A. Sabit qiymətlərlə ÜDM
B. Xarici ticarət şəraitinin dəyişməsi nəticəsində əmələ
gələn mənfəət
və ya zərər ( ixrac və idxal olunan məhsulların qiymətləri arasındakı
nisbətlə müəyyən olunur).
C. Real ifadədə ÜDM (A + B).
D. Real ifadədə qalan dünyadan alınmış ilkin gəlirlərin qalığı
E. Real ifadədə ÜMG (C + D)
Nəticə
- Sosial-iqtisadi statistikanın vəzifələrindən biri də gəlirlərin əmələ
gəlməsi və onlardan istifadə olunmasını öyrənməkdən ibarətdir.
Çünki
iqtisad elmində ən mühüm və mürəkkəb anlayışlardan biri də gəlir
kateqoriyasıdır;
-g ə lir kateqoriyasının mahiyyətinin aydınlaşdırılmasında
məşhur
ingilis iqtisadçısı C.Hiksin xüsusi xidmətləri olmuşdur. MHS-nin 1993-cü
il variantında gəlir göstəricilərinin hesablanması metodikası C.Hiksin
konsepsiyası əsasında hazırlanmışdır;
- gəlir kateqoriyasının mahiyyətinin aydınlaşdırılmasında tanınmış
iqtisadçı və statistik P.Lippin də müəyyən xidmətləri olmuşdur.
- sahibkarlar müxtəlif vaxtlarda satın aldıqları xammal və material
ların qiymətlərinin dəyişməsi nəticəsində holdinq mənfəəti əldə edirlər;
- ilkin gəlirlər əlavə dəyərin ilkin bölgüsü nəticəsində əmələ gəlir və
bir sıra tərkib hissələrindən ibarətdir;
-
təcrübə göstərir ki, qənaət norması 5%-lə 20% arasında dəyişir, ona
müxtəlif amillər təsir edir və statistikanın başlıca vəzifələrindən biri də
bunları öyrənməkdən ibarətdir;
- milli gəlir göstəricisi ümumi (istehlak olunmuş əsas kapitalın dəyəri
ilə birlikdə) və xalis (istehlak olunmuş əsas kapitalın dəyəri çıxılmaqla)
formalarda hesablana bilər;
- Ümumi, xalis və sərəncamda qalan milli
gəlir göstəriciləri bir-
birindən fərqlənir;
- statistikada başlıca məsələlərdən biri də gəlirlərin əmələ gəlməsi və
onlardan istifadənin təhlil edilməsidir;
- müxtəlif dövrlərdə yaradılan milli gəliri
müqayisə etmək üçün onu
qiymətlərin dəyişməsi nəzərə alınmaqla real ifadədə hesablamaq lazımdır.
Bunun üçün xüsusi qayda müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: