Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə194/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   262
2-ci movzu demoqrafiya

312
Təhlil üçün suallar
- gəlirlərin formalaşması və bölgüsünü öyrənməkdə məqsəd nədir?
- əsas gəlir göstəriciləri statistikası hansı vəzifələri yerinə yetirir?
- gəlir anlayışının müəyyən edilməsi sahəsində hansı iqtisadçıların 
fikirləri diqqəti daha çox cəlb edir və onlar haqqında nə demək olar?
- C.Hiksin gəlirlərə dair konsepsiyasının MHS-nin 1993-cü il varian­
tında əsas kimi götürülməsi nə ilə əlaqədardır?
-m illi daxili məhsulla ümumi daxili məhsul arasında hansı fərqlər 
vardır?
-C .H iksin gəlirlər haqqında ümumi konsepsiyasına əsasən hansı 
nəticələri çıxarmaq olar?
- ev təsərrüfatlarının sərəncamda qalan gəliri hansı tərkib hissələrinə 
bölünür?
- qənaət maliyyə aktivləri artımından nə ilə fərqlənir?
- holdinq mənfəəti nə deməkdir?
- MHS-də hansı gəlir göstəriciləri nəzərdə tutulmuşdur, onları necə 
səciyyələndirmək olar?
- milli gəlir hansı formalarda hesablana bilər?
- sərəncamda qalan milli gəlir nə deməkdir və o, necə formalaşır?
- milli gəliri hesablamaq üçün hansı qiymətlərdən istifadə olunur?
- ilkin gəlirlərin hansı əsas formaları vardır?
- müxtəlif dövrlərdə yaradılmış milli gəliri müqayisə etmək üçün nə 
etmək lazımdır?
- transfer! nə deməkdir?
- natura formasında sosial transfertlər dedikdə nə nəzərdə tutulur?
313


XI FƏSİL
MİLLİ SƏRVƏT STATİSTİKASI
11.1. Milli sərvət və onun təsnifləşdirilməsi
Milli sərvət hər bir ölkənin iqtisadi qüdrətini və imkanlarım ifadə edən 
ən mühüm makroiqtisadi göstəricilərdən biridir. O, bütün insan nəsilləri­
nin əməyi ilə yaradılan və hər hansı bir tarixə (ilin əvvəlinə və ya axırına) 
ölkənin ərazisində olan nemətlərdən (istehsal vasitələri və istehlak şeylə­
ri) və təbii sərvətlərdən ibarətdir. Milli sərvət təkrar istehsalın fasiləsizli­
yinin təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Milli sərvətin bu 
cür müəyyən edilməsi ideyası ilk dəfə XVII əsrdə Avropada formalaşmış­
dır. O zaman milli sərvət göstəricilərinə torpağın (təbii ehtiyat), mövcud 
(toplanmış) iqtisadi (maddi) nemətlərin (əsas və dövriyyə kapitalı) və 
insan kapitalının (iş qüvvəsi) qiymətləndirilməsi daxil edilmişdir. Hazırda 
milli sərvəti səciyyələndirən 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin