masında müəyyənləşdirilir. Çünki onların müvafiq maliyyə aktivləri,
yaxud da öhdəlikləri (səhm, ssuda və i. a.) yuxarıdakı qrupların tərkibində
uçota alınır. Bunların ümumi məbləğinin müəyyən olunması balansın
aktiv və passiv hissələrinin, MHS-nin digər hesabları, həmçinin tədiyə
balansı ilə əlaqələndirilməsinin zəruriliyi ilə bağlıdır.
Rəsmi statistik nəşrlərdə yalnız əsas fondlar, maddi dövriyyə vəsaitləri
və əhalinin ev əmlakı dəyər ifadəsində göstərilir. Təbii resursların
mövcudluğu haqqında məlumatlar isə natura ifadəsində verilir. Belə ki,
torpaq resursları (kənd təsərrüfatına yararlı və meşə torpaqları, yerüstü
sular və i. a.), iri göllərdə və sutatarlardakı suyun orta illik həcmi, su və
meşə resursları (meşəliklər, oduncağm ümumi ehtiyatı),
kəşf olunmuş
ayrı-ayrı faydalı qazıntı ehtiyatlarının həcmi haqqında informasiyalar
işlənib hazırlanır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
rəsmi nəşrlərindəki məlumatlara əsasən ölkəmizin malik olduğu milli
sərvətin ən mühüm tərkib ünsürlərindən biri — əsas fondlar haqqında
mühakimə yürütsək deyə bilərik ki, rəsmi statistik məlumata görə
Azərbaycan Respublikasında 2013-cü il yanvarın 1-nə balans dəyəri ilə
iqtisadiyyatda olan əsas fondların dəyəri 82233,2 mln.
manata bərabər
olmuş, 2012-ci ildə 10194,1 mln. manatlıq əsas fondlar istifadəyə
verilmiş, əsas kapitala 15407,3 mln. manat investisiya qoyulmuşdur.
Dostları ilə paylaş: