Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Burada olduqca vacib olan bir məqamı xüsusi qeyd etmək lazımdır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə190/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   262
2-ci movzu demoqrafiya

Burada
olduqca vacib olan bir məqamı xüsusi qeyd etmək lazımdır. 
Bu, 
ondan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ümumi milli 
gəlir daxili məhsuldan çox, inkişaf etməkdə olan ölkələrdə isə əksinə, 
daxili məhsul ümumi milli gəlirdən çox olur. Qalan dünyadan alınan ilkin 
gəlirlərin qalığı haqqında məlumatlar tədiyə balansında qeyd edilir.
Ümumi milli gəlir (ÜMG) 
gəlirlərin ilkin bölgüsü hesabının balan- 
slaşdırıcı (tarazlaşdırıcı) maddəsidir və bütövlükdə iqtisadiyyat səviyyə­
sində ilkin gəlirləri əks etdirir. İqtisadiyyatın hər bir sahəsi və bölməsi 
üzrə ÜMG-in analoqu iqtisadi vahidlər - rezidentlər tərəfindən alınmış və 
verilmiş bütün ilkin gəlirlər arasındakı fərq kimi hesablanan ilkin gəlir-
308
lərin qalığı ola bilər. Bunu aşağıdakı kimi ifadə etmək olar: 
İlkin gəlirlərin qalığı = IA İG EVİG.
Burada: 
EAİG-iqtisadi vahidlərin - rezidentlərin 
aldıqları ilkin
gəlirlər;
EVIG-iqtisadi 
vahidlərin-rezidentlərin 
verdikləri 
ilkin 
gəlirlər 
deməkdir.
Bütövlükdə iqtisadiyyat səviyyəsində ümumi formada, yəni istehlak 
olunmuş əsas kapitalın dəyəri çıxılmadan müəyyən edilən ilkin gəlirlərin 
qalığı ümumi milli gəliri əmələ gətirir, istehlak olunmuş əsas kapitalın 
dəyəri çıxılmaqla xalis formada müəyyən edilən milli gəlir isə xalis milli 
gəlir (XMG) adlanır. Bunu belə ifadə etmək olar:
XMG = ÜMG - ƏKİ
Burada: ƏKİ - əsas kapitalın istehlakı deməkdir.
Milli gəlirin təkrar (yenidən) bölgüsü nəticəsində sərəncamda qalan 
milli gəlir formalaşır. 
Sərəncamda qalan gəlir 
o deməkdir ki, institu- 
sional vahidlər ondan son istehlak və qənaət kimi istifadə edə bilərlər. 
Onu hesablamaq üçün ilkin gəlirlərin üzərinə cari transfertlər 
forma­
sında alınmış gəlirləri əlavə etmək və verilmiş cari transfertləri onun 
üzərindən çıxmaq lazımdır. Bunu belə ifadə etmək olar:
S ahənin, 
tik in
bölm ənin sərən- = gəlirlərin 
c a m d a
q alan
qalığı 
gəliri
D igər sahələrə, 
bölmələrə veril­
miş cari 
transfertlər
Digər sahələrdən,
+ bölmələrdən alın­
mış cari tan sfertlar
Burada alınmış və verilmiş cari transfertlər dedikdə sahə və bölmələr 
arasındakı transfertlər nəzərdə tutulur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin