Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


8.8. Makroiqtisadi təhlildə və iqtisadi siyasətin işlənib



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə143/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   262
2-ci movzu demoqrafiya

251


8.8. Makroiqtisadi təhlildə və iqtisadi siyasətin işlənib
hazırlanmasında MHS-dən istifadə olunması
MHS bütövlükdə iqtisadi proseslərin bir-biri ilə əlaqələndirilmiş şəkildə 
təsvir olunması haqqmda ümumi təsəvvür verir. Bu, makroiqtisadi proses­
lərə ümumi xarakteristika verilməsini təmin edir. MHS-nin göstəriciləri 
iqtisadiyyatın inkişafının aşağıdakı parametrlərini səciyyələndirməyə imkan 
verir:
1) ÜDM-in həcmi. Bu, əksəriyyət halda bazarın həcmi göstəricisi 
kimi təsəvvür olunur. Çünki o, bu və ya digər dövrdə ölkədə istehsal 
olunan son əmtəə və xidmətlərin ümumi dəyərini göstərir. Hər nəfərə 
görə ÜDM istehsalı göstəricisindən adətən iqtisadi inkişaf səviyyəsinə 
xarakteristika vermək üçün istifadə olunur;
2) İqtisadi inkişaf sürəti. Bu göstərici sabit qiymətlərlə ÜDM-in həc­
mini müvafiq dövrün göstəricisi ilə müqayisə etmək yolu ilə hesablanır. 
Bu, həyata keçirilən iqtisadi siyasət, aparılan islahatların və proqramların 
səmərəliliyinin qiymətləndirilməsi meyarlarından biridir;
3) İqtisadiyyatın sahə quruluşu. Bu məqsədlə ÜDM-in sahə quruluşu 
haqqmda məlumatlardan istifadə olunur. O, ölkə iqtisadiyyatında hər bir 
sahənin oynadığı rolu göstərir. ÜDM-in müxtəlif dövrlər üzrə sahə 
quruluşu haqqında məlumatlar bu və ya digər dövrdə iqtisadiyyatın 
strukturunda nə kimi dəyişikliklərin baş verməsi deməkdir;
4) ÜDM-dən istehlak, yığım və ixrac məqsədilə istifadə olunmasının 
quruluşu. Bu, istehsalın genişləndirilməsi imkanlarının qiymətləndiril­
məsi, həyat səviyyəsinin təhlil edilməsi və i. a. üçün lazımdır. ÜDM haq­
qmda rüb üzrə hesablanmış məlumatlardan ölkənin iqtisadi konyunk­
turasında baş verən cari dəyişiklikləri təhlil etmək üçün istifadə olunur;
5) Əmək məhsuldarlığı və ümumi məhsuldarlıq. Bu göstəricilər 
ÜDM-in ya əmək, yaxud da ümumi əmək və kapital sərfinə olan nisbəti 
kimi hesablanır. Onlar iqtisadi artım sürətinin və iqtisadi səmərəliliyin 
təhlil olunması üçün lazımdır. Bu məsələlər “Məhsuldarlıq statistikası” 
fəslində ətraflı nəzərdən keçirilir;
6) Milli gəlirin bölgüsü və yenidən (təkrar) bölgüsü. Bu prosesləri 
təhlil etmək üçün MHS-nin göstəricilər sistemindən istifadə olunur. Bu 
göstəricilər gəlirlərin bölüşdürülməsi və əhalinin həyat səviyyəsi 
sahəsində dövlət siyasətinin aparılması və onun nəticələrinin təhlili üçün 
lazımdır;
7) Əhalinin son istehlakı. Bu sahədə təhlil aparmaq üçün faktiki son 
istehlak, onun quruluşu, əmtəə və xidmətlərin daxilolma mənbələri və s.
252
göstəricilərdən istifadə edilir.
8) İnvestisiya prosesi. Bu prosesi təhlil etmək üçün MHS-də kapital 
xərclərin maliyyələşdirilməsi mənbələrini, investisiyaların quruluşunu, 
onların dinamikasını səciyyələndirən göstəricilər sistemindən istifadə 
olunur;
9) Maliyyə vəsaitləri ilə əməliyyatlar. Bu əməliyyatları təhlil etmək 
üçün MHS-də iqtisadiyyatın ayrı-ayrı bölmələri tərəfindən maliyyə 
aktivlərinin satın alınması və maliyyə təəhhüdlərinin qəbul olunmasını 
ifadə edən göstəricilərdən istifadə edilir. Bu göstəricilər iqtisadiyyatın bir 
bölməsində istifadə olunmamış və kapital xərclərin maliyyələşdirilməsi 
üçün digər bölmələrə verilmiş resursların həcmini aşkara çıxarmağa 
imkan verir;
10) Qalan dünyaya kredit verilməsi, yaxud da qalan dünyadan borc alın­
ması;
11) Milli sərvət, başqa sözlə, ölkənin bütün aktivləri (təəhhüdlər çıxıl­
maqla), onların quruluşu, dəyişməsi və dinamikası. Bu göstəricilər iqti­
sadi fəaliyyətin nəticələrinin, yığım prosesinin, resurslardan istifadənin 
səmərəliliyinin və s. təhlil olunması üçün lazımdır.
12) Ölkənin xarici iqtisadi əməliyyatları, yəni əmtəə və xidmətlərin 
ixrac-idxalı, kapitalın ölkədən kənar hərəkəti və i. a.
13) Ayrı-ayrı bölmə və sahələrin iqtisadiyyatının vəziyyəti. Bunun 
üçün əlavə dəyər, gəlir və xərc, aktiv və passivlər kimi göstəricilərdən 
istifadə edilir.
14) Sahələrarası əlaqələr və proporsiyalar. Bunlar MHS-nin ən mü­
hüm tərkib hissələrindən olan sahələrarası balansın köməyi ilə öyrənilir.
İqtisadi təhlil aparmaq üçün bir sıra törəmə göstəricilərdən də istifadə 
olunur ki, bunlardan da ən mühümləri aşağıdakılardır:
a) tədiyə balansının cari əməliyyatlar üzrə qalığının ÜDM-ə olan nisbəti;
b) pul kütləsinin artım sürəti (aqreqat М2 ilə ÜDM arasında nisbət);
c) ÜDM-in enerji tutumu (bu göstərici istehsalda istehlak olunmuş 
enerjinin ÜDM-ə olan nisbəti kimi hesablanır);
d) ÜDM-in metal tutumu (bu göstərici istehsalda istehlak olunmuş 
metalın ÜDM-ə olan nisbəti kimi hesablanır);
e) ÜDM-in istehsalda istifadə olunan bütün kapitala olan nisbəti.
MHS-nin göstəricilərindən beynəlxalq miqyasda iqtisadi inkişaf, əmək
məhsuldarlığı və həyat səviyyəsinin, iqtisadiyyatın və istehsal edilmiş 
məhsulun quruluşunun müqayisə olunması üçün istifadə edilir. Ölkənin 
regionlarının inkişaf səviyyəsinin müqayisəsini apardıqda da MHS göstə­
ricilərindən istifadə oluna bilər. Bu, regionların imkanlarının aşkara
253


çıxarılması üçün böyük əhəmiyyətə malikdir. MHS məlumatlarının təhlili 
prosesində iqtisadi artım sürəti ilə (ÜDM-in fiziki həcmi indeksi) aşağı­
dakı göstəricilərin müqayisəsinə xüsusi diqqət yetirmək lazımdır: 1) Döv­
lət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi; 2) Dövlət aparatının sax­
lanması xərclərinin ÜDM-in ümumi həcminə olan nisbəti; 3) Daxili və 
xarici borcun ÜDM-ə olan nisbəti. Müxtəlif ölkələrdə bunların təhlili 
aşağıdakı nəticələri çıxarmağa imkan verir: l)Büdcə kəsirinin ÜDM-ə 
olan nisbətinin yüksək olması iqtisadi artım sürətinin aşağı olması 
deməkdir; 2)ÜDM-də dövlət xərclərinin xüsusi çəkisi yüksəldikdə ÜDM- 
in artım sürəti aşağı düşür; 3) Dövlət borcunun nisbi kəmiyyəti nə qədər 
yüksək olarsa, iqtisadi inkişaf sürəti də bir o qədər aşağı olur.
Qeyd etmək lazımdır ki, MHS dövləti idarəetmə orqanlarının qəbul 
etdikləri iqtisadi qərarların əsas makroiqtisadi göstəricilərə mümkün olan 
təsirini təhlil etməyə imkan verir. Məsələn, MHS-dən dövlətin daxili bor­
cunun azaldılması haqqında qərarların ən mühüm makroiqtisadi göstəri­
cilərə təsirini aşkara çıxarmağa imkan verən vasitə kimi istifadə edilə bi­
lər. Ona görə ki, borcun azaldılması və dövlət istiqrazlarının satın alın­
ması (bunun çoxu xüsusi bankların əlində olur) vergilərin artırılmasını 
tələb edə bilər. Bu, istehlak mallarına olan tələbin, müəssisələrin və ən 
imkanlı əhali qrupunun qənaətinin azaldılması nəticəsində baş verə bilər. 
Bu dəyişikliklər isə son nəticədə investisiyaların və iqtisadi artım 
sürətinin artmasına mənfi təsir edə bilər. Dövlət borcunun azaldılacağı və 
vergilərin artırılacağı haqqında məlumatlara malik olduqda MHS-nin 
hesablarından istifadə etməklə bir sıra göstəriciləri (ÜDM, son istehlak, 
qənaət və investisiyalar) hesablamaq mümkündür. Belə təhlil iqtisadi 
siyasət məsələləri üzrə ölçülüb-biçilmiş qərarlar qəbul edilməsinə təsir 
göstərə bilər.
Nəticə

Millli Hesablar Sisteminin meydana gəlməsi bir sıra səbəblərlə 
əlaqədardır. O, iki istiqamətin birləşdirilmiş nəticəsi kimi formalaşmışdır;
- MHS-nin formalaşması və inkişaf etdirilməsində U.Pettinin, Q.Kin- 
qin, C.Keynsin, A.Marşallın, R.Stounun, Y.Timbergenin və başqalarının 
çox böyük xidmətləri olmuşdur;
-M H S-nin nəzəriyyəsi və metodologiyasının inkişaf etdirilməsində 
BMT, BƏT və başqa maliyyə qurumlarının xüsusi rolu olmuşdur;
-M H S sözün geniş mənasında ölkənin bütün iqtisadiyyatı üçün 
mühasibat uçotu deməkdir;
254
- Hesabdarlıq terminini ilk dəfə Hollandiya iqtisadçısı Van Kliff işlət­
mişdir;
-M ü asir bazar iqtisadiyyatı şəraitində saysız-hesabsız əməliyyatlar 
aparılır. Bunları həyata keçirən bütün təsərrüfat subyektləri bir-biri ilə 
qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər;
- “İqtisadi istehsalçın, yəni ÜDM-in və MG-nin yaradıldığı sahələrin 
sərhədlərini düzgün müəyyən etmək lazımdır. Çünki məhsuldar qüvvə­
lərin inkişafı ilə əlaqədar olaraq “iqtisadi istehsal” konsepsiyasında bir 
sıra dəyişikliklər baş vermişdir;
- MHS-nin bir neçə çox mühüm konsepsiyası vardır. Bunlara beynəl­
xalq standartlara cavab verən konsepsiyalar daxildir.
-T əsərrüfat subyektləri iqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə qrup­
laşdırılır. MHS-nin 1993-cü il variantında bir-birindən fərqlənən beş 
bölmə müəyyən edilmişdir;
- MHS-də ÜDM, XDM, MG, SMI, ÜY, XY, MS kimi makroiqtisadi 
göstəricilər nəzərdən keçirilir;
- ixrac və idxal olunan məhsulların qiymətləndirilməsində FOB, FAS 
və STF qiymətlərindən istifadə edilir;
- kapital transfertin qeyri-maliyyə aktivləri müxtəlif tərkib hissələ­
rindən ibarətdir. Bunlardan ümumi yığımın müəyyən edilməsində istifadə 
olunur;
- MHS-də milli sərvət dedikdə ölkə rezidentlərinin hər hansı bir 
tarixə malik olduqları kapitalın xalis dəyəri nəzərdə tutulur;
- MHS-nin ən mühüm makroiqtisadi göstəriciləri arasında qarşılıqlı 
əlaqə və asılılıq vardır və bunlar iqtisadi dəyişənlər arasındakı nisbəti 
aşkara çıxarmağa imkan verir;
- MHS-nin hesablarından ölkə rezidentləri olan vahidlərdə həyata 
keçirilən əməliyyatların qeydiyyatını aparmaq üçün istifadə edilir;
- MHS hesablarında iki tərəf - “ehtiyatlar” və “istifadə” -
bir- 
birindən fərqlənir. Hər bir hesabda “ehtiyatlar”a aid olan qeydlərin cəmi 
“istifadə”yə olan qeydlərin cəminə bərabər olur;
- MHS-də iqtisadiyyatın institusional bölmələri, ayrı-ayrı bölmə və 
əməliyyatlar və bütövlükdə iqtisadiyyat üzrə hesablar nəzərdə tutul­
muşdur. Bunlar da öz növbəsində müxtəlif qruplara bölünür;
- MHS hesabları formalarına görə mühasibat uçotunun hesablarına 
bənzəyir. Onların hər ikisi “T” şəkilli formaya malikdir. Hesablar ara­
sında müxtəlif metodların köməyilə tarazlıq yaradılır;
- hər bir bölmədə əmtəə və xidmətlərin ümumi buraxılışının müəyyən
255


olunmasının özlərinə məxsus xüsusiyyətləri vardır;
-M akroiqtisadi təhlildə və iqtisadi siyasətin işlənib hazırlanmasında 
MHS-dən geniş istifadə edilir. Bu məqsədlə bir sıra əsas və törəmə 
göstəricilər hesablanır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin