Əsas kapitalın ümumi yığımı əldə edilən yeni əsas kapital ünsür lərinin və mövcud olan əsas kapitalın dəyərindən xaric olan əsas kapitalın dəyərini çıxmaq yolu ilə müəyyən edilir. Aktivlərin alqısma
onların satın alınması, barter və natura ifadəsində kapital transfertlərin
alqışı, özünün istifadə etməsi üçün istehsal olunan əsas kapital və əsaslı
təmir işləri daxildir. Aktivlərin xaric olması mənfi işarə ilə göstərilir.
Əsas kapitalın ümumi yığımının tərkib ünsürləri aşağıdakı kimi
qiymətləndirilir:
1) əsas kapital satın alındıqda - satmalma (əldə edilmə) qiyməti ilə,
(buna alıcı qiyməti də deyilir). Bu qiymətə mülkiyyət hüququnun veril
məsi ilə əlaqədar olan bütün xərclər (vəkillərin, daşınmaz əmlakla əlaqə
dar əməliyyatların aparılması müqabilində müvəkillərin və digər vasitə
çilərin göstərdikləri xidmətlərin dəyəri, komisyon haqqı və rüsumlar,
vergilər və i. a.) daxildir;
2) özünün xüsusi istifadəsi üçün istehsal etdiyi əsas kapital - əsas
qiymətlərlə, yaxud da onun istehsalına sərf olunan xərclərlə.
İstehsalın məhsulu olmayan aktivlərin yaxşılaşdırılması və onlara
olan mülkiyyət hüququnun başqasına keçməsi ilə əlaqədar olaraq sərf
edilən xərclər də əsas kapitalın ümumi yığımına daxil edilir. İstehsalın
məhsulu olmayan aktivlərə adından göründüyü kimi, istehsalın nəticəsi
olmayan aktivlər, məsələn, torpaq, yerin təki və digər təbii resurslar,
həmçinin patentlər, lisenziyalar və s. aiddir. Onlar əsas kapitalın tərkibinə
daxil olmasalar da, onların yaxşılaşdırılması ilə əlaqədar görülən işlər
(meliorasiya işləri, şaxtaların, meşə sahələrinin, plantasiyaların, bağların
və kənd təsərrüfatına yararlı digər torpaq sahələrinin genişləndirilməsi ilə
əlaqədar işlər), digər vahidlərə verilməsi ilə əlaqədar olaraq göstərilən
xidmətlər istehsal fəaliyyəti hesab edilir.
Və buna görə də onların də