Cəmil Axundov, PrincepsLegem mmc tərəfindən hazırlanmışdır baki, azərbaycan gwen Burchell, Sosial Proqram İnkişafı Mərkəzi tərəfindən redaktə edilmişdir Avqust, 2013
İCMA ƏSASLI MƏKTƏBƏQƏDƏR ÖZÜNƏ-YARDIM TƏHSİL MODELİNİN DÖVLƏT BAXÇA MODELİNƏ XƏRC-MƏNFƏƏT VƏ İNVESTİSİYADAN GƏLƏN SOSİAL MƏNFƏƏT TƏHLİLİ
DAVAMLI BİZNES KAZUSU İLƏ BAĞLI TƏKLİF AZƏRBAYCANA BİRGƏ YARDIM TƏŞKİLATI VƏ MÜASİR TƏHSİL VƏ TƏDRİSƏ YARDIM MƏRKƏZİ Cəmil Axundov, PrincepsLegem MMC tərəfindən hazırlanmışdır
BAKI, AZƏRBAYCAN Gwen Burchell, Sosial Proqram İnkişafı Mərkəzi tərəfindən redaktə edilmişdir
Avqust, 2013
“Bu sənəddəkilərə cavabdehdir və hec bir halda AB-nin fikirlərini əks etdirmir.”
Mündəricat
Mündəricat 3
1. GİRİŞ 4
2. DÖVLƏT BAĞÇASI MODELİNƏ İCMAYA ƏSASLANAN, MƏKTƏBƏQƏDƏR ÖZÜNƏ-YARDIM TƏHSİL MODELİNİN XƏRC-MƏNFƏƏT VƏ İNVESTİSİYADAN GƏLƏN SOSİAL GƏLİR ÜZRƏ TƏHLİLİ 7
2.1.Dövlət Bağçası Modelinin Xərci 7
2.2. Özünə-Yardım Qrupunun Xərc Hesablamaları 9
3. YEKUN HİSSƏ, NƏTİCƏLƏR VƏ DAVAMLILIQ ÜZRƏ TƏKLİF 16
1. GİRİŞ
Təhsil sahəsində investisiyalar ölkəni gücləndirən sosial və iqtisadi gəlirlər gətirir. Gələcəyin yüksək bacarıqlara dayanan iqtisadiyyatı təhsilli işçi qüvvəsi tələb edir. Təhsilli işçi qüvvəsi texnoloji inkişaf, məhsuldarlıq mənfəəti, sahibkarlıq fəaliyyəti və ümumi iqtisadi rəqabətliliyə töhfə verir. Düzgün təhsilin ən həlledici bünövrəsi məktəbəqədər səviyyədə qoyulur.
Yaxşı səviyyədə tərtib olunmuş məktəbəqədər təhsil proqramları daha yüksək nailiyyətli test balları, sinifdə qalma göstəricilərinin daha aşağı səviyyələri, xüsusi təhsil və daha yüksək təhsil nailiyyətləri daxil olmaqla məktəbdə əldə olunan uğurda uzun-müddətli irəliləyişlər qazandırır. Həmçinin, uşaqlıq və yeniyetməlik dövründə qanun pozuntusu və cinayətlərin azalması da bəzi məktəbəqədər proqramlarla əlaqəlidir.
Düzgün təhsilə qoyulan investisiyanın uzun-müddətli nəticəsi yalnız özünün aktiv ömür boyu fərdi şəxslərin töhfə verdiyi iqtisadi faydalar səviyyəsində deyil, həmçinin cinayətin azaldılması, anti-sosial davranış və hər şeyi özündə birləşdirən və mülki cəmiyyəti həvəsləndirən səviyyədə özünü büruzə verir. ‘Beyin və bədənin müxtəlif hissələrini birləşdirməklə beynin funksiyasında vacib rol oynayan sinir yollarının inkişaf etdiyi erkən illər həssas müddətlər hesab olunur. Bu, təcrübənin erkən illərinin, habelə beyin və bioloji inkişafın həyat boyunca davam etməklə səhhət, davranış və bilik öyrənmə proseslərində trayektoriyalar qurma səbəblərini izah edir. Həyatın sonrakı mərhələlərində bu nevroloji yolların bir çoxunu dəyişmək çətin olur.’1 Yaponiya, Cənubi Koreya, Sinqapur, Skandinaviya ölkələri, ABŞ və Fransa kimi ölkələr məktəbəqədər təhsilə böyük investisiya yatırmaqla öz ölkələrinin rəqabətlilik səviyyəsini əhəmiyyətli dərəcədə artırmışdır.
Azərbaycanda çox sayda icmalar məktəbəqədər təhsil vermirlər. Tədqiqatlar göstərir ki, uşaq təhsilə nə qədər tez başlasa gələcək müvəffəqiyyət üçün daha böyük şanslar olar. Fiziki məkan hazırda əhalinin 3-6 yaş arası uşaqlarının potensialı ilə doldurulub, və bu göstərici bu yaşda olan qrupun yalnız 23%-ni qarşılayır. Məktəbəqədər təhsilin olmaması bu uşaqların inkişafını zəiflədir və öz rəsmi məktəb təhsilinə başlayan zaman onlar üçün əlverişsiz şərait yaradır.(UNICEF). 2009-cu il tarixli Təhsil haqqında qanunda yerli icra orqanlarının texniki dəstək şərti ilə ailələrin öz uşaqlarına evdə təhsil vermə seçiminə istinad edilir. Bununla belə, buna nail olmaq üçün heç bir metodologiya tətbiq edilməmiş, və beləliklə də, uşaqların bir çoxu hər hansı məktəbəqədər dəstək almadan və valideynlərin məhdud şəkildə bu işə cəlbi səbəbindən evdədirlər.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) ilə birgə Azərbaycan üzrə Birgə Yardım (UAFA) Özünə-Yardım Qrupları ətrafında mərkəzləşmiş məktəbəqədər təhsilin iqtisadi cəhətdən səmərəli modelinin hazırlanmasının pilot layihəsini həyata keçirmiş Qeyri-Hökumət Təşkilatlarıdır. Bu hesabatın məqsədi ənənəvi dövlətə-məxsus bağça modeli ilə müqayisədə Özünə-Yardım Qrupları modelinin xərc-mənfəət təhlilinin ümumi icmalını təqdim etməkdir. Həmçinin biz layihənin uzun-müddətli davamlılılığı üçün model təqdim etmək məqsədilə təşəbbüs göstərəcəyik.
MODELİN ÜMUMİ PLANI
2012-ci ildə, şəhərdə yaşayan uşaqların 23%-i, kənddə yaşayan uşaqların isə 8%-i Azərbaycanda olan məktəbəqədər təhsil müəssisələrinə daxil olmuşdur.
Bütün ölkə üzrə yaşayış məntəqələrinin yalnız 17%-i məqbul məsafədə yerləşən bağçaya malikdirlər.
Bağçaların nisbəti: müəllim yönümlü modeli izləməklə 2012-ci ildə uşaqlar 1:600-dür.
Modelin Məqsədi
Uşaqların ehtiyaclarını qarşılayan məktəbəqədər təhsilin alternativ, az xərc tələb edən modeli kasiblıq, kənd yerləri və əlillik səbəbindən bağça sistemindən çıxarılmışdır.
Uşaqların üzərində mərkəzləşən modellər öz-özünü motivasiya, kommunikasiya və aktiv öyrənməyə həvəsləndirdiyi üçün Azərbaycanda dəyişən iqtisadi mühitə daha çox uyğun gəlir.
Dövlət və Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Vasitəsilə
Yerli hökumət: İcra Komitəsi/Bələdiyyələr yerli təhsil, səhiyyə və sosial müdafiə şöbələri ilə birgə məktəbəqədər tədbirlər üçün fəaliyyət yeri ilə təmMəktəbəqədərin etmiş və ictimai agahlıq kampaniyalarına dəstək vermişlər.
Böyük sayda uşaqlar olan lakin bağçaları olmalayan icma və kəndlərdə məktəbəqədər tədbirlərin inkişafını dəstəkləmək məqsədilə mövcud bağçalar “fəaliyyət mərkəzi” yaradırlar.
Yerli icma:
Özlərinin icmasında məktəbəqədər tədbirləri könüllü şəkildə idarə etmək məqsədilə 20-25 valideyndən ibarət Özünə-Yardım Qrupları yaradılır.
Valideynlərə Uşaqların Erkən İnkişafı metodologiyası, Uşaqların Normativ İnkişafı, Portec (İnkişaf ləngimələri olan məktəbəqədər yaşlı uşaqların dəstəklənməsi proqramı), Erkən Müdaxilə, Valideyn Bacarıqları, Əlillik üzrə Məlumatlanma, Qüsur Damğası və Bərabərlik, Liderlik, Uşaq Hüquqları üzrə təlim keçirilir.
Nəzarət Mərkəzi
1 nəfər bağça metodisti yerli regionda olan 4 Özünə-Yardım Qruplarına nəzarət edir