İkincisi, əldə edilən qənaəti nağd pulun, banklardakı depozitin və
digər maliyyə aktivlərinin (səhm, istiqraz və i. a.) artımı ilə eyniləşdirmək
olmaz. Çünki maliyyə aktivlərinin artımı onların formasının dəyişməsi,
yaxud da maliyyə öhdəliklərinin (təəhhüdlərinin) qəbul edilməsi ilə
302 əlaqədar olaraq baş verə bilər. Məsələn, nağd pulun artımı adətən borc
alınması, səhmlərin və maddi aktivlərin satılması və s. nəticəsində baş
verir. Digər tərəfdən isə qənaətdən maddi aktivlərin (torpağın, mənzilin)
satın alınması üçün istifadə edilməsi mümkündür. C.Hiksin fikrincə, bu
zaman da maliyyə aktivlərinin artımı sərəncamda olan gəlirlə istehlaka
sərf olunan xərc arasındakı fərqə bərabər olur. Nəzəri cəhətdən belə bir
fərziyyə də mümkündür ki, maliyyə aktivləri azaldığı hallarda da qənaət
əldə edilə bilər. Bu, maliyyə aktivlərinin azalmasının maddi aktivlərin
xalis artımı hesabına “örtüldüyü” hallarda mümkün ola bilər.
Üçüncüsü, təsadüfi səbəblərlə (inflyasiya, yaxud da aktivlərin dəyəri
nin hər hansı bir kənar amillin, məsələn, dəmir yolunun yaxınlığında
yerləşən torpaqların qiymətinin bahalaşmasının təsiri ilə dəyişməsi)
əlaqədar kapitalın artımı gəlir kimi nəzərdən keçirilə bilməz.
Qeyd etmək lazımdır ki, gəlirlər haqqında C.Hiksin ümumi konsep
siyası MHS-nin 1993-cü il variantında ən mühüm makroiqtisadi göstə
ricilərin (ümumi daxili məhsul, milli gəlir, sərəncamda olan gəlir, qənaət
və i. a.) hesablanması, vahid şəklə salınma (unifikasiya) və təsnifləşdir-
mələrin aparılması üçün konkretləşdirilmişdir.
Bu, hər şeydən əvvəl öz ifadəsini istehsalın son nəticələri ilə ölçülən gəlirlərin cəminin əlavə dəyərin cəminə bərabər olmasında tapır. Başqa sözlə, xarici iqtisadi
əlaqələrlə bağlı amillər nəzərə alınmadan milli gəlir, iqtisadiyyatın bütün
bölmələrində yaradılan əlavə dəyərin cəminə bərabərdir. Buna uyğun
olaraq aktivlərin dəyərində inflyasiya, yaxud da təsadüfi xarakter daşıyan
digər amillərin təsiri ilə əmələ gələn və istehsalla əlaqədar olmayan hər
hansı bir dəyişiklik, habelə satış, özəlləşdirmə və s. səbəblərdən mülkiy
yət hüququnun başqasına keçməsi nəticəsində əmlakın dəyərinin artımı
gəlir hesab olunmur.
Bu yanaşmaya uyğun olaraq istehsal edilmiş məhsulların dəyəri və
yaradılmış gəlirlər