“iqtisadi aktivlər”dən ibarət statistika göstəriciləri toplusu isə BMT-nin statistika komissiyası tərəfindən 1993-
cü ildə beynəlxalq standartlar sistemi kimi qəbul edilmişdir.
Bu standartlara görə milli sərvət əmtəələrin istehsalı, xidmətlərin gös
tərilməsi və insanların yaşamasının təmin edilməsi üçün zəruri olan
resursların (iqtisadi aktivlərin) toplusudur. Milli sərvətin həcmini müəy
yən etmək üçün ölkənin malik olduğu iqtisadi aktivlərdən öz üzərinə
götürdüyü maliyyə öhdəliklərini (təəhhüdlərini) çıxmaq lazımdır, «iqti
sadi aktivlər» terminindən ölkənin malik olduğu milli sərvətin tərkibinə
daxil edilən ünsürlərin müəyyən olunması üçün geniş istifadə olunur.
Bunlara fərdi və kollektiv mülkiyyətdə olan və sahibinə müəyyən iqtisadi
səmərə gətirən obyektlər aiddir. Məsələn, istehsal prosesində avadanlıq
lardan istifadə etmək və onları başqasına icarəyə verməklə mənfəət,
maliyyə aktivlərinə sahib olmaqla isə gəlir əldə etmək olar. Məsələyə
başqa bir prizmadan yanaşdıqda demək olar ki, milli sərvət
ölkənin iqtisadi ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin
(rezidentlərin) malik olduqları qeyri-maliyyə və maliyyə aktivlərinin
toplusundan ibarətdir. Beləliklə, Milli hesablar sisteminə (MHS) uyğun
olaraq milli sərvətin tərkibinə daxil edilən bütün iqtisadi aktivlər iki
qrupa bölünür: 1) qeyri-maliyyə aktivləri; 2) maliyyə aktivləri.
314 Qeyri-maliyyə aktivləri də iki yerə bölünür: 1) istehsalın məhsulu olan qeyri-maliyyə aktivləri;
2) istehsalın məhsulu olmayan qeyri-maliyyə aktivləri.
İstehsalın məhsulu olan qeyri-maliyyə aktivləri aşağıdakı kimi
təsnifləşdirilir:
1) istehsalın məhsulu olan maddi aktivlər;
2) istehsalın məhsulu olan qeyri-maddi aktivlər.
İstehsalın məhsulu olan maddi aktivlərə aşağıdakılar daxildir: 1) əsas fondlar. Əsas fondların özləri də iki yerə bölünür: a) maddi
əsas fondlar (yaşayış və digər bina və qurğular, maşın və avadanlıqlar,
becərilən və ya yetişdirilən aktivlər (kənd təsərrüfatında cins məhsuldar
və iş heyvanları, bar verən bağlar, üzümlüklər və uzun müddət məhsul
verən digər çoxillik əkmələr); b) qeyri-maddi əsas fondlar (faydalı qazıntı
yataqlarının kəşfiyyatı, EHM-in proqram təminatı, əyləncəli janr,
ədəbiyyat və incəsənət əsərlərinin orijinalları, digər qeyri-maddi əsas
fondlar);
2) maddi dövriyyə vəsaitləri ehtiyatları;
3) qiymətlilər.