10.2. C.Hiksin müəyyən etdiyi gəlir konsepsiyası və MHS-nin 1993-cü il variantında onun konkretləşdirilməsi Gəlir iqtisad elmində ən mürəkkəb anlayışlardan biridir. Təkcə bunu
demək kifayətdir ki, XX əsrdə bir sıra iqtisadçı və statistiklərin əsərlə
rində gəlir anlayışı haqqında formalaşmış fikirlərdə ciddi dəyişikliklər
olmuşdur. Məsələn, Fişerin 1930-cu ildə nəşr olunmuş əsərində gəlir an
layışı son istehlak anlayışı ilə eyniləşdirilir. Hollandiya statistiki Frits Bos
özünün “Milli hesabların müntəzəm xülasəsi” (1989) əsərində gəliri son
istehlakın və kapital aktivləri ehtiyatlarının xalis artımı kimi müəyyən
etmişdir. Lakin sonradan o, özü də etiraf edir ki, gəlirin, xüsusilə də kapi
talın ümumən bu cür müəyyən edilməsi konkretləşdirmə və bir sıra istiqa
mətlərdə dəqiqləşdirmə tələb edir. İqtisadi ədəbiyyatda kapital haqqında
müxtəlif fikirlər vardır. Məsələn, bir sıra iqtisadçıların əsərlərində kapital
“məhdud miqdarda bütün resursların ümumi toplusu” kimi müəyyən
edilir.
Lakin bu problemlə məşğul olan mütəxəssislərin böyük əksəriyyətinin
fikrincə, məhdud miqdarda bütün resursların qiymətləri haqqında infor
masiya olmadığına görə kapitalın mahiyyətinin bu cür müəyyən edilmə
sini təcrübədə reallaşdırmaq olduqca çətindir. Bununla əlaqədar olaraq
əksəriyyət hallarda kapitalın bazar dəyərinə malik olan “resurslar toplu
su” kimi müəyyən edilməsi fikrinə üstünlük verilir və ondan istifadə olu
nur. Məşhur Amerika iqtisadçısı P.Samuelson öz əsərlərində kapital kon
sepsiyası dedikdə, istehsalın məhsulu olan resurs növləri ilə məhdudlaşır.
Başqa sözlə, onun fikrincə kapital dedikdə istehsalın məhsulu olan resurs
növləri nəzərdə tutulur. O, belə hesab edir ki, torpaq, faydalı qazıntı ehti
yatları və istehsalın məhsulu olmayan digər aktivlər özlüyündə kapital
deyildirlər. Yalnız iqtisadi proseslərə cəlb olunmaq üçün onların çıxarıl
masına əmək sərf olunduqda kapitala xas cəhətlərə malik olurlar.