Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə144/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   262
2-ci movzu demoqrafiya

Təhlil üçün suallar
-M illi hesablar sistemi (MHS) rəsmi statistikada nə vaxt meydana 
gəlmişdir?
- MHS-nin formalaşması ıə inkişaf etdirilməsində kimlərin daha çox 
xidməti olmuşdur?
- MHS-nin inkişaf tarixi hansı mərhələlərdən keçmişdir?
- MHS-nin beynəlxalq standartlarının yaradılması və inkişaf etdiril­
məsini xronoloji ardıcıllıqla necə şərh etmək olar?
- Bazar iqtisadiyyatı şəraitində həyata keçirilən əməliyyatlarda hansı 
subyektlər iştirak edir və onların arasında nə kimi qarşılıqlı əlaqə vardır?
- Son dövrlərdə məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq 
“iqtisadi istehsal” konsepsiyasında nə kimi dəyişikliklər olmuşdur?
- “İqtisadi istehsaf’ın sərhədi necə müəyyən edilir, başqa sözlə, onun 
tərkibinə nələr daxildir?
- Əsas gəlir göstəricilərinə əsaslanan konsepsiya kim tərəfindən 
işlənib hazırlanmışdır?
- Amillərə görə gəlir anlayışı ilə ilkin gəlir anlayışı arasında nə kimi 
fərq vardır?
-M H S-nin 1993-cü il variantında iqtisadiyyat hansı bölmələrə ayrılır 
və onları necə səciyyələndirmək olar?
-M H S-də hansı makroiqtisadi göstəricilər nəzərdə tutulmuşdur və 
onlara necə xarakteristika vermək olar?
- ÜDM hesablanarkən hansı məhsulun bazar dəyəri nəzərə alın­
malıdır?
- Son məhsul dedikdə nə nəzərdə tutulur?
- Xalis daxili məhsul necə hesablanır?
- Milli gəlir nə deməkdir və onun hansı növləri vardır?
- MHS-də ilkin gəlirlər hansı tərkib hissələrindən ibarətdir?
- Sərəncamda qalan ümumi və xalis milli gəlir necə müəyyən edilir?
- Milli son istehlak hansı tərkib hissələrindən ibarətdir?
- MHS-də son istehlaka dair hansı konsepsiyalar vardır və onlar bir- 
birindən nə ilə fərqlənir?
256
- E v təsərrüfatlarının faktiki son istehlak xərcləri necə müəyyən 
edilir?
- Ümumi yığım hansı tərkib hissələrindən ibarətdir?
- FOB, SİF və FAS qiymətləri nə deməkdir?
- Son istifadə metodu ilə hesablanan ÜDM hansı tərkib hissələrindən 
ibarətdir?
- ÜDM bölgü üsulu ilə necə hesablanır?
- Kapital transfertin qeyri-maliyyə aktivlərindən ibarət olan hissəsi 
hansı ünsürlərdən ibarətdir?
- Xalis kreditlər və xalis borclar nə deməkdir?
- MHS-də milli sərvət dedikdə nə nəzərdə tutulur?
- MHS-də xarici iqtisadi əlaqələri səciyyələndirən hansı göstəricilər 
nəzərdə tutulmuşdur?
- MHS-də hesablardan hansı məqsədlər üçün istifadə olunur?
- Hesablar arasında tarazlıq yaradılmasının hansı metodları vardır?
- MHS hesablarındakı “ehtiyatlar” və “istifadə” anlayışlarına necə 
xarakteristika vermək olar?
-M H S hesabları necə təsnifləşdirilir və onlar haqqında nə demək 
olar?
-D ö v ləti idarəetmə orqanlarının və ev təsərrüfatlarına xidmət edən 
ictimai təşkilatların göstəriciləri qeyri-bazar xidmətlərinin ümumi 
buraxılışının qiymətləndirilməsinin nə kimi xüsusiyyəti vardır?
- Maliyyə vasitəçilərinin “ümumi buraxılışı”nm hesablanmasının nə 
kimi xüsusiyyətləri vardır və onlar necə müəyyən edilir?
- Holdinq mənfəəti nə deməkdir?
- Ümumi əlavə dəyər necə hesablanır?
- Əməyin ödənilməsi kateqoriyası ilə “əmək haqqı” kateqoriyası 
arasında nə kimi fərq vardır?
- Qarışıq gəlir nə deməkdir və hansı müəssisələr üçün tarazlaşdırıcı 
maddədir?
- Nə üçün MHS-də hesablanan mənfəət göstəricisi mühasibat uçotu­
nun məlumatlarına əsasən hesablanan mənfəətə uyğun gəlmir?
- Milli gəlir nədir, necə hesablanır və hansı növləri vardır?
-M H S -də gəlirlərin təkrar bölgüsü necə həyata keçirilir. Transfert-
lərin hansı növləri vardır?
- Sərəncamda qalan gəlir necə hesablanır və necə istifadə olunur?
- Milli qənaət nə deməkdir və ona necə nail olunur?
257


- Ev təsərrüfatlarının, dövləti idarəetmə orqanlarının və ev təsərrüfat­
larına xidmət edən ictimai təşkilatların sərəncamlarında qalan təshih 
olunmuş gəlir nə deməkdir və ondan necə istifadə olunur?
- “Kapital ilə əməliyyatlar hesabı”nı açmaqda məqsəd nədir və ondakı 
maddələrin məzmununu necə səciyyələndirmək olar?
- “Maliyyə hesabf’nda hansı əməliyyatlar qeyd edilir və onları necə 
səciyyələndirmək olar?
- Fövqəladə hallarda aktivlərin və təəhhüdlərin dəyərində baş verən 
dəyişikliklər hansı hesabda qeyd edilir, onu necə səciyyələndirmək olar?
- Hər bölmə üzrə ümumi buraxılışın hesablanmasında nə kimi fərqlər 
vardır və onlara necə xarakteristika vermək olar?
- Ev təsərrüfatlarının ümumi buraxılışı necə müəyyən edilir?
- İqtisadiyyatın ayrı-ayrı bölmələrində gəlirlərin ilkin bölgüsü 
hesabının tərtib olunmasının nə kimi xüsusiyyətləri vardır?
- “Əmtəə və xidmətlər hesabf’ndakı məlumatlara əsasən istehsal və 
son istifadə metodları ilə ÜDM-i necə hesablamaq olar?
- İqtisadi təhlil zamanı hansı əsas və törəmə göstəricilərdən istifadə 
edilir?
- Regionların imkanlarının aşkara çıxarılmasında MHS göstəriciləri­
nin nə kimi əhəmiyyəti vardır?

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin