334 Yuxarıda nəzərdən keçirilən metodlarla hesablanan amortizasiya
normaları illik normalardır.
Mühasibat uçotunda isə amortizasiya hər ay hesablanır. Bunun üçün hər bir konkret əsas fond növü üzrə illik
amortizasiya norması 12-ə bölünür və hər aym “payı” müəyyən edilir.
Sonra isə bundan istifadə olunmaqla aylıq amortizasiya məbləği
hesablanır. Yeni istifadəyə verilən əsas fondlar üzrə amortizasiya onlar
istismara verildikləri aydan sonrakı aym 1-dən hesablanmağa başlanılır.
Məsələn, obyekt akt əsasında yanvar ayında qəbul edilmiş, ona inven
tar vərəqi açılmış və ya o, uçot kitabında qeydiyyata alınmışdırsa, onda
amortizasiyanın hesablanmasına fevralın 1-dən başlanmalıdır. Əsas
fondlardan amortizasiya yalnız onlar üçün nəzərdə tutulan xidmətetmə
müddəti ərzində hesablanır. Xaric olan əsas fondlar üzrə amortizasiyanın
hesablanması onlar xaric olduqları gündən sonrakı aym 1-dən dayan
dırılır. Əsas fondların yeniləşdirildiyi və texniki səviyyəsinin yüksəldil
məsi ilə əlaqədar tədbirlərin həyata keçirildiyi dövr ərzində (həmin
müddət 12 aydan çox olduqda) amortizasiya hesablanmır və onların
xidmətetmə müddəti bir o qədər uzadılır. Bir sıra əsas fond növləri və
qrupları üzrə (kitabxana fondu, mənzil fondu, büdcə təşkilatlarının əsas
fondları və i. a.) amortizasiya ayırmaları hesablanmır.
İcarəyə verilmiş əsas fondlar üzrə amortizasiya icarəyə verən tərəfindən hesablanır. Lakin burada müəssisələrin və maliyyə lizinqinin icarəyə verilməsi istis-
nalıq təşkil edir. Çünki bunlar üzrə amortizasiya icarəyə götürən tərə
findən hesablanmalıdır.
Lakin yuxarıda göstərilən metodlarla hesablanan amortizasiya ayır
maları haqqında məlumatlar demək olar ki, MHS-nin tələblərinə cavab
vermir və buna görə də istehlak olunan əsas kapitalın müəyyən olun
masında ondan birbaşa istifadə edilməsi mümkün deyildir. Bu, onunla
əlaqədardır ki, MHS-ə uyğun olaraq əsas fondlar bərpa dəyəri ilə
qiymətləndirilməlidir. Bundan başqa, MHS-də amortizasiyanın sürətli və
azaldılma metodları ilə hesablanmasından istifadə olunmur.