir. Nəhayət hesablarda edilən bəzi qeydlər hər hansı bir iqtisadi 
prosesin müxtəlif cəhətlərini ifadə edən ümumiləşdirici analitik göstəri­
ciləri əks etdirir. Bu göstəricilərin çox böyük hissəsi (məsələn, əlavə 
dəyər, qənaət, ilkin gəlirlərin qalığı və i. a.) balans metodu, başqa sözlə, 
hesabların “ehtiyatlar” və “istifadə” hissələri arasındakı fərq kimi hesab­
lanır. Məlum olduğu kimi, bütövlükdə iqtisadiyyata aid olan ən mühüm 
göstəricilərə (ümumi daxili məhsul, milli gəlir, milli sərvət və i. a.) 
ümumi göstəricilər deyilir.
MHS hesabları formalarına görə mühasibat uçotunun hesablan ilə 
eyniyyət təşkil edir. Onların ikisi də “T” - obrazlı formaya malikdir. 
Hesablar arasında tarazlıq yaradılmasının isə iki metodu vardır. Bir sıra 
hesablar arasında tarazlıq balans metodunun köməyilə təmin olunur.
228
Sonra, tarazlığı təmin edən “maddə” başqa bir hesabm ilkin “maddəsi” 
olur. Elə hesablar da vardır ki, onların arasındakı tarazlıq “təyinetmə” 
prinsipi ilə təmin edilir. Bu, o deməkdir ki, hesabm heç bir maddəsi ba­
lans metodu ilə müəyyən edilmir. Hesablar arasındakı tarazlığa “ehtiyat­
lar” və “istifadə” hissələrinə aid qeydlərin bir-birinə bərabər olması 
prinsipi əsasında nail olunur. Məsələn, təyinetmə üzrə bərabərləşdirmə 
aparılan hesabata “əmtəə və xidmətlər hesabf’nı aid etmək olar. O, əmtəə 
və xidmətlərdən müxtəlif məqsədlər (istehlak, yığım və i. a.) üçün istifadə 
olunan “ehtiyatlar” və “istifadə”ni səciyyələndirir. Bu hesabda tarazlığı 
təmin edən maddə yoxdur. Lakin maddələr dəqiq müəyyən olunduqda 
hesabm “ehtiyatlar” və “istifadə” hissələri bir-birinə bərabər olacaqdır. 
Bərabərliyin olmaması ayrı-ayrı maddələrin həcmini müəyyən edərkən 
səhvə yol verildiyini göstərir.
MHS hesablarında iki tərəf - “ehtiyatlar” və “istifadə” (mühasibat 
uçotundakı “debet” və “kredit” yox) bir-birindən fərqlənir. Qeyd etmək 
lazımdır ki, hər bir hesabda “ehtiyatlara” aid olan qeydlərin cəmi “istifa- 
də”yə aid olan qeydlərin cəminə bərabər olur.
MHS-də hesablar aşağıdakı kimi təsnifləşdirilir:
1) iqtisadiyyatın institusional bölmələri üçün hesablar;
2) iqtisadiyyatın ayrı-ayrı bölmələri üçün hesablar;
3) ayrı-ayrı iqtisadi əməliyyatları uçota almaq üçün hesablar;
4) bütövlükdə iqtisadiyyat üzrə hesablar (əlaqələndirici hesablar).
İqtisadiyyatın institusional bölmələri üçün hesablar da öz növbəsində
aşağıdakı üç qrupa bölünür:
a) cari əməliyyatlar üçün hesablar;
b) yığım üçün hesablar;
c) aktiv və passivlər balansları.
Cari əməliyyatları uçota almaq üçün nəzərdə tutulan hesablara 
aşağıdakılar aiddir:
- istehsal hesabı;
- gəlirlərin əmələ gəlməsi hesabı;
- gəlirlərin ilkin bölgüsü hesabı;
- gəlirlərin təkrar bölgüsü hesabı;
- sərəncamda qalan gəlirlərin istifadəsi hesabı;
- natura formasında gəlirlərin yenidən bölgüsü hesabı;
- sərəncamda qalan təshih edilmiş gəlirlərdən istifadə hesabı.
Yığım üzrə hesablar aşağıdakılardan ibarətdir:
- kapital ilə əməliyyatlar hesabı;
229


- maliyyə hesabı;
-aktivlərin həcmində digər dəyişmələr hesabı (aktivlərin həcmində 
digər dəyişmələr hesabı və yenidən qiymətləndirmə hesabı).
Aktivlər və passivlər balanslarının tərkibi isə aşağıdakılardan iba­
rətdir:
- dövrün əvvəllərinə aktivlər və passivlər balansı;
- dövrün axırına aktivlər və passivlər balansı.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin