Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Qeyri-maddi aktivlərin dəyəri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə201/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   262
2-ci movzu demoqrafiya

Qeyri-maddi aktivlərin dəyəri 
də mühasibat uçotu və statistikada əl­
dəedilmə qiymətləri ilə göstərilir. Bunların yenidən qiymətləndirilməsi 
isə hələ aparılmır.
Təcrübədə qiymətlilərin dəyəri demək olar ki, müəyyən olunmur. Sta­
tistikada yalnız əmtəə dövriyyəsi haqqında məlumatlardan istifadə olun­
maqla fasiləsiz investisiyalaşdırma əsasında əhali tərəfindən satın alman 
zinət əşyalarının qiymətləndirilməsi aparılır. İqtisadiyyatın digər sahələ­
rində mövcud olan qiymətlilərin dəyəri haqqında isə məlumat verilmir.
Əhalinin şəxsi mülkiyyətində olan ev əmlakının dəyəri 
müəyyən 
dövr ərzində daxil olan ev əşyalarının miqdarı və onların xidmətetmə 
müddəti nəzərə alınmaqla tam ilk dəyərlə qiymətləndirilir. İstehlak olu­
nan əmlakın köhnəlməsi nəzərə alınmaqla qalıq dəyəri orta xidmətetmə 
müddətinə əsasən onların tam ilk dəyərindən köhnəlmə dəyəri çıxılmaqla 
hesablanır. Ev əmlakının illik köhnəlmə məbləği onların dəyərini xid­
mətetmə illərinin sayma bölmək yolu ilə müəyyən edilir. Əmlakın qalıq 
dəyəri isə illik köhnəlmə məbləği qədər azaldılır və il ərzində satm 
alınmış əmlakın illik dəyəri qədər artırılır. 
Buna əmlakın qiymətləndi­
rilməsinin fasiləsiz inventarlaşma metodu deyilir.
321


Əhalinin şəxsi mülkiyyətində olan ev əmlakını bu metodla qiymətlən­
dirmək üçün qeyri-ərzaq malları üzrə əmtəə dövriyyəsi, habelə ev təsər­
rüfatları büdcəsinin müayinəsi haqqında məlumatlardan istifadə olunur.
Əhalinin şəxsi mülkiyyətində olan əmlakın qalıq dəyəri müəyyən bir 
tarixə onun real dəyərini, tam ilk dəyəri isə maddi (iqtisadi) nemətlərin 
fiziki həcmini göstərir.
Bazar iqtisadiyyatı şəraitində milli sərvətin tərkib hissələrini qiymət­
ləndirmək üçün tarixən (vaxtilə) uçota alınmış, əvəzetmə (dəyişdirmə), 
subyektiv (evrestik) və bazar dəyəri anlayışlarından istifadə olunur.
Tarixən uçota alınmış dəyər ilk (və ya tam ilk) dəyərə uyğun gəlir. 
Əvəzetmə (dəyişdirmə) dəyəri bərpa dəyərini əks etdirir. Subyektiv dəyər 
obyekt sahibinin özünün qiymət qoymasına əsaslanır və gələcək gəlirin 
kapitallaşdırılmış dəyəri ilə müəyyən olunur. Bazar dəyəri satıcı ilə 
alıcının subyektiv fikrinin üst-üstə düşməsi nəticəsində əmələ gəlir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin