Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə145/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   262
2-ci movzu demoqrafiya

258
IX FƏSİL
ÜMUMİ DAXİLİ MƏHSUL - MİLLİ HESABLAR SİSTEMİNDƏ
ƏSAS MAKROİQTİSADİ GÖSTƏRİCİDİR
9.1. Ümumi daxili məhsul anlayışının mahiyyəti və
digər makroiqtisadi göstəricilərlə qarşılıqlı əlaqəsi
Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika vermək üçün kompleks 
göstəricilər sistemindən istifadə olunur. Lakin bu sistemdə başlıca meyarı 
ayırmaq olar və bu, ümummilli məhsul (ÜMM) və ya ümumi daxili məh­
suldur (ÜDM).
Ümummilli məhsul 
ölkə daxilində və onun hüdudlarından kənarda 
milli iqtisadiyyata mənsub olan iqtisadi vahidlərdə bir il ərzində istehsal 
olunmuş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur. 
Lakin Midi hesablar sistemində (MHS-də) nəzərdə tutulan və həyata 
keçirilən işlərin mərkəzində ÜMM deyil, dünya təcrübəsində özünü 
doğrultmuş və ölkələrin əksəriyyətində hesablanan ÜDM durur.
ÜDM-in tərkibinə 
hansı ölkənin mülkiyyətində olmasından və mül­
kiyyət formasından asılı olmayaraq hesablama aparılan ölkədə fəaliyyət 
göstərən iqtisadi vahidlər (rezidentlər) tərəfindən son istifadə üçün isteh­
sal olunan məhsulların və göstərilən xidmətlərin bazar dəyəri daxil edilir.
ÜDM təsərrüfat subyektlərinin istehsal fəaliyyətinin son nəticələrini 
səciyyələndirən makroiqtisadi təhlildə və beynəlxalq müqayisələrdə geniş 
istifadə olunan ən mühüm göstəricidir. Çünki ÜDM istehsal edilmiş və 
son istehlaka gedən əmtəə və xidmətlərin dəyərini ifadə edir, istehsal 
prosesində istifadə olunan aralıq məhsulların (xammal, material, yanacaq, 
enerji, toxum, yem, yük nəqliyyatının, topdansatış ticarətin, kommersiya 
və maliyyə xidmətləri və i. a.) dəyəri onun tərkibinə daxil edilmədiyinə 
görə təkrar uçotaalmalara yol verilmir. İkincisi, ÜDM daxili məhsuldur. 
Ona görə ki, o, hansı ölkəyə və hansı mülkiyyət formasına mənsub olma­
sından asılı olmayaraq ölkə daxilində fəaliyyət göstərən təsərrüfat sub­
yektləri (rezidentlər) tərəfindən istehsal olunan məhsulu səciyyələndirir. 
Rezidentlərə milli mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq 
ÜDM-in hesablandığı ölkənin iqtisadi ərazisində fəaliyyət göstərən bütün 
təsərrüfat vahidləri (müəssisələr və ev təsərrüfatları) aid edilir. Lakin 
qeyd etmək lazımdır ki, ölkənin iqtisadi ərazisində 
qanunvericiliklə 
müəyyən edilmiş müddətdən az olmamaqla fəaliyyət göstərən, yaxud da 
yaşayan təsərrüfat vahidləri və vətəndaşlar rezident hesab olunurlar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin