balanslaşdırıcı (tarazlaşdırıcı) maddəsi kimi müəyyən edilir.
Beləliklə,
sərəncamda qalan
milli gəlir son milli istehlaka və milli
qənaətə bölünür.
MHS-nin 1993-cü il variantında C.Hiksin konsepsi
yasına əsaslanan gəlir göstəricilərinin ümumi səciyyəsi bundan ibarətdir.
Azərbaycan iqtisadiyyatını səciyyələndirən bəzi gəlir göstəriciləri 10.1.
cədvəlində verilmişdir.
Cədvəl 10.1
Azərbaycan iqtisadiyyatının bəzi gəlir göstəriciləri
(cari qiymətlərlə, mln. man.) *8
Göstəricilər
İllər
1995
2003
2004
2005
2010
2011
2012
Umumi daxili məhsul
2133,8 7146,5 8530,2 12522,5 35601,5 42465,0 52082,0
Ümumi milli gəlir (ilkin
gəlirlərin qalığı)
2130,4 6899,2 8025,5 11094,2 32973,5 39922,2 48519,1
Əsas kapitalın istehlakı
(əsas fondların istehlakı! 300,1
785,9
910,7
1244,3
2122,4
2299,1
2406,7
Xalis milli gəlir
1830,3 6113,3 7114,8 9849,9 30851,1 37623,1 46112,4
Sərəncamda qalan üm u
mi milli gəlir (sərəncam
da qalan ümumi gəlir)
o cümlədən:
2228,2 7551,0 8732,6 12115,8 34021,0 40811,1 49479,5
Son
milli istehlak
(son istehlak xərcləri)
2072,8 5170,9 5861,3 6579,7 19182,1 21336,1 24679,7
Umumi milli qənaət
155,4
2380,1 2871,3 5536,1
14838,9 19475,0 24799,8
10.1.
cədvəlindəki rəqəmlər bir-birini tamamlayır, hesablamaların
düzgün aparıldığını göstərir və Azərbaycan iqtisadiyyatını səciyyələn
dirən gəlir göstəricilərinin getdikcə yaxşılaşdırdığını
əyani surətdə
nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, yaxın keçmişdə MHS-dən istifadə edən bir
sıra qərb ölkələri istehsal amilləri üzrə dəyər ifadəsində
milli gəliri dərc
etdinnişlər. Başqa sözlə, onlar milli gəliri istehsal amillərindən (əmək,
kapital və torpaq) istifadəyə görə ödənilən tədiyələrin cəmi kimi hesab
lamışlar. Fikrimizi bir qədər də
sadələşdirsək deyə bilərik ki, milli gəlir
hesablanarkən dolayı vergilərin və subsidiyaların qalığı
onun tərkibinə
daxil edilməmişdir.
Cədvəl “Azərbaycanın statistik göstəriciləri” 2010 və 2013-cü il məcmuələrinin “Milli
hesablar sistemi və tədiyə balansı” bölməsinin müvafiq cədvəllərinin məlumatlarına əsasən
tərtib edilmişdir.
Dostları ilə paylaş: