kət edən hissəsidir. Bunlar istehsal ehtiyatlarından (xammal,
material,
yanacaq, ehtiyat hissələri, təsərrüfat malları, toxumlar, əkin materialları,
yem, cavan və kökəldilməkdə olan heyvanlar və i. a.), bitməmiş istehsal
dan, hazır məhsullardan, yenidən satılmaq üçün nəzərdə tutulan əmtəələr
dən və maddi ehtiyatlardan ibarətdir. Milli sərvətin bu hissəsi bir istehsal
tsiklində (dövründə)
iştirak edir, onlarm natura-əşya (maddi) forması
dəyişir, dəyəri istehsal olunmuş əmtəə və xidmətlərin dəyərinə birdən-
birə və tamamilə daxil edilir.
Bitməmiş istehsal
dedikdə, müəssisədə hazırlanan, lakin istehsalı hələ
başa çatmamış, başqa sözlə, tam “emal” olunmadığına görə son istehlaka
göndərilməsi
mümkün olmayan, emal, yaxud da yığılma prosesində olan
məhsullar nəzərdə tutulur. Bitməmiş istehsala bitki və ağaclar, bir dəfə
istifadə olunmaq üçün yetişdirilən ev quşları, cavan və kökəldilməkdə
olan heyvanlar və s. aiddir. Tikintisi başa çatmamış obyektlər, habelə
sifarişçi ilə müqavilə bağlanmadan həyata keçirilən, başa çatmadığına
görə dəyəri ödənilməmiş əsaslı təmir də bitməmiş istehsala aid edilir.
Tikintinin aparılması üçün müqavilə olduqda və iş təsərrüfat üsulu ilə
həyata keçirildikdə bitməmiş tikinti və başa çatmamış əsaslı
təmir əsas
kapitala (əsas fondlara) aid edilir.
Hazır məhsul
müəssisədə istehsal olunan, lakin onun öz daxilində
başqa struktur bölmələrində istifadə üçün nəzərdə tutulmayan,
digər
iqtisadi vahidlərə satılana qədər anbarda saxlanılan əmtəələrdən ibarətdir.
Dostları ilə paylaş: